Rəbbin izni ilə, oğlumuz Kofi Cümə günü dünyaya gəldi. Adının dəqiq mənası isə budur: “Cümə günü dünyaya gələn bir oğlan.” Ona, yeganə oğlu ölən Qanalı bir pastor dostumuzun adını qoyduq . Daim Kofi üçün dua edir. Bu bizim üçün böyük bir şərəfdi.
Adınızın tarixini bilmirsinizsə, onun əhəmiyyəti tez itir. Lukanın müjdəsinin 3-cü ayəsində Yusifin əcdadlarından birinin adı ilə bağlı maraqlı bir detala rast gələ bilərsiniz. Müəllif onun nəslini Adəmə və hətta Tanrının özünə qədər izləyir (Luka 3:38). 31-ci ayədə deyilir ki, Natanın, Davudun oğlu idi. Natanın ? Hmm, maraqlıdır. 1 Salnamələr 3: 5 – dən Natan’ın Bat-Şevadan doğulduğunu öyrənirik.
Davud Bat-Şevadan olan uşağını təsadüfən Natan adlandırdı? Baş verənləri xatırlayın, Bat-Şeva ümumiyyətlə Davudun arvadı olmamalı idi. Digər Natan, peyğəmbər, padşahı öz səlahiyyətindən sui-istifadə etməkdə və Bat-Şevanı özünə arvad etmək üçün, onun ərini öldürməkdə cəsarətlə ifşa etdi (bax: 2 Sam. 12).
Davud, peyğəmbərin ifşasını qəbul etdi və dəhşətli günahlarını tövbə etdi. Keçmişin yaraları sağaldıqdan bir müddət sonra oğlunu Natan adlandırdı. Çox maraqlıdır ki, bu Bat-Şevanın oğlu , Məsihin yer üzərindəki atası olan Yusifin əcdadlarından biridir (Luka 3:23).
Müqəddəs Kitabda, Rəbbin lütfü hər şeyə toxunur, hətta nadir hallarda oxunan nəsillərin adlarına. Allahın lütfü hər yerdədir.
Lukanın müjdəsi 3:23: “İsa… İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli oğlu”
Rəbbin lütfü həyatınızda hansı gözlənilməz şəkildə özünü göstərib ? Rəbbin insanlığa dair olan planını başa düşmək, onun hər hissəsində lütf görməyə necə kömək edir?
Rəbb, hər şeydə lütfünü görməyimizə kömək et.
müəllif: Tim Gustafson
tərcümə: Nicat Alovlu