İndiki yaşamımızda bir çox insan belə düşünür-Allah məni doğurdan da sevir? Başlarına bir pis iş gələn kimi şübhəli davranırlar ki,Allah məni sevirsə niyə bu mənim başıma gəldi? Əgər məni sevsə idi icazə verməzdi bunun başıma gəlməyinə..Və bunun kimi digər fikirlər də var ki hamını şübhəyə salır. Amma belə fikirlər düzgün deyil,çünki Allah hər bir insanı sevir-buna sübut olaraq Müqəddəs Kəlamdan ayəyə baxaq:Yəhya 3:16: “Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun”
Əgər Allah dünyanı belə sevməsəydi o öz Oğlunu qurban verməzdi.O heç bir mal-mülk və yaxud mal-qara qurban vermədi,O tək olan Oğlunu,dünyaya göndərdiyi Oğlunu qurban verdi ki,ona iman edən hər kəs xilas olsun,ölümə məhkum olmasın. Çünki Allah dünyanı və insanları doğrudan da sevir. Bu sevgini də dünyada insanlara göstərmək səndən,məndən aslıdır. Allahın sevgisiylə bir-birimizi sevək çünki Allah da hər bir insanı heç bir qarşılıq gözləmədən sevir.O günahkarı da, oğrunu da, narkomanı da,zina edəni də,hörmət etməyəni də,hər bir insanı sevdi. Və bunu daha bir ayədə də görmək olar.
1Yəhya 4:7-8: “Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir.”
Allahın məhəbbət olduğunu dərk edən insan Allahın ona olan məhəbbətini qəbul edəndə, biləndə ki, Allah onu şərtsiz sevir və bağışlayır, o da ətrafındakı insanları şərtsiz sevir ve bağışlayır. Bu ayə də bizə deyir- bir-birimizi sevək çünki Allah məhəbbətdir.
1Yəhya 4:10: “Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.”
O bizə öz məhəbbətini göstərdi və Oğlunu qurban verdi ki biz ölməyək.
İbranilərə məktubu 13:5: “…Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».”
Bizi qarşılıqsız sevən Atamız,Rəbbimizə alqış olsun!

Sara Səlimova