İsa Məsihin ölülər arasında DİRİLMƏSİ haqda Müqəddəs Kitabda yazılaraq bir daha sübüt edilir və bu sübüt qüdrətlidir, yani təkzib etmək artıq mümkün deyil. 120-dən çox insana 40 qün ərzində İsa şəxsən göründü və İsa Məsihin dirilməsinə şahid olanların şəhadəti təkzib edilməzdir. Rəbb Allah həvarisi vasitəsi ilə Müqəddəs Kitabdın müxtəlif ayələrində İsanın diriləsini vurğulayır. Çünki İsa Məsih ilk olaraq ölülər arasında dirildi və Rəbb Allahın sağında əyləşdi. Bu İsa Məsihə iman edənlərə əminlik verir ki, Ona iman edən ölməyəcək və ölsə belə– İsada diriləcəkdir. Çünki Rəbb Allah ölülərin Allahı deyil, dirilərin Allahıdır. Ona iman edənlər ölüm hökmündən azaddılar. Bu səbəbdən Rəbb Allah Müqəddəs Kitabı vasitəsi ilə öyrədir: “Rəbb İsanı necə qəbul etdiksə, Onda eyni həyat sürək”…
Biz İsanın Rəbb olduğuna və ölülər arasından dirildiyinə iman vasitəsi ilə inandıq və bütün həyatımızı məhz imanımıza əsaslanan həyat tərzində yaşamağa çağırılmışıq.
Nə baş verirsə versin, biz əminik ki, iman etdiyimiz Şəxs sadiqdir. Bu səbəbdən:
xəstələnəndə — ruhdan düşmürük, lakin İsa Məsihin adı ilə Rəbb Allahdan şəfa istəyirik.
Çətinliklərlə üzləşəndə — ümidsiz deyilik, əksinə Rəbbin vəfalı olduğuna görə şükürlərlə dolub daşırıq.
Gözlənilməz hadisələr baş verdikdə — qorxmuruq, çünki vəd verən Allah yanımızdadır.
Bu əminlik yaşamaq üçün stimul verir, bu iman qorxunu qovur.
Bu iman –cəsarətli və mərd edər. Ölüm artıq qorxulu deyil, çünki bilirik ki, İsa Məsihi ölülər arasında dirildən Rəbb Allah bizi DİRİLDƏCƏKDİR.
Bu səbəbdən İsa Məsihə iman edənlər biri-birini salamlayaraq deyir:
İSA MƏSİH – DİRİLDİ.
Cavabında : HƏQİQƏTƏN DİRİLDİ, deyirik.

Bu iman və əminlik – hər bir insan üçün hal-hazırda açıqdır. Lakin bir gün bunları əldə etmək mümkün olmayacaq.
Fürsəti əldən vermə, çağıran Rəbb Allaha itaət et.