Yeni gündə Rəbbin sözü haqqında düşünək. Çünki Rəbb Allahın sözü bizi Yaradan haqqında,Onun iradəsi və bizə olan niyyəti haqqında xəbər verir. Biz İncildə oxuyuruq və görürük ki,Yeri və Göyü – hər şeyi Yaradan Odur. Hər nə varsa, Onun vasitəsi ilə və Onun üçün yaradıldı. Hər şeyin üzərində duran Rəbb Allahdır. Rəbb bu bəşəriyyəti yaradaraq insana verdi ki,insan xoş gün görsün və faydalansın. Ancaq insanlar yer üzərində artdıqca bir-birlərinə qarşı etdikləri haqsızlıq da artdı. Zina,qatillik,oğurluq getdikdə çoxaldı. Bu həyat tərzi Yaradan Rəbb Allahın iradəsinə uyğun deyil,ziddir. İnsan Yaradanına qarşı günahkar oldu,Rəbbin məhəbbətini qazanmaq üçün qurbanların təqdimatına ehtiyac duydu. Bir insan başqa bir insana qarşı etdiyi haqsızlığa görə bir qoç gətirərək onun ayağının altında kəsib “bağışla” desəydi,həyat nə qədər də gözəl olardı. İnsan qatilliyi,təcavüz,işğal,zorakılıq Yaradana qarşı edilən günahdır. Bu zaman insan Yaradanın qarşısına gəldikdə qurbanlar təqdim etməyə vadar olur. Qurbanlarını təqdim edən insan özü də anlayır ki,sürdüyü həyat tərzi pisdir. Bir insan təqdim edirsə,mənası budur: “Allahım,sənin qarşında günahkaram.” Ancaq Rəbb Allah onu bağışlayarsa,həmin adam bağışlanmış olacaqdır. Qurban təqdim edən adamda Allah qorxusu var. Həmin adam qurban təqdim etməklə Rəbbə məqbul iş görmək istəyir. Bəs Rəbb Allahın münasibəti nədir? Çünki biz Rəbb Allaha qurbanları Onunla barışmaq məqsədi ilə təqdim edirik. Bəs Yaradan Allahın iradəsi nədir,O nə istəyir və gözləyir bizdən? Var Olan Rəbb Allahın iradəsini biz Müqəddəs Kitabda görə bilərik.
İbranilərə məktub 10:3-4:”Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır. Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.” Hər il,hər dəfə qurban kəsdikdə və onu təqdim etdikdə günahkar olduğumuzu yada salırıq. İnsan xoş niyyəti və Allah qorxusu ilə Rəbbin qarşısına gəlib qurban təqdim etdikdə,özünün günahkar olduğunu yadına salır. Rəbb Allahın mərhəmətinə və bağışlanmasına nail olmaqdan ötrü həmin qurbanı insan təqdim edir ki,Rəbb onu bağışlasın. Rəbb Allahın sözü isə deyir ki,buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq mümkün deyil. Ona görə hər dəfə qurban təqdim etməyə ehtiyac olur. Bu,bitməyən həyat tərzi,peşmançılıq, günahkarlıq hissidir.
İbranilərə məktub 10:5-7:”Buna görə Məsih dünyaya gələndə deyir:
«Qurban və təqdim istəmədin,
Amma Mənə bir bədən hazırladın.
Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi. O zaman dedim: “Budur,gəlmişəm,
Kitab tumarında Mənim haqqımda yazılıb.
Ay Allah,Sənin iradəni yerinə yetirim”». İsa Məsih deyir:”Məndən əvvəl gələn Peyğəmbərlərin kitablarında yazılanları yerinə yetirmək üçün gəldim. Çünki hələ bəşəriyyət qurulandan Peyğəmbərlər deyirdilər ki,Məsih – insanları günahlardan azad edən gələcək. Ona iman edən,Onub qurbanını qəbul edən tamamilə günahdan azad olacaqdır və onların günahları yada salınmayacaqdır. Rəbb Allah bəşəriyyəti, yaratdığı insanları o qədər sevir ki, insanların günah içində yaşamağını istəmir. Yerin və Göyün sahibi olan Rəbb Allah səni sevir. O istəmir ki,sən günah altında yaşayasan,vicdan əzabı çəkəsən. Var Olan Rəbb Allah Özü azadlıq,qurtuluş verir. Onun təqdim etdiyi birdəfəlikdir. İsa Yer üzünə gələndə bilirdi ki,kəffarə qurbanı olacaq. İnsanların əvəzinə özünü qurban verdi. Bu,Rəbb Allahın iradəsidir.
İbranilərə məktub 10:10:”Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.” Bu,Rəbbin sənə olan sözüdür. İsa Məsihin bədənində,Onun çarmıxda axıtdığı qanı vasitəsi ilə birdəfəlik və tamamilə təqdis olunduq,günahdan və lənətdən azad olunduq. Onun yaralarında biz şəfa aldıq və azad olduq. Yaradan Özü bunu etdi. Biz bacarmadığımızı Rəbb bizim yerimizə etdi ki,yaşadığımız bu qısa ömürdə əzab çəkməyək. Günahın bəhrələri ilə dolmayaq, Rəbb Allahın sənə olan istəyi tam əksinədir. Rəbb Allah istəmir ki,sənin həyatın ancaq Yer üzündə yaşadığın müddətlə bitsin və sən dünyanı dəyişdikdən sonra torpağa qoyulub unudulasan. Rəbb istəyir ki,sən yaşayasan. Çünki Rəbb Allah insanı yaradanda onu yaşayan can etdi. Rəbb Allahın iradəsi budur ki,yalnız Yer üzərində yaşayışla kifayətlənməyək,amma əbədi həyata malik olaq.
Necə?Necə mümkündür buna nail olmaq?Necə mümkündür Rəbb Allahın padşahlığına girmək?Necə mümkündür insanların arzuladığı cənnətə daxil olmaq?Rəbb Allahın təqdim etdiyi o kəfalə qurbanını qəbul etməklə ona pənah gətirməklə və onunla yaşamaqla. Məsih günahlar üçün yanlız bir qurban təqdim etdikdən sonra əbədi olaraq Rəbb Allahın sağında oturdu.Çünki o yanlız bir təqdim vasitəsiylə tədris olunmaqda olanları həmişəlik kamilləştirdi.Onun təqdim elediyi qurban vahid bir qurbandır.Ondan başqası olmayacaq.Ondan başqası yoxdur.O,həmişəlikdir.Həmişəlik təqdim ediləndir.İnsan nə qədər yer üzündə öz həyatını yaşayırsa onun üçün verilən təqdimat budur.Onu bağışlanmaq üçün,onu tədris etmək üçün,günahdan dönməm üçün,Rəbb Allah yoluyla gedip salehlərin yolçusu olmaq üçün Rəbb Allahın təqdim etdiyi qurbandır.Rəbb Allahın kəlamı deyir:”Ona iman edən utandırılmaz.”
Rəbb Allah bu qurbanı təqdim etməklə səni tamamilə azad edir.Tamamilə günahdan və günah qorxusundan azad edir.Bəs mən bəndə nə edim?Onun iradəsinə görə hərəkət edim?Yoxsa öz bildiyim kimi edim?Əgər mən təqdimatları var olan Rəbb Allaha verirəmsə Onun iradəsinə görə,xoş niyətinə görə,Onun Müqəddəs Kitabında yazıldığına görə hərəkət edirəm.Rəbb Allah hər birimizin günahlarının bağışlanmasından ötürü və bundan sonra yer üzünə nə qədər insan doğulursa doğulsun Rəbb Allahın sözü deyir ki,bunu o həmişəlik etdi.Bu bəşəriyət üçün həmişəlik edilən kəfalə qurbanı verdi.Ona iman edən utandırılmır.Ona iman edən günahlarının bağışlanmasına malikdir.Ona iman edən əbədi həyata nail olur.Həmin O,qurban Məsih İsadır.2000 min il bundan əvvəl Yerusəlimdə çarmığa çəkilmişdi.Bəşəriyətin günahını öz üzərinə götürərək,insanlar ölməsin deyə özünü könüllü olaraq qurban təqdim edən Rəbb Allahın oğlu Məsih İsadır. Ona iman azadlıq gətirir. Ona iman vicdan azadlığına gətirir. Ona iman lənətdən azadlıq gətirir. Ona iman rifat və xoş günlər görmək üçün əsas səbəbdir. İman et. İman etdiyində isə ona sarıl. Onun haqqında düşün və Ona minnətdar ol. Mən istəyərdim indi biz birlikdə dua edək. Bərəbər dua et və Rəbb Allahın sənin günahlarını bağışlamasından ötürü təqdim edilən günahın əvəzi olmasın sənin həyatında deyə təqdim etdiyi qurbana Məsihə görə minnətdar ol. Rəbb Allaha alqış et. Qoy könlün sevinsin. Azadam. Çünki məni azad edən,var olan Rəbb Allah Özüdür və əgər Rəbb Allah məni günahdan azad etdisə,mən azadam. Bu azadlıqda yaşayacağam. Günahdan azadlıq,lənətdən azadlıq, ölümdən azadlıq qazanacağam. Qoy Rəbb xeyir-dua versin. Məsih İsada nail olduğunuz azadlıqda möhkəm qalın və bu yolla var olan Rəbb Allahı izzətləndirin.

Müəllif: İdris Azəri