Kəlam bizə güzgü kimi verilibir…Özümüzü görək, özümüzü təhlil edək…o böyüdücü şüşə deyil ki orda başqalarının səhfini axtaraq.
Mən sizə yazıram və özümə də götürürəm, kiməsə ünvanlanmıram, ilk olaraq özüm öyrənirəm…
———
Yaxşı olar ki⤵️
1. Özün üçün Vaxt götür– tənhalan, Niyə? Haradan gəldiyini və haraya getdiyini anlamaq üçün. Həyatının məqsədini və dəyərlərini özün üçün səmimi aşkar etmək üçün: * Nə üçün yaşayırsan? * Nədir sənin həyatının missiyası?
2. Şumla o bərkimiş ürəyini…necə? Həlimliyi öyrənməklə….Əlindən nə qədər gəlirsə — insanlarla sülhdə ol, və bu sülhü sən yarat..
3. Özünə kənardan baxmağa çalış:
* Həyat tərzini öz gözünün önündən keçir, hər şeyə- hərətəklərinə, istifadə etdiyin sözlərə — diqqətlə bax və Allahın Kəlamına uyğun olub olmamasını özün aşkar et.
* özün üçün rəhbər tutduğun dəyərlərə bax:
* onlar başqalarına həyat verir? ( əgər o başqasına həyat vermirsə, deməli həyat vermək gücünə malik deyil, deməli bu sənə də həyat verməyəcək…)
* Ümid verir? * Dəyişmək üçün sevgi verir? Əgər vermirsə dəyiş bu dəyərləri…
Öz həyatın üçün məsuliyyət götür…..bu sənin həyatındır, sən bu həyatdan zövq alıb xoş günlər görmək istəyirsənsə bunu et…
Çünki sənin başqalarına olan münasibətin– ürəyinin sərt və daşlaşmış olduğunu göstərir…. Əgər sənin ürəyin başqasına qarşı sərtdirsə o zaman Allah sənə həyat sözünün yeni payını verəndə belə bu sərtlik imkan verməyəcək ki, bu söz ürəyinə daxil olsum və sonrada bəhrə verisin…
Əgər kimsə səninlə ünsiyyətdən uzaqlaşıbsa problemi ilk olaraq o adamda axtarma, özündə axtar, özünə diqqət yetir… Dua et o adam üçün… Xeyir dua ver ona…- çünki xeyir dua verən — xeyir dua alacaq… 1Timotey1:18-19:…”əvvəlcədən sənin haqqında söylənən peyğəmbərlik sözlərinə əsasən bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə aparasan, imana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanı rədd edərək imanlarını qəzaya uğrayan gəmi kimi batırdılar.”
İdris Azəri