Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək. – Qalatiyalılara 5:25
Zərif fortepianonu kökləyən işçiyə qulaq asarkən , bu fortepianoda Varşava konsertinin gözəl ifasını və “Sən nə qədər böyüksən” himninin zəngin melodiyasını necə dinlədiyimi xatırladım. İndi alətin mütləq köklənməyə ehtiyaci var idi. Bəzi klavişlər mükəmməl səslənir, digərləri isə xoşagəlməz səslər çıxardır. Kökləyən işçinin vəzifəsi bütün simlərin eyni səslənməməsi deyil, hər klavişin bənzərsiz səsini digərləri ilə birləşdirərək ümumi bir ahəng yaratmaq idi.
Məbəddə fikir ayrılığı barədə söhbətlərdə eşidə bilərsiniz. Fərqli hədəfləri və ya istedadları olan insanlar bir araya gələrək dəhşətli bir münaqişə yarada bilərlər. Qalatiyalılara yazdığı məktubda, Paul imanlıları Rəbb ilə ünsiyyəti və insanlar arasındakı münasibətləri pozan “düşmənçilik, münaqişə, qısqanclıq,hiddət, çəkişmələr və ixtilafları” aradan qaldırmağa çağırır. Bundan sonra həvari bizi Ruhun meyvəsini yetişdirməyə çağırır. Bu “məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq” (Qal. 5:20, 22-23).
Əgər ruhda hərəkət ediriksə, əhəmiyyətsiz, mənasız mövzularda lazımsız münaqişələrdən qaçınmaq daha asan olacaq. Ümumi məqsəd fərqlərdən daha vacib olacaq. Rəbbin köməyi ilə qəlblərimizi Müqəddəs Ruhun tonuna uyğunlaşdıraraq hər birimiz lütf və birlik içində böyüyə bilərik.
* * *
Görəsən mən, ne cürsə imanlılar arasında fikir ayrılığı yaradıram? Bəs mən necə harmoniya yarada bilərəm?
* * *
Mərhəmətli Rəbbim, Müqəddəs Ruhun rəhbərliyinə uyğunlaşmağı və başqaları ilə harmoniya yaratmağı mənə öyrət.
müəllif: Cindy Hess Casper
tərcümə: Nicat Alovlu