Mən niyə pislik etdiyim insandan üzr istəməliyəm?
Sual-üzr istəməmə səbəbləri nə ola bilər? Özümüz üçün düşünək..
Məncə əksər cavablar “qürür” olacaq. (Buna yalnış anlaşmanı da əlavə edərdim.)
Tamamilə razıyam. Çünki üzr istəmək bir çoxları üçün qürurun alçalması,sınması deməkdi.
Müqəddəs Kitabda belə bir ayəyə toxunmaq istəyirəm.
Yaqub 4:6: “Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: «Allah məğrurlara qarşıdır, İtaətkarlara isə lütf göstərər».”
Məğrur sözünün 2 mənası var -1) qürurlu təkəbburlu, -2) vüqarlı, mənlik hissi və.s
Kəlamda isə məğrur sözü qürur kimi istifadə edilir. Rəbb bizə deyir-məğrur olma,qürurlu olma…
Bəzən də düşünə bilərik ki, incitdiyim insanla ünsiyyəti kəssəm,uzaqlaşsam,görüşməsəm məsələ həll olub gedər,unudular.
Amma Kəlam bizə belə deyir:
Matta 5:23-24: “Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et.”
Ayə bizə açıq deyir, əgər qardaşınla,yaxınınla bir problemin varsa, əvvəlcə onu həll et,sonra Allah qarşısında qurbanını təqdim et.Qurban dedikdə Allaha olan ibadətlərimiz dualarımız nəzərdə tutulur.
Yuxarıda toxunduğum -yalnış anlaşılma sözünə qayıtmaq istəyirəm.
Mən qardaşıma qarşı səhf edirəm, amma gedib Allahdan üzr istəyirəm.
Bəs inciyən mənim qardaşım deyil mi?
Ona görə Allahdan üzr istədikdən sonra incitdiyimiz şəxsdən də üzr istəməyimiz vacibdir.
Müqəddəs Kəlam bunu deyir..
Luka 6:31: “İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.”
Daha açıq bir ayə. Rəbb bizə “Əkin-Biçin” məsəlini xatırladır.
Kim nə əkərsə onu da biçəcək.
Əgər ətrafındakı insanları sevmək istəyirsənsə, Allahın səni necə sevdiyini xatırla.Sən günahlı halınla necə dua edim düşünərkən, Tanrı “səni bu halınlada sevirəm” deyir.
Üzr istəmək heç də “alçaqlıq”deyil…
Və son olaraq
Romalılara məktub 12:18: “İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın.”
Xeyir dualı olun ❤

Ceyran Səlim