Pesax 2020
«Pesax və ya Pasxa yunanca (πάσχα), ibaranicə פסח [Pesaḥ] mənası:
“yanımdan ötdü” “yan keçdi”. Pasxa dedikdə, insanların yadına Musa peyğəmbərin dövrü, Misirin üzərinə 10 cəza gəlməsi, İsrail xalqın Misirdən çıxması gəlir. Pasxa bayramının kökləri bizim eradan 1400 il əvvələ, yəni 3420 il bundan əvvələ çıxır.
Müqəddəs Kitaba əsasən,İbrahim peyğəmbərin nəvəsi Yaqub ( Allah onun adını dəyişərək İsrail qoydu),
(Əlavə məlumat: Müqəddəs Kitab, Yaradılış 32:27-28 bu hadisə yazılıb, adının mənası: “güclülərin üzərində hakimiyyəti olan”, “Allahın şahzadəsi”, Nyusterin 1868-ci il nəşri Bibliya ensiklopediyasına əsasən: “Allahın qəhramanı”. Yaqubun adı İsrail oldu və onun nəslinə İsrailin nəsli, İsraillilər, deyildi.)
İsrailin bütün ailəsi oğlu Yusifin firondan sonra ölkədə 2-ci nüfuzlu şəxs olduğu Misirə köçür. Orada çoxalaraq İsrail xalqı adlanmağa başladılar, İsraillilər Misirdə 400 il yaşadılar və onun 210 ilini azadlıqlarını itirərək qul kimi yaşadılar.
(Əlavə məlumat: Misir fironu IV Amenemxet ilə Yusif dostluğu əsasında Yaqub ailəsi ilə Misirə köçür. İsrail xalqının Misirdən çıxması Misir fironu Merneptanın dövründə baş vermişdir. Mernepta II Ramsesin oğlu idi.)
—
Müqəddəs Kitab, Çıxış 1:13-14: “onları sıxıntılı əsarətdə saxladılar. Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər.”
Müqəddəs Kitab, Çıxış 3:9-10: “İndi isə İsrail övladlarının fəryadı Mənə çatdı, Misirlilərin onlara etdikləri zülmü görürəm. Buna görə də get. Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan».”
—-
10-cu cəza:
Müqəddəs Kitab, Çıxış 11:4-7: “Musa dedi: Rəbb belə deyir: “Gecə yarısı Mən Misirin ortasından keçəcəyəm; Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək. Bütün Misir torpağında elə böyük fəryad qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da olmayacaq. Lakin bütün İsraillilərin arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur”.
—
Bu hadisəni unutmamaq və ildən ilə qeyd edilməsini Yaradan Musa peyğəmbərə tapşırdı:
Müqəddəs Kitab, Çıxış 12:26-27: “Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”. Xalq əyilib səcdə etdi.”
—-
1400 il sonra Yerusəlimdə
Müqəddəs Kitab, İncil, Matta 26:1-2: “İsa bütün bu sözləri bitirəndən sonra şagirdlərinə dedi: «İki gün sonra Pasxa bayramı olacağını bilirsiniz. Bəşər Oğlu çarmıxa çəkilmək üçün təslim ediləcək».
İsa Məsih şagirdləri ilə birgə Pesax bayramını qeyd edir və süfrə arxasında oturanda “Yeni Əhd” haqqında danışır, bu Əhd Onun qanı üzərində bağlanılırdı…
Bu hadisədən 700 il əvvəl yaşayan Yeşaya bu hadisələr haqqında peyğəmbərlik edərək deyir:
Müqəddəs Kitab, Yeşaya 53:3-7: “Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi o çəkdi, Dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, Vurulub iztirab çəkdiyini zənn etdik. Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, Qırxımçıların qabağında dilsiz qoyun kimi Ağzını açmadı.”
—-
İsa Məsih Pasxa bayramını qeyd edir və şagirdləri ilə birgə Zeytun dağında yerləşən (Elion dağı) “Getsemani” adlanan bağa dua etmək üçün getdi.
Müqəddəs Kitab, İncil, Matta 26:36: “Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib dua edərkən siz burada oturub-qalın».
O gecə Yəhuda İskariot din xadimlərindən 30 gümüş alaraq İsanın yerini onlara göstərir və İsanı gecə ilə həbs edirlər…
Bu hadisədən 500 il əvvəl yaşayan Zəkəriyyə peyğəmbər bu hadisələr haqqında peyğəmbərlik edərək deyir:
Müqəddəs Kitab, Zəkəriyyə 11:10-13: “Sonra “Lütf” adlı dəyənəyimi götürdüm və bütün xalqlarla bağladığım əhdi pozmaq üçün onu qırdım. Beləcə əhd o gün pozuldu. Sürünün Mənə qulaq asan zəifləri bunun Rəbbin sözü olduğunu anladı. Mən onlara dedim: “Əgər bu sizə xoşdursa, Mənim muzdumu verin, əgər belə deyilsə, verməyin”. Onlar Mənə muzd olaraq otuz gümüş verdi. Rəbb Mənə dedi: “Onların Məni qiymətləndirdiyi bu yüksək muzdu dulusçuya at”. Beləcə otuz gümüşü götürüb Rəbbin məbədində olan dulusçuya atdım.”
—-
İsa həbs edilir, yalançı şahidlərin sözlərinə görə ölməyə məhkum edilir.
Məhkəmə işini tez edirlər,çünki növbəti gün yəhudilərin “Şabbat” günü idi və həmin gün qeyri-iş günü olduğuna görə, məhkəmə işini tez bitirdilər və çarmıxa çəkilməklə öldürülmək haqqında hökm verdilər…
İsa Məsihi Yerusəlimdə “Kəllə” adlanan bir dağa gətirdilər və səhər saat 9-da İsanı çarmıxa çəkdilər (Mark15:25) və
saat 12-də bütün şəhərin səmasını qara buludlar bağladı, şəhəri qaranlıq basdı (Mark15:33), saat 15:00-da, qaranlığın düşməsindən 3 saat sonra, ( Mark 34-37) İsa canını tapşırdı….
İsa Məsih canını tapşıran kimi Yerusəlimdə zəlzələ oldu, yerdə böyük çatlar yarandı, məbəddə 1 metr enində olan və ƏQDİSƏ qapı olan pərdə iki yerə bölündü…
Matta 27:33-38,Mark 15:22-27,Luka 23:33-43,Yəhya 19:17-25
Məsih İsa bizim Pasxamızdır:
Müqəddəs Kitab, İncil, 1Kor 5:7-8: “Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. bizim Pasxa quzumuz olan Məsih qurban verildi. Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək.”
—-
IV-cü əsrə qədər İsa Məsihə iman edənlər həm Pasxa bayramı qeyd edirdilər,həm də Pasxadan sonra Dirilmə bayramını qeyd edirdilər.
Sonra isə Pasxa bayramı Dirilmə bayramı ilə əvəz edildi.
İsa Məsihin dirilməsi
Müqəddəs Kitab, İncil, Luka 24:1-9: “Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər. Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər. Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar. Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın. Demişdi ki,
“Bəşər Oğlu günahkar insanlara təslim olmalı,çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”».
Qadınlar da İsanın sözlərini yada saldılar. Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər.”
İsa Məsihin ölülərdən dirilməsi xəbərini ilk olaraq Mələklər Məsihin şagirdlərinə verdilər. Şagirdlər bu haqda xəbəri yayanda:” İsa Məsih dirildi” deyərək yayırdılar və artıq bu xəbəri eşitmiş olanlar cavabında “Həqiqətən dirildi” deyərək bu xəbəri təsdiqləyirdi..
Və belə bir adət yarandı, Pasxa bayramından sonra ilk “Bazar günü” İsa Məsihə iman edənlər biri-birlərini belə salamlayırdılar:
—–
İSA MƏSİH — DİRİLDİ!!!
HƏQİQƏTƏN DİRİLDİ!!!!
——–
Yəhudi təqvimi bizim təqvimdən fərqlənir:
1. 4-cü gündən 5-ci günə kimi
2. 5-ci gündən 6-cı günə kimi
3. 6-cı gündən 7-ci günə kimidir…
——–
Müqəddəs Kitab, İncil, Romalılar məktubda 1:2-3: “Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu.”
Sonda:
Müqəddəs Kitab, İncil, 1Yəhya 4:9-10: “Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.”
Müqəddəs Yazıları araşdırın, bu məqalədə sitat gətirdiyim ayələr haqqında düşünün,bu sizin üçün faydalıdır.
Bütün Yazılar bunu deyir: “Yadan Allah səni sevir!”. Bunu sübüt edir,necə? İsa Məsih hər bir insanın günahlarını Öz üzərinə götürməsi ilə: lənətdən, günahdan, qorxudan, xəstəliklərdən, son zamanda mühakimədən, cəhənnəmdən azad edilməsi ilə və əlavə olaraq Cənnəti, əbədi həyatı bəxş etməsi ilə.
Bunun üçün Yaradan Allah qurban istəmir, təqdimatlar istəmir,ancaq və ancaq bir şey istəyir: Onun sözünə inanmaq, göndərdiyi Xilaskara iman etmək.
Bu,hər birimizin yaşaması üçün vacibdir.
“Yaradan Allah səni sevir və Ona tərəf gəlməyini gözləyir” — bunu unutma.
İdris Azəri.