Haqqımızda

ALOV Cəmiyyətlər Əməkdaşlığı 2010-cu ildə yaradıldı.

Alov Kilsəsi

Azərbaycanda və Azərbaycandan kənarda Isa Məsih haqqında xoş xəbəri yaymaq və iman edənlər ilə birgə Məsihin cəmiyyətlərini yaratmaq. Mövcüd olan və yeni yaranmış Məsihi cəmiyyətlərinə ruhanı, mənəvi dəstək verərək təyinatlarını icra etmələrinə, müjdə xidmətlərinin təşkil edilməsinə dəstək vermək, seminatlar, konfranslar təşkil etmək, xidmətlərinin icra edilməsi məqsədi ilə təciz etmək, cəmiyyətlər arası dostluq və əməkdaşlıq yaratmaq üçün əməkdaşlıqdır.

Alov Kilsələr Birliyinin yaranma tarixi:

Alov Kilsələr Birliyi 2010-cu ildə Bakı şəhərində bir neçə kilsə rəhbərlərinin təşəbbüsü ilə yaradıldı.
Alov Kilsələr Birliyinin təsisçiləri Məmmədov İdris, Fərhadov Ceyhun, İslamov Murad və digərləri olmuşdular.
Alov Kilsələr Birliyi multi-denominasiyalı, Bibliya təlimi üzərində yaradılmış kilsələr birliyidir.

 

Alov Kilsələr Birliyinin hal-hazırda istifadə edilən loqosu 2018-ci ildən yaradıldı.
Loqonun mərkəzində:
Alov işarəsi var və bu Müqəddəs Ruhun alovunu bildirir.
Alovun ətrafındaki dairə isə – bütövlüyü, əbədiliyi, kamil ardıcılığı bildirir.
Göy rəng- səmanı əks etdirərək, ruhaniliyi, həqiqəti, imanı, sədaqəti, daimliyi və əbədiliyi bildirir.
Ağ rəng – müqəddəsliyi, paklığı, səmimiyəti və şəffaflığı bildirir.

Bəs onda nə deyilir? «Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir». Biz elə həmin iman kəlamını vəz edirik: əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan.

Romalılara 10: 8-9