Hədiyyə edirik
Online oxu Bakıdan kənar
İncil Bakı daxili
İncil
Alov KilsəsiHaqqımızda
ALOV Cəmiyyətlər Əməkdaşlığı 2010-cu ildə yaradıldı. Azərbaycanda və Azərbaycandan kənarda Isa Məsih haqqında xoş xəbəri yaymaq və iman edənlər ilə birgə Məsihin cəmiyyətlərini yaratmaq. Mövcüd olan və yeni yaranmış Məsihi cəmiyyətlərinə ruhanı, mənəvi dəstək verərək təyinatlarını icra etmələrinə, müjdə xidmətlərinin təşkil edilməsinə dəstək vermək, seminatlar, konfranslar təşkil etmək, xidmətlərinin icra edilməsi məqsədi ilə təciz etmək, cəmiyyətlər arası dostluq və əməkdaşlıq yaratmaq üçün əməkdaşlıqdır.
Müqəddəs Kitabdan
Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır. Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq».
Paulun Romalılara Məktubu 10: 8-9
Uşaqlar üçün
Nə bəxtiyardır mərhəmətli olanlar!
Çünki onlara mərhəmət ediləcək.
Mattanın Nəql Etdiyi Müjdə 5:7
Ölkəmizdə yüzlərlə uşaqlar valideyn qayğısından məhrum olaraq uşaq evlərində böyüyürlər. Bu uşaqlara valideyn sevgisini yaşatmaq, qayğı göstərmək arzusundayıq.
Qadınlara Məsləhət
Rəbdir nurum, qurtuluşum!
Mən kimdən qorxum?
Rəbdir ömrümün qalası,
Mən kimdən vahimələnim?
Zəbur 27:1
Kişi Sözü
Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın. Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir.
Paulun Efeslilərə Məktubu 5:25-28