İsa Məsihi həyatına Xilaskar olaraq xəbul edənlərin iman etirafı:
1. Göyün və yerin Qadir Yaradanı olan Ata Allaha iman edirəm.
2. Allahın Vahid Oğlu, Rəbbimiz İsa Məsihə iman edirəm.
3. O, Müqəddəs Ruhdan hamilə qalmış Bakirə Məryəm tərəfindən doğulmuşdur.
4. O, Ponti Pilat tərəfindən əzab çəkmiş, çarmıxa çəkilmiş, ölmüş və dəfn edilmişdi.
5. Üçüncü gün isə ölülərdən dirilmişdir.
6. O, göylərə qaldırılmış, Qadir Ata Allahın sağında oturmuş,
7. Və oradan da diriləri və ölüləri Öz hikməti ilə mühakimə etməyə gələcəkdir.
8. Müqəddəs Ruha iman edirəm,
9. Vahid müqəddəs məsihçi cəmiyyətinə və müqəddəslərin ünsiyyətinə iman edirəm.
10. Günahların bağışlanmasına,
11. Bədənin dirilməsinə,
12. Əbədi həyata iman edirəm.
1. Biz Müqəddəs Kitabın (Bibliyanın) doğru, nüfuzlu, yetərli və səhvsiz olduğuna inanırıq. Müqəddəs Kitab Tanrının xüsusi bir vəhyi olaraq bəşəriyyət üçün Allahdan ilham almış yeganə mətndir.
Zəbur 19:7-11; Zəbur 119:105; Zəbur 119:160; 2Timoteyə1:13;
2Timoteyə 3:16; 2Peter 1:20-21.
—-
2. Biz Üç Şəxsdə – Ata, Oğul və Müqəddəs Ruhda bir olan, əbədi mövcud olan, Hər şeyin Sahibi, Suveren, Müqəddəs, Saleh, yeri və göyü Yaradan yeganə Tanrıya iman edirik. Üç şəxsdə Bir olan Yaradan, Öz yaratdıqlarından tamamilə fərqli və ayrıdır. Elə buna görə də yaradılış tamamilə Ondan asılıdır.
Qanunun təkrarı 6:4; Yeşaya 45:5-6; Yeşaya 46:9-10; Yəhya 17:3;
1Korinflilərə 8:4-6; 1Timoteyə 2:5; Yaradılış 1:26; Zəbur 45:6-7;
Zəbur 110:1; Matta 3:13-17; Matta 28:17-20; 1 Korinflilərə 12:4-6.
—-
3. Biz hər şeyin Allahın izzəti üçün mövcud olduğuna inanırıq.
Zəbur 148; Süleymanın Məsəlləri 16:4; Yeşaya 61:3; Romalılara 11:33-36;
1Korinflilərə 10:31; 2Korinflilərə 5:15; Efeslilərə 1:3-14.
—-
4. Biz İsa Məsihin Ataya bərabər olduğuna, Tanrının əbədi Oğlu olduğuna, yer üzündə insanların xilas etmək missiyasını yerinə yetirmək məqsədi ilə bakirə Məryəmdən doğulduğuna və eyni zamanda tam Tanrı və tam insan olduğuna inanırıq.
Matta 1:20; Luka 2:52; Yəhya 1:1-4; Koloselilərə 1:15-20; İbranilərə 1:1-3.
—-
5. Biz, İsa Məsihin günahı ödəmək və insanla Tanrı arasındakı düzgün münasibətləri bərpa etmək üçün qurban əvəzi olaraq öldüyünə, fiziki olaraq ölülərdən dirildiyinə, ölümə qalib gəldiyinə, göylərə ucaldığına və bir gün qayıdacağına inanırıq. İsa Məsih Ataya hörmət etmək üçün özünü alçaltmaqla, Ata tərəfindən hörmət və izzət qazanıb.
Yəhya 1:29; 10:1-18; Romalılara 5:8; 1Korinflilərə 15:1-4;
2Korinflilərə 5:21; Qalatiyalılara 1:4; 1Peter 3:18; Matta 28:1-20;
Mark 16:1-8; Luka 24:1-53; Yəhya 14:3; 1Korinflilərə 15:12-34; Həvarilərin işləri 1:11; 1Saloniklilərə 4:16; İbranilərə 9:28; 1Yəhya 3:2; Vəhy 1:7; Filipililər 2:5-11.
—-
6. Biz, Müqəddəs Ruhun Ata və Oğul ilə bərabər olduğuna inanırıq.
O, günahı ifşa etmək və insanların Məsihə ehtiyacları olduğunu başa düşməkdə onlara kömək etmək üçün bu dünyadadır. Xilas olduğu andan etibarən, O hər bir məsihçidə yaşayır, onlara yaşamaq üçün güc verir, ruhani həqiqətləri dərk etməyə kömək edir, Məsihə bənzər həyat yaşamaları üçün onlara rəhbərlik edir.
2 Korinflilərə 3:17; Yəhya 16:7-13; Yəhya 14:16-17;
Həvarilərin işləri 1:8; 1Korinflilərə 2:12.
—-
7. Biz, Tanrının yaradılışının incisi olaraq, insanın Tanrının surətində yaradıldığına inanırıq. Lakin bu surət, Tanrıya qarşı işlənmiş günahlı münasibətlə ləkələndi. Bu münasibət həm doğuluşdan, həm də əməllərimizlə bizi Tanrıdan ayırır.
Yaradılış 1:27; Yaradılış 6:5; Zəbur 8:3-6; Zəbur 51:5; Yeremya 17:9; Yeşaya 53:6; Romalılara 3:23; 5:8;12-21; 7:18; Efeslilərə 2:1-3.
—-
8. Biz, insanın əbədi mövcud olmaq üçün yaradıldığına inanırıq. İnsan ya günahla Tanrıdan ayrılmış, ya da Məsihin tamamlanmış işinə iman sayəsində bağışlanma və satınalınma yolu ilə Tanrı ilə birləşərək sonsuza qədər mövcud olacaqdır. Günaha görə layiqli cəza və nəticə – fiziki və ruhani ölümdür.
Yaradılış 2:15-17; Yaradılış 3:19; Romalılara 3:23; 5:12; 6:23;
Yaqub 1:14-15; Vəhy 20:15; Matta 13:49-50; Vəhy 2:10-11; Vəhy 21:7-8.
—-
9. Biz, Xilasın Tanrının insana bəxş etdiyi bir hədiyyə olduğuna inanırıq. İnsan heç vaxt özünü inkişaf etdirmək və ya yaxşı işlər görməklə günahını düzəldə bilməz. Yalnız Allahın lütfü ilə, İsa Məsihin şəxsiyyətinə və işinə inam və günahdan tövbə etməklə günahın üzərimizdə hökmranlığından və nəticələrindən xilas olmaq, Tanrı ilə barışmaq və əbədi həyatı miras almaq mümkündür.
Yəhya 1:12; 3:16,18; 10:29; 14:6; Efeslilərə 2:8-9; Həvarilərin işləri 4:12; Romalılara 3:21-26; 5:1; Qalatiyalılara 3:26; 1Timoteyə 2:5-6; Titus 3:5.
—-
10. Biz, Kilsənin Məsihin Bədəni olduğuna inanırıq və onun başı İsa Məsihdir. (Efeslilərə 1:22-23). Bu kilsə, öz icmasında və millətlər arasında Allahın izzəti üçün Həvarilərin İşləri 2:42-ci ayəni məqsədyönlü tətbiq edən imanlılar toplusudur.
Kilsə – əvvəlcə müəyyən mərhələlərdən keçən, başlanğıcda onu yaradan kilsədən asılı olan, sonra müstəqil yetkinliyə doğru hərəkət edən (özünü təmin edən) canlı bir cəmiyyətdir. Bu səyahət zamanı kilsə daha mütəşəkkil, sabit, təsir edən və başqa kilsələr yarada (təməlini qoya) bilən olur.
Kilsənin məqsədi – Allahın Padşahlığının gerçəkliyini nümayiş etdirmək, Onu sevərək Allahı izzətləndirmək, şagird yetişdirmək və Xoş Xəbəri vəz etməkdir.
1Korinflilərə 12:12-27; Həvarilərin işləri 1:8; 4:2; Mark 16:15-16.
Görüntümüz
Azərbaycanda və dünyada olan digər xalqlar arasında, İsa Məsih barədə xoş xəbəri yayaraq iman edənlər ilə birgə İsa Məsihin Ali tapşırığını yerinə yetirmək məqsədi ilə Matta 28:19-20 əsasən, Allahın izzəti üçün Məsihin törəyən cəmiyyətlərini yaradırıq.. Rom.15:6.
Missiyamız
5.1 Yaradılmış kilsələrə ruhanı, mənəvi dəstək verərək təyinatlarını icra etmələri üçün Biblik təhsil ilə təmin edirik. İman həyatını təkmilləşdirmək məqsədi ilə təlimlər, seminarlar, konfranslar təşkil edərək yeni xidmətçilərin İsa Məsihə xidmət etmələri məqsədi ilə təhciz edirik.
Denominasiyasından asılı olmayaraq digər müjdəçi kilsələr və təşkilatlar ilə dostluq edir və kilsə quruculuğundan savayı, digər sahələrdə əməkdaşlıq münasibətlərini saxlayırıq.
5.2 Alov Kilsələr Birliyi törəyən kilsələr strukturu ilə xidmətini icra edir.
5.3 Alov Kilsələr Birliyiaktiv olaraq ictimai xeyriyyə işləri ilə məşğul olur. Uşaq evləri, internatlar, qocalar evi, həbsxanalar, reabilitasiya mərkəzləri, müalicəyə və ya maddi-texniki dəstəyə ehtiyacı olanlara xidmət göstərir.
5.4 Alov Kilsələr Birliyi kütləvi informasiya vasitələri ilə, internet şəbəkəsində Müjdə işini icra edir.