Azərbaycanda məsihçiliyin tarixi nə vaxtdandır?

  

Albaniyaya – indiki Azərbaycan ərazisinə Məsihçilik, İsa Məsihin həvarilərinin dövründə gəlmişdir. İsanın 12 həvarisindən olan Bartalmay ilə Tadday (Fadey) müjdəni Parfiyalılara, Midiyalılara, Aşurlulara, Baktriyalılara və Margianlılara çatdırdı. Onlar Yerusəlimdən Hindistana və oradan geri, indiki Azərbaycan ərazisində İsa Məsih haqqında xoş xəbəri millətlərlə bölüşürdülər. Bu bizim eranın 70-ci illərində baş verirdi. Onlar xidmətlərində bölündülər, Bartalmay Albaniyada, Tadday isə indiki İran ərazisində müjdə veridi. O zaman bu ərazilərdə 25 xalq yaşayırdı. Bartalmayın əli ilə Rəbb böyük möcüzələr edirdi, insanlar iman edir, şəfa alırdı. Buda atəşpərəst kahinləri qıçıqlandırırdı.

 

 

 

 

 

 

 

 

 

Beləlikdə onları razı salmaq üçün Alban padşahı Astiaq Bartalmayı həbs edib, Albanopol (Urbanopol) şəhərinə indiki Bakıya gətirib, atəşpərəst kahinlərin əlinə təslim etdi. Onu çarmıxa çəkdilər, lakin Bartalmay susmadığına görə, onu çarmıxdan düşürdüb dərisini diri-diri soydular və sonra dilini, əllərini, ayaqlarını doğradılar. Buna görə bu təsvirdə o dərisizdir. Bartalmayın iztirab çəkdiyi yer Qız qalasının yanıdır, çünki bu qala vaxtı ilə zərdüştlərin məbədi olmuşdur. 410-cu ildə Bartalmayın cənazəsinin qalıqlarını köçürtdülər. Anma tarixi 24 avqustdur. 1937-ci ilə qədər Bartalmayın iztirablarının xatirəsi olaraq Qız qalasının yanında kiçik bir məbəd var idi. Bu məbəd 1937-ci ildə sovetlər tərəfindən dağıdılmışdır.

Dərisi soyulduğuna görə, bütün rəsmlərdə həvari Bartalamey dərisiz təsvir edilir.

Qız qalasının yanında Bartalameyin xatirəsinə kilsə tikilmişdir.

Qız qalasının yanında Bartalameyin xatirəsinə kilsə olması haqqında nişan var.

 

 

 

 

 

 

 

 

Həvari Bartalameyin qalıqlarını Salyan kazarmasının yanında rus pravoslav kilsəsində saxlayırlar.

Tadday isə indiki İran ərazisində müjdəni insanlarla bölüşürdü. Onun vasitəsi ilə Rəbb böyük işlər etdi, Tadday çoxlu cəmiyyətlər yaratdı və onun çoxlu şagirdləri var idi. Taddayın dəqiq necə və kimlər tərəfindən öldürülməsi aydın yazılmayıb, lakin tarixdə onun indiki İran ərazisində iztirablar çəkərək öldürülməsi qeyd edilmişdir. Taddayın sadiq şagirdlərindən biri Elişa (Yelisey), Yerusəlim Həvarisi Yaqubun xeyir duası ilə Albaniyaya yollandı və indiki Şəki ərazisində müjdə yaymağa başladı. Onun vasitəsi ilə Qafqazda ilk inşa edilmiş məbəd sayılan Kiş məbədi tikildi. Onun sadiqliyi və möhkəm imanı vasitəsi ilə şimal bölgələrdə müjdə uğurla yayılırdı. Elişa daha şimala tərəf yollandı və Çölü (Dərbəndə) qədər gəldi.

 

 

 

 

 

 

 

 

 

Helmez ərazisində şagirdi ilə birgə atəşpərəstlər tərəfindən öldürülərək quyuya atıldı.İllər keçdikdən sonra Alban məsihi padşahı Vaçaqan III-cü tərəfindən cənazasi götürülərək Albaniyaya gətirildi və Kiş ərazisində dəfn edildi. Kişdə Elişanın kilsəsi, Şərq kilsələrinin anası kimi qəbul edilir.

Qəbələdə, Nic kəndində tikilən Elişanın kilsəsi müjdəni Albaniyada yayırdı və əhalinin əksəriyyəti İsa Məsihə iman etmişdi. 313-cü ildə Urnayr Padşahı məsihçiliyin dövlət dini kimi qəbul edilməsinə fərman verdi . Bu vaxtdan Albaniyada yeni tarix başladı və bu tarix məsihçiliklə bağlı idi. Mədəniyyətin,dövlətçiliyin inkişafı, maarifləndirilmə ocaqlarının açılması, dua evlərinin və məbədlərin tikilməsi və s. Akademik Bünyadov qeyd edir ki, məsihçi padşahlar Urnayr, Vaçe II və Vaçaqan III məsihçiliyin yayılması üçün çox zəhmət çəkmişdirlər.

438-457-ci illərdə məsihçilik qarşıdurma ilə üzləşdi. Bu qarşıdurmanı müharibə ilə yürüyüşə başlayaraq Persiya padşahı Yezdiger II yaratdı. O istəyirdi ki, Albaniyanı zərdüştlüyə qaytarsın, lakin Alban xalqları birləşərək , güclü müqavimət göstərdi, əsas itkini isə Avaray döyüşündə verdi, ondan sonra Albanlar kimə istəyirlərsə qoy ibadət etsinlər -dedi..

487-cü ildə Alban padşahı Vaçaqan III isə məsihçilərə qarşı xeyirxah olur. Onun dövründə məsihçilik vüsat alır. Qəbələ məsihçiliyin paytaxtı idi. 552-ci ildən isə Məsihçiliyin mərkəzi Bərdə şəhəri olur. Birinci Alban Məsihçi baş kahini Abbas olur.

Alban dövlətinin sonuncu Məsihçi padşahı Cavanşir 638-670-ci illərdə padşahlıq edirdi. Albaniyada məsihçiliyin inkşafı və yayılmasının yeni dövrü başladı.

VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətin yaradılması ilə Alban kilsəsi də müstəqilliyini qazandı.

X-XI əsrlərə qədər nüfuzunu saxlamışdır, bunu XVIII əsrə qədər etdi. 1836-cı ildə Rus höküməti tərəfindən Alban kilsəsi ləğv edildi, bütün əmlakı və tarixi sənədlər Ermənistana verildi.

XIX əsrin əvvəlindən Azərbaycana Rusiyadan protestantların köçürülməsi başlandı.

Bakıda birinci pravoslav kilsəsi 1815 –cı ildə tikildi.

1834-cü ildə ilk köçürülənlər Şamaxının Altıağac kəndinə, 1838 –ci ildə Lənkarana, 1842-cı ildə Boris-Rus qəsəbəsi, 1844-cü ildə Slavyanka qəsəbəsi, 1868-ci ildə ancaq Bakı ərazisində 21 protestant qəsəbəsi var idi və orada 13 000 adam yaşayırdı.

Bakıda birinci katolik kilsə XIX əsrin 50-ci illərində, katolik hərbiçi dustaqların köçürülməsi ilə fəaliyyətə başladı. 1882-ci ildə müstəqilliyini alır, 1895-ci ildə bakirə Məryəmə həsr olunan məbəd tikilir,1909-1912-cı illərdə bakirə Məryəmin adına yeni kilsə binası tikilir, hansı ki, Bakının gözəl binalarından biri hesab edilmişdir və sovet vaxtında sökülür. 1999-cu ildə Bakıda katolik icması fəaliyyətini bərpa edir. 1819-ci ildən Azərbaycanda 209 alman ailəsi yaşayırdı. Lüteran məbədi 1870-ci ildə fəaliyyətinə başladı. 1899-cu ildə Bakıda Kirxa məbədi tikildi. İndiki Xanlarda (Elenenford) bu tarixdən də öncə kirxa binası tikilmişdir.

1844-cü ildə baptist kilsəsi fəaliyyətinə başladı.

1894-cü ildə adventistlər fəaliyyətinə başladı.

1914-cü ildə əllincilər fəaliyyətinə başladı.

1937-ci ildə lüteran kilsəsinin xidmətçiləri başqa xidmətçilər ilə birgə həbs edilib sürgün edildi, bəziləri isə güllələndi. 1994-cü ildə Məsihin müjdəsi yenidən yayılmağa başladı.