-Hamımız həyat dənizində üzürük. Bəzilərimiz indi güclü fırtınalar içindədi. Tanrı bu yolu rahat üzəcəyimizin sözünü verməyib.(Yəhya 16:33) Amma digər tərəfə çatacağımızın sözünü verib. Bəziləriniz işlərini itirib, bəziləriniz münasibətlərində qırılmalar yaşayır, Bəzilərimiz xəstəlik dövrünü keçir, ancaq biz xaosdan nə öyrənə bilərik? Fırtınada sağ qalmaq üçün nələr edə bilərik? Qorxu bizi yıxmağa çalışdığında nə edə bilərik? Xaos səndə yanlış bir şeyler gedir demək deyil, Rəbbin sənə əsəbi olduğu demək deyil. O demək deyil ki Rəbb səni sevmir yada səni rədd edir. Xaos,Tanrının iradəsini yetirsə idim fırtınada olmazdım demək deyil. Bunu aydın izah edim. Xaos həyatımızın və yaşantımızın normal bir parçasıdır. Əziyyət çəkmək,mübarizə aparmaq böyüməyin əsas hissəsidir. Palıd ağacı torpağa əkilmiş bir az toxumla başlayır. Gözəl palıd ağacına çevrilmək üçün hər il küləklərlə,yağışlarla, qarlarla üzləşir. İllər sonra bu toxum güclü palıd ağacına çevrilir. Çünki fırtınalarda imanımız böyüyür. İmanımızın saflığı sınaqdan keçirildiyində görünür. Fırtınada xarakterin güclənər, Rəbbin böyük izzətini tapa bilərsən. Fırtınada Rəbbi çağırırıq bizə yardım etməsini istəyirik. Fırtına bizim etibarımızı gücləndirər. Əgər bunu qazansaq,digəri daha çətin olacaq amma sənin etibarın olacaq çünki keçmişin zəfərlərlə dolu olmuş olacaq. Əgər bunu qazansaq digərini də qazanacağıq sonrasını da. Çünki Tanrı bizi Allahın aslanına çevrilməyimizi istəyir. Tanrı sualımıza cavab verməyibsə bu demek deyil ki o cavab vermək istəmir bəlkə də o bu mübarizəni atlatmağımızı gözləyir. Su müqaviməti gəmi üçün, hava müqaviməti təyyarə üçün lazımdır. İncildəki hər bir peyğəmbər mübarizə aparıb,əziyyət çəkib.Sadəcə çətinliklə üzləşdiyimizdə əsl potensialımızı görərik. Pis vəziyyətdəyiksə, bu vəziyyətimizə baxmağı buraxaq- fürsətlərimizə baxaq. İnsanlar bizi qırğınlığa uğradacaq. Nə qədər də ağrıdıcıdır, hə? Soruşacağıq Tanrı hardadır, niyə bunların olmasına icazə verir. Düşünə bilərsiniz ki mənim üçün cavab yoxdur. Əslində Tanrının minlərlə cavabı var.Qəlbimiz sağalacaq, “Günəş yenidən parlayacaq.” Fırtına daha güclü şəkildə qopmağa başladığında hara gedəcəyik? Sadəcə birinə – O İsadır. Xilaskarımız 👑
Musa Məmmədov