Yəhyanın müjdəsi 15:1 Mən həqiqi Meynəyəm, Atam da Bağbandır.  

İlk əvvəl bunu qeyd edim ki, İsa Məsihin bu ifadəsi alleqoriyadır, yani bənzətmədir. İsa Məsih dəfələrlə bu cür bənzətmələrdən istifadə edirdi və bunun məqsədi insanların başa düşdükləri tərzdə, əyani nümunələrdən istifadə edərək Allahın iradəsini izah etməkdir. Məsələn Yəhya 10:9- Mən qapiyam, 10:11-  mən yaxşı Çobanam.

İsa Məsih – Meynədir, Ona iman edən bizlər – meynədə bitən budağlarıq, Ata Allahın isə burada 2 rolu var:

  1. Bağban- yani bağı üzərində zəhmət çəkən, qayğı göstərən və
  2. Meynənin və Meynənin üzərində olan bütün budağların və bəhrənin Sahibidir.

Bağban Yunanca -ὁ γεωργός – bu sadəcə işçi demək deyil, sahib deməkdir. Sahib, üzüm Meynəsi olan Məsihi yer üzərinə göndərməklə, məcazi mənada Onu əkibdir.

Xatırladım ki, bundan öncə İsa Məsih şagirdləri ilə ilk “Rəbbin süfrəsini” keçitdi və orada üzüm məhsulundan istifsdə edərək onu şagirdlərinə “bu Mənim qanımdır” deyərək təqdim etmişdir, şagirdlərindən bunu içməklərini istədi və bunun ilə bağışlanmaya nail olmaq üçün Onun kəfarə qurbanı olduğunu qəbul etmələrinə ehtiyac olduğunu göstərdi. Ata Allah İsa Məsihi yer üzərində yaşayan bütün insanların günahlarının bağışlanması üçün təqdim etdi. İsa Məsihin günahların bağışlanması üçün təqdim etdiyi bu qurban avtomatik rejimdə işləmir və insanlar bu rejimlə sərbəst, özlərindən asılı olmayan bir şəkildə nail ola bilmirlər. Bu qurbana nail olmaq üçün iman edərək iştrakçısı olmaq lazımdır.

İsa Məsih şagirdlərnə öncədən təqdim etdiyi üzüm şirəsinin götürüldüyü mənbəyə Özünü bənzədərək “Mən meynəyəm, siz isə budağlarsınız” yani Mən məybəyəm və siz bu Mənbəydən qidalanmalısınız deyərək öyrədir.

Mən həqiq – yunanca (ἀληθινός) – gerçək olan, Onun Yaradan ilə həqiqi və  təbii  təması olduğu dməkdir. Bu təbii təmas – saxta, uydurulmuş, qerçəkliyə zidd olan, Yadana zidd olara öz başın ayaradılmış yalanın fonunda həqiqəti və gerçəkliyi təmamilə özündə əks etdirir.

Yəhya 15:2 Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin.

Ata Allah sahib olduğuna görə, Mehnənin üzərində bitən budaqlardan, sadəcə Meynədə olaraq qidalanmaqlarını deyil,  bəhrə istəyir. Bu fəsildə bəhdə sözü 8 dəfə istifadə edilir  (15: 2; 4; 5; 8; 16). Bu təkrar olun bəhrə gətirməyə vurğu vuraraq Məsih şagirdlərində gözləniləni bəlli edir.

:2-ci ayədə- bəhrə vermək və daha çox bəhrə

:5 və 8-ci ayələrdə – çoxlu bəhrə

:16-cı ayədə – bəhrəniz çox qalsın.

Ardıcıl gələn ayələrə görə bəhrədə get gedə daha çoxalmaya malikdir.

Üzüm bağı, meynə mövzusu yeni bir mövzu deyil, Rəbb Allah Əhti-Ətiqdə də üzüm bağı haqqında bənzətmədən istifadə edib (Yeşaya 5:1-7, 27:2-6; Yeremiya 2:21, 12:10; Yezekil 17:5-6; Huşə 10:1; Yoel 1:7; Zəbur 80:8-16) Yeşaya 5:1-7 nəzər saldıqda

Rəbb Allah – üzüm bağının sahibi,

İsrail  – üzüm bağı,

Yahuda xalqı – sevimli meynələr,

Bəhrə isə – Onun sözü icra etmək idi (ədaləti, salehliyi)

Atanın gözlədiyi – Məsihdə qalmağımızdır və bəhrə verməyimizdir. Məsihdə qalmağımız Onun əmrləri ilə yaşamaqdır və Onun əsas əmri:”Məsih bizi sevdiyi kimi bizdə bir-birimizi sevməyimizdir” və bəhrəmiz isə  İncildən aldığımız nümunəvi həyat tərzində yaşamaqdır.

Hansı bəhrədən söhbət gedir? İncildə bəhrə sözü 38 və 13 dəfə səmərə istifadə edilibdir. Hansı bəhrədən bəhs edildiyini biz İsa Məsihin həvarilərinin məktublarında görə bilrik,

Qalatiyalılara məktubda 5:22

Müqəddəs Ruhun səmərələri başlığı ilə başlayan sadalanmaya diqqət verək:

Məhəbbət – Məhəbbət nümunəsini Rəbb İsadan öyrənə bilərik, bu məhəbbətə “İlahi məhəbbət-Aqape” deyilir. Əvəzsiz məhəbbət, fədakar məhəbbət, qurban verən məhəbbət, başqasının yaxşılığını düşən və yaxşılığına görə çalışan məhəbbətdir.

Sevinc- sevmək feildən yaranan sözdür, fərəh, şadlıq, sevinmək, bayram etmək, əminlik.

Sülh – barışıq, əmin-amanlıq, dinclik, sakitlik,münaqişəni söndürmək.

Səbir – dözümlü olmaq, hövsələli olmaq, hirsini basmaq, özünü idarə etməyi bacarmaq.

Xeyirxahlıq – başqasına qarşı xoş münasibət, yaxşılığa calışmaq, qayğı,diqqət,kömək.

Yaxşılıq – pislik etməyin əksidir, dalaşmamaq, qalmaqal yaratmamaq, xoş niyyətli olmaq, xeyirə çalışmaq,  

                  (Yaxşılığa yaxşılıq hər kişinin işidir, Yamanlığa yaxşılıq ər kişinin işidir)

Sədaqət –məhəbbətdə dəyanətli (möhkəm, sözünə sadiq qalmaq) olmaq, səbatlı olmaq ( axıra qədər sözndə qalmaq), mətanətli olmaq, vəfalı olmaq, etibarlı olmaq, sadiqliq.

Həlimlik – davakar olmamaq və davaya, münaqişəyə səbəbkar olmamaq, dinc olmaq, dəcəl olmamaq, xoş niyyətli olmaq, sadəlik, itaətkar olmaq,

Nəfsə hakim olmaq – özünü idarə etməyi bacarmaq, emosiyalarına və  hər yaranan istəyə nəzarət etmək. Bu keyfiyytə malik olan insan ayırd edə bilir, nə Rəbb Allahın iradəsinə uyğundur və nə Onun iradəsinə ziddir. Yaxşı ilə yamanı seçmək qabiliyyəti, nə xeyirdir və nə ziyandır deyə anlaya bilir. Ayıq olmaqdır.

Bu ayənin davamında :”Bu kimi şeylərə qarşı qanun yoxdur”.

Yani bu tərzdə yaşayan, bu keyfiyyətlərə malik olan insan üçün qanun təsirini itirir, çünki bu bəhrəni verən insana günahın cəzalandırılması  hökmünun  təsirini qüvvədən düşür.

Rəbb Allahın sözünə uyğun olaraq bəhrə verən insan müqəddəslik yolu ilə gedir, bu yolun son dayanacağı əbədi həyatdır.

Rom.6:22-Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır.

Bu bəhrələr bizi müqəddəsliyə aparandır, buna əsasən, Müqəddəslik – günah etməməklə bağlı deyil, bəhrə verməkdir

Bəhra vermək – İsa Məsihə iman edənin həyat tərzidir və bu tərzdə əsas fokus Rəbbin iradəsinə əsasən həyat yaşamaqdır və iman əqidəsini bölüşənləri bu həyat tərzində yaşamağa çağırmaqdır:

Efes.5:8-11 –  8Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.  9Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdəhəqiqətdə görülür.  10Rəbbi razı salan şeyləri ayırd edin, 11qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin.

Burada Ata – Meynənin üzərində bitən budağdalara Özü nəzarət edir və budağdalar 2 hissə bölünür:

  1. Bəhrə verməyən – hansılar ki, qoparılır
  2. Bəhrə verən – hansılar ki, bunadır və təmizlənir ki, daha çox bəhrə versin.

Yuxarıda qeyd edilənləri cəmliyərək, Rəbb Allah Ona iman edənləri Onun verdiyi təlim ilə yaşamaq tərzinə çağırır və bu gözləniləndir. Bəhrə verməyənlər – İsa Məsihə iman edərək, öncədən yaşadıqları həyat tərzini davam edirlər və Onun əmrlərinə və iradəsinə tabe olmurlar.  Bu tərz haqqında Mattanın müjdəsi 13-cü fəsildə İsa Məsih öyrədərək, bənzətmədən yənə istifadə edərək Onun sözlərinin yol kənarında, daşlıqda, tıkanlığa düşərək bəhrəsiz olduqları haqqında öyrədirdi.

2Kor.9:10 – Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq.

Məlaki 3:18 O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasında fərqi yenə görəcəksiniz.

Yəhya 15:3 Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.  

İsa Məsihin şagirdləri (Yahuda İskariotdan başqa) İsanın sözü vasitəsi ilə təmişləndilər.

4Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz.  5Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.  6Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar.  7Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.  8Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.  9Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın.  10Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.  11Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun.  12Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.  13Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz.  14Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız.  15Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.  16Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.  17Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.

Dünyanın nifrəti

18Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib.  19Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir.  20Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər.  21Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar.  22Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur.  23Mənə nifrət edən Atama da nifrət edir.  24Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər.  25Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin.  26Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək.  27Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz.

Müəllif: İdris Azəri