Bu gün aprel ayın 7, həftənin bazar günüdür. Bir çoxları üçün bu gün istirahət günüdür və onlara doyunca yatmaq, ailəvi harasa getmək və həftənin adına uyğun olaraq Bazarlıq etmək günüdür, digərləri üçün bu gün hələdə iş günüdür və onlar işləməyə tələsirlər. İsa Məsihə pənah gətirən bizlər üçün, bu gün ibadət günüdür, haçan hər bir kəs eyni əqidədə olan insanlar ilə bir yerə toplaşırlar, toplatı yerinə KİLSƏ deyirik.

KİLSƏ sözü – yunan dilində-Ἐκκλησία- deyirik. Eklesiya,  ibrani dilində – קהל- Kahal deməkdir.İki mənası var, Rəbbə aid olanlar və söz mənasına görə — TOPLANTI.

Bu cür toplantılarda Məsihə məxsus olanlar, əssaən, ünsiyyətdə olurlar bir ailə kimi, biri-birlərini ehtiyaclarını dinəlyir, biri-biri üçün dualar edilər, kimlərsə kömək etmək üçün bölüşürlərlər, Rəbb Allahı məhd etmək üçün mahnılar oxunur və Müqəddəs Kitabdan – ibrətamiz, nəsiyyət xarakterli, ayələr oxunaraq təlim verilir.

Müqəddəs Kitab Efeslilərə məktub 2:19-21

9Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.  20Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür.  21Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır.

Müqəddəs Kitabda yazılıb ki, biz İsa Məsihə iman vasitəsi ilə Allahın ailə üzvüyük. Nəinki seçilmiş, nəinki Allaha məğbul, mömün….. Allahın ailə üzvləri…. Bu imtiyaz İsa Məsihə iman edənlərə verilir və ailə üzvləri olduğumuza görədə Rəbb Allah bizə çox yaxın olur, dularımızı eşidir, məşəqətli günlərimizdə kömək edir, sevinəndə sevinir, ruhlandırır və güclü iradəli insan olmağa kömək edir.

Niyə İsa Məsih, Müqəddəs Kitab, Həvarilərin İşləri 4:12 belə yazılıb—“Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq”.

Səma altında, yer üzərində yaşan inasanlar üçün Rəbb Allah bir isim verib, onun adı İsa Məsih ( Məsih yunanca- Χριστός— «Məsh Edilmiş, Xilas Edən kimi istifadə olunur). İsa Məsihə görə ƏRbb Allah insanların günahlarını bağışlayır, insanlara Əbədi həyatı (cənnəti) irs olaraq verir. Buna və Müqəddəs Kitabın digər ayələrinə görə biz, İsa Məsihə pənah gətirənlər deyirik: biz əbədi həyatı irs olaraq aldıq, bizim üçün mühakimə yoxdur, çünki Rəbb Allah, İsa Məsihə görə günahlarımızı bağışladı…..

Rəbbə minətdaram ki, paytaxt Bakıda və digər şəhərlərdə İsa Məsihin adı ilə toplaşan azərbaycanlılar ibadətlər edir, ölkəmizi üçün, dövlət başçısı üçün, xalqımız üçün, insanların şəfa alması üçün, Qarabağın sülh yolu ilə qayratılması üçün, ölkəmizin rifahı üçün – niyazlar və yalvarışlar edir.

Bu gün evdə oturma – Rəbb Allahın məbədi olan kilsəyə get.