Qoy Rəbb bu günə xeyir-dua versin və bu açılan sabahda sizin qarşınıza Allahın sözü ilə gəlirəm.Çünki Allahın sözü bizim dünyamızı genişləndirir,Allahın sözü bizi müdrik edir,Allahın sözü bizə həyat tərzində uğur qazanmaq,xoş günlər görmək,həyatdan kam almaq,insanların həyatında yaxşı iştirakçı olmaq üçün təmin edir.Allahın sözü bizə çağırır və deyir 1Pe 2:5: “özünüzdə diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.”Maraqlıdır ki,Allah bunu bizdən gözləyir.Allah istəyir ki,sən öz imanında passiv iştirakçı deyil,aktif olasan.Sən əlindən gelen bütün səyi,həvəsi qoyasan ki,Allahta hörüləsən.Allahta hörülmək-onun sözündə,hüzurun da qalmaq.Allahın hüzurunda qalmaq üçün lazım olan Allahın sözüdür.Allahın sözünü öyrən və onu gündəlik həyantında tədbiq et ki,Allahın sözü deyir:”Orada müqqədəs kahin dəstəsi olasınız.Allaha mexsus,Allaha aid və İsa Məsih vasitəsilə,Allaha məqbul olan qurbanları təqdim edəsiniz.”
Bax budur Allahın iradəsi və istəyi.Allah bunu səndən gözləyir ki,öz imanın da aktiv iştirakçı olasan.Ancaq dildə imanlı deyil,bir qulağından alıb,ötürən deyil,Allahın sözünü içində saxlayıb,ona əməl edəndir.İsadan aldığı həyat təcrübəsini,həyat nümunəsini götürərək,öz həyatında etməktir.Sevmək,mərhəmət etmək,bağışlamaq,yaxşı düşüncəyə malik olmaq,hər cür pisliyi köhnə paltar kimi kənara ataraq,Allaha doğru yürümək,Allahı bəyan etmək,Allahın sevgisini,bağışlanmanı,əbədi həyatı bəyan etməktir.Allah deyir:”Sən özün hörül.Sən çalış bunu et”Yəni öz əlindən gələni et ki,sən Allahın işində iştirakçı olasan.Allah bu işi şəxsən sənin həyatında başladı.Allah bunu sənin həyatında başladı və öz sözünü sənə verdi ki,səndən güclü şəxsiyyət etsin.Bax,Allahın sözü səni dəyişdirəndir.Allahın sözü səni güclü edəndir.Allahın sözü sənin düşüncələrində,sənin qəlbində,seni əmin,qətiyyətli,uzaq görən,məqsəd yönlü,yolundan dönməyən bir iman əli etmək istəyir.Ona görə sən eşitdiyin Allahın sözünə sarıl və bağlan.Sənin üçün indi İncil əlverişlidir.Sadecə internetdə İncil yazsan telefonuna yükləyə bilərsən.Oxu onu,araşdır onu.Onunla qüvvətli olasan.Ancaq elində saxlamaq yox,onun sehifələrində:”Allahın ürəyinə görə mən necə insan ola bilərəm?”O fikri alaraq,Məsihdən nümunə götürərək iman əli olabilərsən.Allah deyir:”Əgər sən bu nümunəyə görə hərəkət edirsənsə,sən öz ruhani evini tikirsən.Sən evinin divarlarını və damını qoyursan.Dünyada olan fəlakət,təhlükə səndən yan gedir.Çünki bu ev Rebb Allahın kahininin evidir.Bu evdə sən, Rebb Allaha xitməd edəcəksən.Allaha məqbul olan təqdimatları verəcəksən.Allaha məqbul olan təqdimat sənin özünü ona həsretmesi,özünün ona aid edilməsi,sənin bütün düşüncelerinle,bütün qəlbinlə,bütün varlığınla Rəbb Allaha bağlanaraq,ətrafında olan insanlara Allahın yaxşılığını,sevgisini göstərmək.Bu Rəbb Allahın səndən gözlədiyidir.Allah istəyir ki sən buna nail olduğuna görə bunda yaşayasan.
Əhti-Ətiqə baxdıqda bu şərəf hər bir kəsə verilmirdi.Ancaq Musa peyğəmbərin qardaşı Harun oğulları bu şərəfə nail olmuştu və İsrail qəbilələri arasın da yanlız Leydinin qəbiləsindən sağlam kişilər buna nail olabilirdi.Amma İsa Məsihə iman edən hər bir kəsə bu şərəf verilir.Onun xidmətçisi olmaq.Bu ad şərəflidir.Çünki sən bu adınla mən Məsihin xidmətçisiyəm,kahiniyəm dedikdə,Allahın bəşəriyyətə verdiyi bütün lütfün carçısı olursan.Allahın bəşəryətə verdiyi xeyir-duanın vasitəcisi olursan.Sən elan edirsən ətrafın da olan insanlara.Sən bəyan edirsən Rəbb Allahın sevgisini və bağışlanmasını.Sən bəyan edirsən Allahın təqdim etdiyi Kəfalə qurbanını.Rəbb deyir:”Bu sənə veriləndir və bunu aldığına görə,aktif ol.Həvəsli ol.Öz üzərində işlə,çalış.Lazım olmayanı kənara at.Bir çox şeylər var ki,sənə mane olur.Sənə mane olanı at kənara.Günahlı təbiət,düşüncə,ədalətsizlik bunları ataraq Allaha aid olan kimi,Məsihdən nümunə götürən kimi, Rəbb Allahın xidmətçisi ol.Allahın sözü dəvam edərək deyir ki:”Budur Sionda bir daş,seçilmiş,qiymətli Güşə daşı qoymuşam.”Allah deyir:”Ona iman edən əsla utandırılmaz.Rəbb Allahın sözü sənə deyir:”Ona iman edən əsla utandırılmaz.Xəcalət çəkməz.Üzü qızarmaz.Üzüntü duymaz.Peşman olmaz.Çünki iman etibardır.Güvəncdir.Dərin imandır.Dərin əminlik və əqiqədir.İnandığına özünü həsr etməktir.Bu ciddilik və düşünülmüş hərəkətdir.Bu sənin dərinliyində,İçində olan gərçəkliyin və əminliyindir.Bu iman dağları tərpədir.Bu iman bütün yolları açır.Bu iman var olan Rəbb Allahadır.Hansı ki, öz sözü vasitəsilə özünü sənə aşkar edir.Ona görə sən bu imana malik olduğuna görə Rəbb Allah deyir:”Əgər sən inanırsansa,əgər sən bütün qəlbinlə və daxilində sən mənim gərçəkliyimi qəbul etmisənsə heç vaxt utandırılmayacaqsan.Heç vaxt üzün qızarmayacaq.Əksinə şərəfə,izzətə nail oldun.Çünki sən var olan Rəbb Allahın oğlu,Məsih İsaya iman etdin və iman etdiyinə görə,sən öz imanının iştirakçısı olaraq sən ruhani evini tikirsən.Orda xidmət etmək üçün,Allahı bəyan etmək üçün,Allahın yaxşılığını bəyan etmək üçün,sən əlindən gələni edirsən və fikir verirsən ki,Rəbb Allahın sözü səni hərəkətə çağırır.Allahın sözü evdə 4 divar arasında imanı ürəyinin içində saxlamaqla deyil.Ailə üzvlərindən gizlətməklə deyil.Onlara xidmət etməkdir.Onlara qayğı,sevgi göstərməkdir.Allahtan aldığın əminliyi,sevgini onlara ötürmək,Allahdan aldığın bütün yaxşılıqları onlara vermək.Allah bunu istəyir.Çünki sənin imanın hərəkətdir.Çünki Müqqedes kitabda yazılıb ki:”İman əməlsiz ölüdür,faydasızdır.” Əgər sənin imanın sənin hərəkətlərində aşkar edilmirsə,əgər Allahdan aldığın iman vasitəsilə ürəyinə axdığı o əminliyi,sülhü ,sədaqəti sən ötürmürsənsə o iman nedir?Allah bizdən istəyir ki,biz onun xidmətçiləri olaq.Xidmət edən insan susmur.O Allahın sevgisindən danışır.Xidmət edən insan ancaq özü haqqında düşünmür.O, başqalarına xidmət etmək üçün fürsət axtarır.Bilirsən sən İsa Mesihə iman edərək Allah sənə böyük bir müqayisə edilməyən vədlər verdi.O vəədlərdə səni qoruyan,xəstələnən də şəfa verən,xoş gününü səninlə paylaşan,bütün ömrü boyu yanında duraraq əbədi həyatı verəndir.Bilirsən Rəbb Allahın vədlərindən birinə görə ətrafında olan insanlar qurbanlar kəsir.Ömür boyu can atırlar ki,onlardan birinə nail olsunlar.Amma Allah bunu sənə İsa Məsih vasitəsilə verir.Bunu qiymətli bil.Buna dəyər ver.Buna görə də Allahla yaşamaya çalış.Çünki Allahın sözü deyir:”İman edən sizlər üçün bu daş qiymətlidir.İman edən sənin üçün İsa Məsih qiymətlidir.Bunu ucuz tutma.Onu dəyərləndir.Çünki çox bahalı bir qiymətə satın alındın”Yazılır ki:”Bəzi insanlar iman kəlamına itaət etmədiklərinə görə büdrəyirlər.”8ci ayəyə baxın.Orda deyir ki:”Bir çoxları,hansılar ki iman edirlər amma o kəlamda qalmırlar.Bununla yaşamırlar.”Allah dilində danış,xidmət et,həvəsli ol,səy göstər.İnsanların sadecə müsbəti üçün çalış.Buna itaət etmirlər.Şikayət,dedi-qodu,deyingənlik əktiklərinə görə pislik edirlər.Allah diyəndə mərhəmət et,şəfqətsiz olurlar.Allah deyəndə yaxşılığına çalış,öz mənfəətini güdürlər.Allah deyir itaət et, onlar etmediklərinə görə,onlar da büdrəyirlər.Allah öz tərəfindən hər bir şeyi bizə verəndir.Təmin edəndir.Xeyir-dua verəndir.Qal onun xeyir-duasında.Yazılıb ki:”Sizi qaranlıqdan,öz heyrətamiz nuruna çağıran Allahın xoş sözlərini elan etmək üçün seçildiniz.”Allah səni seçdi.Allah bütün vədlərini,sözlərini verdi.Allah müqqədəs ruh ilə sənin daxilində yaşayaraq,səni möhkəm insan etdi ki,sən onun xidmətçisi olasan.Sən insanlara onu elan edən insan olasan.İstəyirəm ki,günə başlayanda belə başla:”Ya Rəbb sən məni seçtin,sən mənə böyük vədlər verdin.Sən məni güclü şəxsiyyət etdin və mən bu həyatda heç nədən və heç kimdən qorxmuram.Ümidim sənsən.Həyatda olan bütün təhlükələrdən sən məni qorudun.İnsanların qorxduğu xəstəliklərdən qoruyub şəfa verənsən.Mən eminəm səndən və bu bütün vədlərə layiq olduğuna görə Rəbb deyir:” Məni bəyan et,elan et.Bəyan et ki,qaranlıqdan nura çıxaran var.Gərçək var.Mərhəmət edən var.Bağışlayan var. O,yaradan Allahdır.Bu səndən gözləniləndir.Allahın xitmətçisi ol.Qoy bu işdə hər bir kəs uğur qazansın.Rəbb size xeyir-dua versin əzizlərim.

Müəllif: İdris Azəri