“Salehlərin alqışı şəhəri şərəfə çatdırar”.

Müqəddəs Kitab hər İsa Məsihə pənah gətirən insanı saleh adlandıır. Salehlik hər hansı bir əmələ görə deyil, İsa Məsihin Rəbb Allah tərəfdən göndərilən Xilaskar və Rəbb olduğuna İMANDAN İRƏLİ GƏLİR. Müqqədəs Kitab hər bir İsa Məsihə pənah gətirənə həvəslə və imanla dolu dua etməyə öyrədir. Dualarımız Rəbb Allahın sözü uyğun olaraq, yaşadığımız şəhərin, ölkənin ŞƏRƏFƏ ÇATMASIDIR. Hər bir vətənini sevən bunu arzılayar, hər bir ailəcanlı olan anlayır ki, ölkəmizdə olan müsbət dəyişiliklər hər bir ailəyə müsbət təsir edəcəkdir. İsa Məsih öyrədir: “Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsizsə, O sizə verəcək”, (İncil, Yahyanın müjdəsi 16:23).
Dualara cavab almaq istəyiriksə, o zaman Rəbb Allahdan İsa Məsihin adı ilə istəmək lazımdır. Bu səbəbdən İsa Məsihə pənah gətirənlərdən, dövət başcısı üçün, ölkəmizin, xalqımızın –dular edək.
Rəbbimiz, prezidentimizə İlham Əliyevə, dövləti idarə etmək üçün—daha da çox hikmət versin, pis niyyətli insanlardan qorusun, sadiq və etibarlı, Rəbb Allah qorxusunda yaşayan köməkçilər versin.

Rəbbimiz, ölkəmizə — rifahda inkişaf etməyə xeyir dua versin, təhsil, səhiyyə — daha da inkişaf etsin. Korupsiya – yox olsun, sərhədlərimiz bərpa edilsin və qorunsun.

Rəbbimiz xalqımıza – Rəbb Allahı tanımaq, Ona bütün ürəkləri ilə ibadət etməyi nəsib etsin. Xalqımız Rəbb Allahı tanımaqla daha da bol xeyir dua və bərəkət alsın, ümidsizlər – ümid, xəstələr –şəfa, pissimistlər – həyat sevgi alsınlar.
“Saleh adamın duası çox güclü və təsirlidir”. (İncil, Jaqubun məktubu 5:16). İsa Məsihə pənah gətirən əzizlərim, Rəbbin sözü bizi həvəsləndirir ki, dualarımız ÇOX GÜCLÜDÜR və TƏSİRLİDİR. Nəyinki eşidilir, nəyinki Allah bilir….. Dualarımız güçlüdür — icra edilmək üçün və təsirlidir — müsbət dəyişiliklər gətirmək üçün.
Dualarımızı daha da həvəslə, daha da səylə edək.

Müqəddə Kitab, İncil, Yaqubun məktubu 4:14
Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz.

Axı HƏYATINIZ NƏDİR Kİ?
Qısa bir müddətə görünüb sonra da yox olan buxardı.

Mənim fikrimcə, hər bir insanın doğulduğu gündən həyat hekayəsi yazılsa—heç bir kitaba s

ıxmaz. Çünki hər birimizin həyatı, unudulmaz hadisələr, illərlə zəhmət, əvəzsiz xidmət, çalışqanlıq, məktəb və institut illəri, yadda qalan dostlar, sevdiyimiz ailə, valideynlər, övladlar, yeni körpənin doğulması və yaxınlarımızın itkisi, qorxu və şücayət, kədər və sevinc ilə bəşəriyətin tarixində kimlərinsə həyatında iz qoyur.

Yaşayan Allah Müqəddəs Kitabı vasitəsi ilə, hər bir insana təklif etdiyi ƏBƏDİ HƏYAT müqaisəsində həyatını qısa bir müddət görünən bir buxara bənzədir. Yəhyanın müjdəsi 17 fəsildə yazılıb:”Sən İsa Məsihə bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin.” Rəbb-Allah bir insana əbədi həyatı, cənnəti bəxş etmək arzisindadır. Bunu üçün O, qurban istəmir, fədakarlıq istəmir, ziyarətlərə, səfərlərə lüzum qalmadı…. Ancaq vacib olan bir şey Allahın bütün bəşəriyyət üzərində təyin etdiyi – İsa Məsihə pənah gətirmək, Onu təqlid etmək.
Hal-hazırda bir çoxlarının həyatında baş verən və uşaqlıqdan bəri gözəl həyat təsvirinə uyğun gəlməyən həyatı məyus edir, həyatdan zövq almaqdan, razı qalmaqdan uzaq aparır. Lakin Rəbb-Allahın verdiyi İsa Məsih vasitəsi ilə ümid – dəyişiliklər gətirir, şəfa verir, bərpa edir, azadlıq verir. Rəbb-Allaha olan ümidin – utandırmaz, peşiman etməz, üzü qızartmaz.
Tam əksinə, sevinc bəxş edər, Rəbbin məhəbbəti ilə doldurar, lüfün nə olduğu anladar, həyatını Rəbbin hüzüru ilə zəngin edər. Rəbbə pəhan gətirənlər delə deyər: “ Rəbb xeyirxahdır,yaxşıdır”..
Bu fürsəti buraxma, çünki həyatın harada bitdiyini kim bilir…..

Müqəddəs Kitab, İncil, Yəhyanın müjdəsi 15 fəsil 7 ayədə İsa Məsih deyir: “Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək”.

Dua edən hər bir insan əlbətdə ki, eşidilmək üçün dua edir, əlbətdə ki, imdadı Qüdrətli olan Rəbb Allahdan gözləyərək istəyirik ki, eşidilsin və hər-hansı bir məsələ həllini tapsın. Dua necə olmalıdır, sadəcə əzbərlənmiş sözlər, sadəcə təkrar olunan sözlər, səslənən və icra olunmasını gözləmək üçün və ya Rəbb Allahı razı salmaq üçün sözlər ? Biz necə dua edirik?
İsa Məsih insanlara dua etmək haqqında təlim verir və öyrədir ki, hər bir insan dua etsin. Dua — nəinki Rəbb Allaha müraciətdir, dua – Rəbb Allaha pənah gətirən insanın bəyannaməsidir, dua edənin imanının etirafıdır.
Əgər dua edən insan dua etdiyi zaman bilmir Kimə müraciət edir, nə qədər yəqindir ki, o duasına cavab alacaq?
Əgər dua edən insan bilməsə ki, dua etdiyi Allah onun duasına cavab verəndir, o duasına cavab alacaq?
Dua – ancaq sözlər deyil, əminlikdir, iman nidasıdır, zəfər nidasıdır. Dua nəyə və Kimə iman etdiyindən qüvvət alır. Duadan əvvəl – iman olmalıdır ki, EŞİDİLƏSƏN.
İsa Məsih deyir, Məndə qal və Mənim təlim sözlərim sizdə qalsın…..
Dua etməzdən əvvəl İsa Məsihə gəlmək lazımdır, Onunla olmaq lazımdır.
İsa Məsih deyir:”nə istəyirsinizsə, diləyin, sizə veriləcək”.
İsa Məsihə iman edənlərə əminlik verilir – duaların EŞİDİLİR, CAVABSIZ QALMIR.
Əgər Sən, İsa Məsihin Rəbb Allah tərəfindən göndərilmiş Xilaskar kimi ürəyinə qəbul etmisənsə – əminliklə dua et. Əgər sən İsa Məsihin təlimində yaşayırsansa – dualarına cavab aldın. Sənin dualaırn sadəcə havaya səslənən sözlər olmayacaq,

İCRA OLUNMAQ ÜÇÜN – ZƏFƏR NİDASI OLACAQ.
Dua etdiyin zaman əmin ol – EŞİDİLİRSƏN,
Dua etdiyin haqda arxayın ol – CAVAB ALDIN.

İsa deyir: “Dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiniz sizin üçün ediləcəkdir”. (Müqəddəs Kitab, İncil, Markın müjdəsi 11:24)