“Ey Allahdan qorxanlar, gəlin, dinləyin, Onun mənə nə etdiyini sizə bəyan edim.”  Zəbur 66:16
20-ci əsrin əvvəllərində Packard Motor Avtomobil Şirkəti müştərilərin diqqətini cəlb etmək üçün bir şüar hazırladı: “Var olandan soruş”.  Populyarlaşdı və istehsalçının nüfuzunu gücləndirdi.  Şirkət rəhbərliyi bir insanın şəxsi tövsiyəsinin yaxşı işlədiyini başa düşdü.  Alışdan məmnun olan bir dost güclü bir arqumentdir.

Həyatımda gördüyüm, yaşadığım Allahın yaxşılıqları barədə olan  hekayələrdə də öz təsirini göstərir.  Allah bizi yalnız Ona deyil, ətrafımızdakılara da sevincimizi və minnətdarlığımızı bildirməyə çağırır (Zəbur 66: 1). Mən qəlbimdə təqsirə yer versəydim, Rəbb məni eşitməzdi, lakin O məni dinlədi, Duamın səsini eşitdi. “Alqış olsun Allaha! Duamı rədd etmədi, Məndən məhəbbətini əsirgəmədi!”
Qədim dövrlərdədə Allah çox möhtəşəm işlər gördü.  Məsələn, Qırmızı dənizin sularını böldü (Zəbur 66: 6).  Ayrıca hər birimizin həyatında öz işini görür: əziyyətə baxmayaraq bizə ümid bəxş edir, Kəlamını anlamağımıza kömək edən, gündəlik ehtiyaclarımızı təmin edən Müqəddəs Ruh göndərir.  İnsanlara həyatımızdakı Allahın hərəkəti haqqında danışdığımız zaman, bu alınması üçün verilən tövsiyədən daha vacibdir.  Allahın mərhəmətini izzətləndiririk və iman səfərində bir-birimizi ruhlandırırıq.
Ya Rəbb mənə kömək et ki, mənim həyatımda nə qədər möcüzələr etdiklərini insanlar ilə bölüşüm!

Müəllif: Kirsten Holmberg
Tərcümə: Nicat Alovlu