Vəhy 22:3: “Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək.”

1892-ci ildə ABŞ-ın Ellis adasından ilk (emiqrant) mühacir Enni Mur, yeni bir yerdə yeni həyat düşünərək həyacanlanırdı. Sonradan onun izi ilə milyonlar ilə insanlar getdi. Yeniyetmə olan Enni İrlandiyada olan çətin həyatını buraxdı, və Amerikada həyatında yeni bir səhifə açmaq istəyirdi. Əlindəki bir kiçik çanta və bir çox xəyalları, ümidləri ilə fürsət ölkəsindən gözləntiləri böyük idi.

Vəhy 21:1: “Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.”

Vəhy (21:2) Vəhy kitabında “müqəddəs Yerusəlim şəhəri” adlandırılan yerə girəcəyik . Həvari Yəhya bu gözəl şəhəri çox açıq şəkildə təsvir edir. O, orada «Tanrının və Quzunun taxtından çıxan büllur kimi parlaq bir həyat suyu çayını» gördü (Vəhy 22: 1). Su bolluq və həyat rəmzidir. Onun mənbəyi əbədi Tanrı Özü olacaqdır. Yəhya deyir ki, “heç nə lənətlənməyəcək” (v. 3). Allahın özü ilə insanlar arasında düşündüyü gözəl və saf əlaqələr tam bərpa ediləcəkdir.

Övladlarını sevən və Öz Oğlunun həyatı bahasına bizi əldə edən Allahın bizim üçün belə gözəl bir yeni bir ev hazırladığını bilmək necə də gözəldir (Vəhy 21: 3).

Cənnət haqqında düşünəndə ağla nə gəlir? Bugünkü Vəhy mətni sizi necə ruhlandırır?
Səmavi Ata, sevginiz üçün təşəkkür edirəm! Cənnətdə sizinlə və bir-birinizlə əmin-amanlıq içində yaşayacağımız günü gözləyirik.

Müəllif: Estera Piroska Eskobar
Tərcümə: Nicat Alovlu