Bu suala cavab verməyə çalışdığımız kimi, Xoş Xəbər odur ki, Allah haqqında çox məlumat var! Bu izahı yoxlamaq istəyənlərə onu ilk növbədə əvvəldən axıra qədər oxumaq kömək edə bilər; sonra aydınlaşdırmaq üçün yenidən əvvələ qayıdıb, Kəlamdan seçilmiş ayələri axtarmaq olar. Kəlamdakı məlumat çox vacibdir. Müqəddəs Kitabın nüfuzu olmasa, bu, insan düşüncəsinin yaratdığı söz yığını ola bilər, hansı ki, hətta insan özü də Allahı dərk etməkdə yanıla bilər (Əyyub 42:7). Bunu söyləməklə biz Allahı kiçiltmiş olduğumuzu başa düşməliyik! Bu isə Allahın iradəsinin əksinə olaraq bizim başqa allahlara ibadət etməyimizə səbəb olacaq (Çıxış 20:3-5).
Biz yalnız Allahın Özünün açıqlamaq istədiyi şeyi öyrənə bilərik. Allahın atribut və xüsusiyyətlərindən biri Onun “Nur” olmasıdır. Bu da Onun Özü haqqında məlumat verməsində özünü açıqlaması mənasını verir (Yeşaya 60:19, Yaqub 1:17). Allahın verəcəyi istirahətə nail olmaq vədi qüvvədə ikən, bizlərdən kimsə bundan məhrum sayılmayacaq (İbranilərə 4:1). Yaradılış, Müqəddəs Kitab və bəşər olmuş Kəlam (İsa Məsih) Allahın necə olduğunu öyrənməkdə bizə kömək edəcəkdir.
Allah Yaradandır, biz isə Onun yaratdıqlarının bir hissəsiyik (Yaradılış 1:1, Zəbur 24:1). Allah deyib ki, insan Onun surətində yaradılıb. İnsan bütün digər yaradılışlardan üstündür və ona digər yaradılışlar üzərində hökmranlıq etmək səlahiyyəti verilib (Yaradılış 1:26-28). Xilqət insanın “günaha batmasına” görə lənətlənib, lakin hələ də Allahın işini özündə izhar edir (Yaradılış 3:17-18, Romalılara 1:19-20). Yaradılışın böyüklüyünə, mürəkkəbliyinə, gözəlliyinə və nizamına baxanda bizdə Allahın əsrarəngizliyi haqqında fikir oyanır.
Allahın bəzi adlarını oxumaq bizə Allahın necəliyi barədəki axtarışımızda kömək edə bilər. Bunlar aşağıdakılardır:
Elohim – güclü, ilahi (Yaradılış 1:1)
Adonay – Rəbb, Ağa və qul arasındakı ünsiyyəti göstərir (Çıxış 4:10,13)
El Elyon – Ən Uca, güclü (Yaradılış 14:20)
El Royi – görən Allah (Yaradılış 16:13)
El Şadday – Killi-İxtiyar Allah (Yaradılış 17:1)
El Olam – əbədi Allah (Yeşaya 40:28)
Yahve – “Var Olan Mənəm,” əzəldən var olan mənasındadır (Çıxış 3:13,14)
Biz Allahın atributlarını tədqiq etməkdə davam edə bilərik; Allah əbədidir, Allahın başlanğıcı yoxdur və Onun mövcudluğu heç vaxt bitməyəcək. O ölməzdir, əzəli əbədidir (Qanunun Təkrarı 33:27; Zəbur 90:2; 1Timoteyə 1:17). Allah dəyişməzdir, O tamamilə etibarlı və sədaqətlidir (Məlaki 3:6; Saylar 23:19; Zəbur 102:26,27). Allah müqayisə olunmazdır, Ona və Onun işlərinə bənzər heç kim və heç nə yoxdur, O, misilsiz və kamildir (2Şamuel 7:22; Zəbur 86:8; Yeşaya 40:25; Matta 5:48). Allah dərkedilməzdir, hüdudsuz və əsrarəngizdir, Onun ağlını heç kim dərk etməmişdir (Yeşaya 40:28; Zəbur 145:3; Romalılara 11:33,34).
Allah ədalətlidir, O insanlara qarşı tərəfgir deyil (Qanunun Təkrarı 32:4; Zəbur 18:30). Allah hər şeyə qadirdir, O güclüdür və istədiyi hər bir şeyi edə bilər. Lakin Onun əməlləri hər zaman Onun xüsusiyyətlərinə uyğundur (Vəhy 19:6; Yeremya 32:17,27). Allah hər yerdədir, Onun hüzuru hər yerdədir, lakin bu o demək deyil ki, hər şey Allahdır (Zəbur 139:7-13: Yeremya 23:23). Allah hər şeyi biləndir, O keçmişi, indini və gələcəyi bilir, hətta hər an nə düşündüyümüzü belə bilir. O hər şeyi bildiyi üçün Onun ədaləti daim səltənət sürəcək (Zəbur 139:1-5; Süleymanın Məsəlləri 5:21).
Allah yeganə Rəbbdir, Onun kimisi yoxdur. Yalnız O bizim ürəklərimizin ehtiyaclarını və arzularını bilir. Yalnız O bizim tərəfimizdən səcdəyə və ixlasa layiqdir (Qanunun Təkrarı 6:4). Allah salehdir, O günahın üzərindən elə-belə keçə bilmir və keçməyəcək, bu bizim günahlarımızın bağışlanması üçün Onun salehliyindən və ədalətindən irəli gəlir. Bizim günahlarımız İsanın üzərinə qoyulduğu zaman, O Allahın cəzasını yaşamışdı (Çıxış 9:27; Matta 27:45-46; Romalılara 3:21-26).
Allah hökmdardır, O ən Alidir, bütün xilqət istər bilərəkdən, istərsə də bilməyərəkdən Onun məqsədlərinin qarşısını ala bilməz (Zəbur 93:1; 95:3; Yaradılış 23:20). Allah Ruhdur, yəni O gözəgörünməzdir (Yəhya 1:18, 4:24). Allah Üçlükdür, yəni O üç Allahdan ibarətdir. Onlar gücdə və izzətdə bərabərdirlər. Fikir verin ki, Kəlamın ilk fəslində onların “adı” tək halda çəkilir, baxmayaraq ki, onlar üç ayrı Şəxsiyyətlərdir – “Ata, Oğul və Müqəddəs Ruh” (Matta 28:19; Mark 1:9-11). Allah həqiqətdir, O fikrini dəyişdirmir və yalan söyləmir (Zəbur 117:2; 1Şamuel 15:29).
Allah müqəddəsdir, O hər cür murdarlıqdan uzaqdır və onun düşmənidir. Allah bütün şər əməlləri görür və qəzəblənir. Od adətən Kəlamda müqəddəslik rəmzi kimi göstərilir. Allah od-alov kimi təsvir olunur (Yeşaya 6:3; Habaqquq 1:13; Çıxış 3:2,4,5; İbranilərə 12:29). Allah mərhəmətlidir – bura Onun alicənablığı, xeyirxahlığı, mərhəməti və məhəbbəti daxildir. Bütün bunlar Allahın mərhəmətinin kölgələridir. Bunlar Allahın izzəti üçün olmasaydı, bizi Allahdan ayırardı. Şükür ki, bu belə deyil, O hamımızı şəxsən tanımaq arzusundadır (Çıxış 34:6; Zəbur 31:19; 1Peter 1:3; Yəhya 3:16; Yəhya 17:3).
Bu Allaha aid olan suallara sadə cavablardır. Xahiş edirik ki, Onun haqqında axtarışlara davam etməkdə ruhlanasınız (Yeremya 29:13).