Verilmiş vəziyyətə uyğun olaraq, Allahın iradəsini öyrənməyin iki yolu var: (1) Nə istədiyinə diqqət et və ya Kəlamın qadağan etdiyi şeyi etməməyi nəzərə al. (2) Nə istədiyinə diqqət et və ya Allahın iradəsini yerinə yetirmək Allahı izzətləndirəcək və sənin ruhani inkişafına kömək edəcək. Əgər bu iki şey həqiqətdirsə və Allah hələ də istədiyin şeyi sənə vermirsə – demək istədiyin şeyi almaq Rəbbin iradəsi deyil. Yaxud da sən bir az daha gözləməlisən. Bəzən Allahın iradəsini bilmək çətindir. İnsanlar Allahın onlara nə etməli olduqlarını deməsini istəyir – harada işləməyi, harada yaşamağı, kiminlə ailə qurmağı və s. Romalılara 12:2 bizə deyir: “Və bu zəmanəyə uyğunlaşmayın, ancaq Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yeniləşməsi ilə kökündən dəyişin.”
Allah nadir hallarda insanlara birbaşa və xüsusi məlumat verir. Allah bizə həmin şeylər haqqında seçim etmək imkanı verir. Allahın bizim etməyimizi istəmədiyi yeganə şey günah etməyimiz və Onun iradəsinə qarşı müqavimət göstərməyimizdir. Allah istəyir ki, biz elə seçimlər edək ki, bu Onun iradəsinə uyğun olsun. Beləliklə, sənin üçün Allahın iradəsinin nə olduğunu necə öyrənə bilərsən? Əgər sən Rəbblə yeriyirsənsə və həqiqətən Onun həyatın üçün olan iradəsini bilmək istəyirsənsə – Allah Öz istəklərini Sənin ürəyinə qoyacaqdır. Bunun açarı öz iradəni deyil, Allahın iradəsini arzulamaqdadır. “Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq” (Zəbur 37:4). Əgər Müqəddəs Kitab buna qarşı deyilsə və bu həqiqətən sənin ruhən faydalanmağın üçündürsə – onda Müqəddəs Kitab sənə qərar verməyə və ürəyinin səsini dinləməyə “icazə” verir.