İsa Məsih kimdir?

İsa Məsih kimdir? “Allah mövcuddurmu?” sualından fərqli olaraq, çox az adam İsa Məsih mövcuddurmu sualını verir. Ümumiyyətlə, İsa Məsihin 2000 il bundan əvvəl insan olub, yer üzündə İsraildə olması qəbul olunub. Mübahisə İsa Məsihin kimliyi haqqında müzakirə ediləndə başlayır. Demək olar ki, dinlərin əksəriyyəti İsa Məsihin peyğəmbər, yaxşı müəllim və ya Allah adamı olduğunu öyrədirlər.

K.S. Lüis “Həqiqi Məsihçilik” kitabında yazır: “Mən burada insanların tez-tez Onun [İsa Məsihin] haqqında dediyi səfeh deyimlərin qarşısını almağa çalışıram: “Mən İsanı yaxşı əxlaqi müəllim kimi qəbul etməyə hazıram, lakin mən Onun Allah olması iddiasını qəbul etmirəm.” Biz bunu deməməliyik. Adi insan olan və bu cür sözləri deyən sadəcə yaxşı əxlaqi müəllim ola bilməzdi. O ya dəli olmalı idi – ona bişməmiş yumurta deyən insanın səviyyəsində olmalıydı – ya da cəhənnəmin iblisi olmalı idi. Sən Onu susdura, Ona tüpürə və iblis kimi Onu öldürə bilərsən; yaxud Onun ayaqlarına düşə və Ona Rəbb və Allah deyə bilərsən.

Beləliklə, İsa kim olduğunu təsdiqləyirdimi? Bəs Müqəddəs Kitab Onun kim olduğu haqda deyirmi? Birinci, gəlin İsanın Yəhya 10:30-da dediyi sözlərə baxaq, “Mən və Ata birik.” İlk baxışdan bu İsanın Allah olduğunu təsdiqləməyə bilər. Buna baxmayaraq, yəhudilərin Onun bəyanatına olan reaksiyasına bax, “Səni yaxşı işə görə deyil, küfr etdiyin üçün və Sən insan ikən Özünü Allah etdiyinə görə daşa basırıq” (Yəhya 10:33). Yəhudilər İsanın Allah olması bəyanatını təsdiqlədiyini başa düşdülər. Növbəti ayələrdə “Mən Özümü Allah etmirəm” sözlərini deməklə İsa heç vaxt yəhudilərin səhvini düzəltmədi. Bu İsanın Allah olduğuna işarə edir, “Mən və Ata birik” (Yəhya 10:30). Yəhya 8:58 isə başqa bir misaldır. İsa elan etdi, “Sizə doğrusunu, doğrusunu deyirəm: İbrahim olmazdan əvvəl Mən varam.” Yenə də cavabında yəhudilər İsanı daşlamağa cəhd göstərdilər (Yəhya 8:59). İsa Öz kimliyini “Var Olan Mənəm” kimi elan etdi ki, bu da birbaşa Əhdi-Ətiqdə Allahın adıdır (Çıxış 3:4). ). Əgər İsa Özünün Allah olduğunu elan etmirdisə, onda nə üçün yəhudilər onu daşlamaq istəyirdilər?

Yəhya 1:1 deyir, “Kəlam Allah olub.” Yəhya 1:14 deyir, “Kəlam bəşər olub.” Bu açıq-aydın İsanın bədəndə olan Allah olduğuna işarə edir. İsanın şagirdi olan Toma İsa ilə əlaqədar demişdi, “Rəbbim və Allahım” (Yəhya 20:28). İsa onun səhvini düzəltmədi. Həvari Pavel Onu “…Böyük Allah və Xilaskarımız Məsih İsa” kimi təsvir edir (Titus 2:13). Həvari Peter də eyni şeyi deyir, “…Allah və Xilaskarımız İsa Məsih” (2Peter 1:1). Allah Onun kimliyinə tam şahiddir. Lakin “Oğlu haqqında isə bunları deyir: “Ey Allah, taxtın əbədi və daimidir, və Səltənətinin əsası haqqa istinad edən əsadır.” Əhdi-Ətiq peyğəmbərləri Onun Allahlığı haqqında xəbər verir, “Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Əmin-amanlıq Hökmdarı olacaq.”

Beləliklə, K.S. Lüis mübahisə edir ki, İsa Məsihə yaxşı müəllim kimi inanmaq seçim deyil. İsa aydın və inkar olunmaz şəkildə Özünün Allah olduğunu təsdiqləyir. Əgər O Allah deyilsə, onda O yalançıdır, heç peyğəmbər, yaxşı müəllim və Allah adamı da deyil. İsanın sözlərini inkar etməyə təşəbbüs göstərən müasir “alimlər” “həqiqi tarixi İsanın” Müqəddəs Kitabın Onun haqqında yazdıqlarından bir çox şeyi demədiyini deyirlər. Biz kimik ki, İsanın nə deyib-demədiyi haqqında Allahın Kəlamı ilə mübahisə edək. “Alimlər” bunu Onunla birgə yaşayanlardan, Onunla xidmət edənlərdən və Onun öyrətdiyi adamlardan yaxşı necə görə bilər (Yəhya 14:26).

Nə üçün İsanın həqiqi kimliyi haqqındakı sual bu qədər vacibdir? İsanın Allah olub-olmaması nə məna verir? Ən vacib səbəb odur ki, İsa Allah olmasaydı, bütün dünyanın günahlarının cəzasını götürməzdi (1Yəhya 2:2). Yalnız Allah belə əbədi cəzanı götürə bilərdi (Romalılara 5:8; 2Korinflilərə 5:21). İsa bizim borclarımızı ödəmək üçün Allah olmalı idi. İsa ölə bilmək üçün Allah olmalı idi. Xilas yalnız İsa Məsihə iman edənlər üçün mümkündür. İsanın Xilasa yeganə yol olması Onun Allahlığını sübut edir. İsa elan etdi, “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz” (Yəhya 14:6).