Məsihçilərin xidməti digər məzhəblərin ardıcıllarının xidmətindən köklü olaraq fərqlənir. Xilası almaq və ya qazanmaq mümkün deyil. Əgər biz Məsihə iman ediriksə, Onun böyük mərhəməti sayəsində xilas bizə müftə verilir. Ona görə, biz xilası qazanmaq üçün yox, Onun bizə bəxş etdiyi xilasa görə öz məhəbbət və minnətdarlığımızı bildirməkdən ötrü Ona xidmət edirik.
Dua
İsa Öz ardıcıllarına hər gün müəyyən vaxtda arami və ya yunan dilində üzlərini şərqə və ya qərbə tutaraq təkrarlamalı olacaqları duanı vermədi, bunun əvəzində O onları da, övladlar istədikləri vaxt və istədikləri yerdə, öz atalarının yanına gəldikləri kimi, onları Onun yanına gəlməyə və Onunla öz ana dillərində danışmağa vadar etmişdir. İbadətin forması vacib deyildir, lakin əsas budur ki, onlar Allaha səmimiyyətlə, ağıl və ürəkləri ilə ibadət etsinlər (Matta 6:5-10, Yəhya 4:23, 24). Məsihçilər digər imanlılarla öz dua evlərində, Rəbbin dərgahında toplanıb, xahiş və niyazlarla, şükranlarla dua edirlər. Müqəddəs Kitabdan Allahın Kəlamlarının oxunması və onların araşdırılması məsihçilər arasında bir adət şəklini almışdır. Onlar dualarında çoxlu bəxşiş üçün Allaha təşəkkür edir, özlərinin hələ də kamil olmadıqlarını etiraf edir, əfv olunmalarını diləyir, xəstələrin şəfası və iman etməyənlərin xilas olunması üçün dua edirlər. Məsihçilər, eləcə də, öz rəhbərləri və bütün dünya üçün dua edirlər. İsa dedi ki, biz daim dua etməliyik (Luka 18:1). İsa Məsih həftənin ilk günü, yəni bazar günü dirildiyi üçün məsihçilər həmən günü müqəddəs sayır və həmən günü dünyanın bütün məsihçiləri öz yerli dua evlərində toplantı keçirir və Rəbbə öz şükran qurbanlarını təqdim edirlər. Məbəd ibadəti zamanı Müqəddəs Kitabdan ayələr oxunur, ilahilər səslənir. Məbəddə Allahın xalqına rəhbər seçilmiş şəxs moizə oxuyur. ’gər siz məsihçi ibadəti mərasimində iştirak etmək istəsəniz, öz məsihçi dostunuzla onun dua evinə (cəmiyyətə) gedə bilərsiniz.
Oruc
İsa Məsih Öz ardıcılları üçün xüsusi oruc günləri və vaxtları təyin etməmişdir. Lakin O onlara demişdir: ‘Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqla gəzməyin; ona görə ki, onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tuturlar. Onlar mükafatlarını aldılar. Ta ki, insanlara yox, gizlində olan Atana oruclu görünəsən; və gizlini görən Atan sənə açıqcasına əvəzini verəcəkdir’ (Matta 6:16-18). Bəzi məsihçilər İsanın çarmıxa çəkildiyi gün olduğu üçün cümə günündə yemək qəbul etməkdən çəkinirlər. Başqaları Böyük Oruc dövründə, yəni İsa Məsihin Dirilməsi günü olan Pasxaya qədər qırx gün ərzində müəyyən yeməkdən imtina edirlər. Müqəddəs Kitab bu adətləri müəyyənləşdirməmişdi, lakin o bizə sözümüzdə və işimizdə hər cür pislikdən çəkinməyi vəsiyyət etmişdir. Mən burada bir qədər də əlavə edim, İsanın təlimində deyilir ki, hər şeyi yemək olar. İsa dedi: ‘İnsana çöldən girən heç bir şey onu murdar edə bilməz? Çünki ürəyinə deyil, qarnına girir və oradan çölə çıxır. Beləliklə, İsa, bütün yeməklərin təmiz olduğunu bəyan etdi. Və sonra dedi: ‘İnsandan çıxan şey insanı murdar edir. Çünki, bəd düşüncələr, zinakarlıq, cinsi əxlaqsızlıq, qatillik, oğurluq, tamahkarlıq, pislik, hiylə, şəhvət, pis göz, küfr, qürur və ağılsızlıq insanların ürəyindən, içindən çıxar. Bütün bu pis işlər daxildən çıxır və insanı murdar edir’ (Mark 7:18-23).
Sədəqə
Məsihçilərin öz gəlir və pullarının Allah işinə, yaxud da yoxsullara veriləcək hissəsini İsa Məsih müəyyənləşdirməmişdi. O öyrətmişdi ki, biz Allaha məxsusuq, çox və azlığından asılı olmayaraq, pulumuzdan Allah buyuran kimi istifadə etməliyik. Məsihçilər Allahın onlara etibar etdiyini verməklə, Allaha öz minnətdarlıqlarını ifadə edirlər. Biz cəmiyyətin rəhbərlərinə və cəmiyyət işinə kömək etmək, yoxsullara və xəstələrə yardım etmək, eşitməyənlərə Məsihin xoş Müjdəsini çatdırmaq üçün könüllü ianə verməliyik. Məsih dedi ki, Allah səxavətlə verəni sevir və məsihçilərin çoxu öz gəlirlərinin onda bir hissəsini Allaha verirlər. ’lbəttə, insanların tərifini qazanmaq üçün yox! (Matta 6:1-4)
Ziyarət
İsa Məsih Öz ardıcıllarına müqəddəs yerləri ziyarət etməyi vəsiyyət etməmişdir. Allah hər yerdədir, ona görə də hər kəs Ona istənilən yerdə dua edə bilər. Bəzi məsihçilər Fələstinə getməyi və İsanın yaşadığı torpağa baxmağı sevirlər. Lakin ora getməklə, qəbri ziyarət etməklə Məsihin bədəninə ehtiram göstərmək qeyir-mümkündür, çünki o qəbir boşdur. İsa Məsih sağdır, O yaşayır!
Bayramlar
İsa Öz ardıcıllarına müəyyən günləri qeyd etməyi vəsiyyət etməmişdir. Lakin məsihçilər adətən, üç mühüm bayramı qeyd edirlər. Milad günü – İsa Məsihin doğulduğu günün bayram edilməsidir. Məsihçilərin əksəriyyəti bu bayaramı dekabr ayının 25-də, bəziləri isə yanvar ayının 6-da qeyd edirlər. Məsihin dəqiq doğulma tarixi məlum deyildir. İkinci bayram Pasxadır. Bu zaman məsihçilər Məsihin ölümdən dirilməsinə sevinirlər. Pasxanın günü ildən-ilə dəyişir, lakin o həmişə ya mart, ya da aprel ayında olur. Daha sonra Üçvahidliyin (Üç üqnum) bayramıdır. Biz o günü Məsihin dirilməsindən 7 həftə sonra Onun Öz şagirdlərinə Müqəddəs Ruhu verməsi günü kimi yada salırıq. Məsihçi bayramları bunlardır. Yeni il, yəni hər il yanvar ayının birində qeyd olunan bayram isə məsihçi yox, adi vətəndaş bayramıdır.
Dini ayin və mərasimlər
Cəmiyyət mərasiminə artıq yuxarıda təsvir etdiyim su vəftizi və Rəbbin Süfrəsi mərasimi daxildir ki, bu, Allahla Yeni ’hdə girmək və Onun ardıcılı olmaq deməkdir (6-cı bölməyə bax). İsa Məsih çarmıxa çəkilməmişdən əvvəlki gecə Öz həvarilərinə çörək verib demişdir: ‘Bu mənim Bədənimdir.’ O, bir kasa şərab da götürüb demişdir: ‘Bu mənim Qanımdır.’ Çörək və şərab Onun Bədəninin və Qanının rəmzi idi. O Öz ardıcıllarına Ondan bir xatirə kimi bu mərasimə əməl etməyi vəsiyyət etmişdir. Bütün dünyanın əksər məbədlərində bu vəsiyyətə riayət olunur. Hər bir məsihçi onların uğrunda Məsihin ölümünü xatırlayaraq, bu mərasimdə iştirak edir ki, daxilində bol həyat olsun. Məsihçilər bu müqəddəs mərasimdən çox böyük mənəvi xeyir-dua alırlar.
Nikah
İsa Məsihin vəsiyyətinə uyğun olaraq, nikaha daxil olan kişi və qadın bir-birini sevməli və sona qədər bir-birinə sədaqətli olmalıdırlar. İsa dedi: ‘Allahın birləşdirdiyini insan ayırmamalıdır’ (Matta 5:31-32; Mark 10:2-12). Buna görə də, xəyanət istisna olmaqla, boşanma qadağandır. Pavel yazır ki, ərlə arvad arasındakı məhəbbət Məsihlə Onun xalqı arasındakı məhəbbət kimi olmalıdır (Efes. 5:21-33).