Müqəddəs Kitab boşanmaq və yenidən ailə qurmaq haqqında nə deyir?

Hər şeydən əvvəl, insanların boşanma mövzusunda düşüncələri nə olursa-olsun Müqəddəs Kitabdan Məlaki 2:16-dakı sözləri xatırlamaq vacibdir, “Mən nigahını pozan adama nifrət edirəm, Ordular Rəbbi deyir.” Müqəddəs Kitaba əsasən, Allahın planı nigahın ömürboyu sürən əhd olmasıdır. “Belə ki, onlar artıq iki deyil, bir bədəndirlər. Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır” (Matta 19:6). Allah bilirdi ki, əgər iki günahlı insan nigah qurursa, onlar arasında boşanma da ola bilər. O, Əhdi-Ətiqdə boşanmışların, xüsusilə də qadınların hüquqlarını qorumaq üçün qanunlar qoymuşdu (Qanunun Təkrarı 24:1-4). İsa qeyd etmişdi ki, bu Allahın arzusu deyildi, sadəcə insanların ürəklərinin hissizliyinə görə onlara bu qanunu vermişdi (Matta 19:8).

Müqəddəs Kitabın izn verdiyi boşanmaq və yenidən ailə qurmaq haqqındakı müzakirələr əsasən İsanın Matta 5:32 və 19:9-da dediyi sözlərinə görə idi. “Cinsi əxlaqsızlıqdan başqa” ifadəsi Allahın Kəlamda boşanmağa və yenidən ailə qurmağa icazə verdiyi yeganə səbəb idi. Bir çox şərhçilər bunu “nişanlı” vaxtına da aid edir. Çünki Yəhudi adətlərinə görə kişi və qadın “nişanlı” olanda artıq onlar evli hesab olunurdular. Bu “nişanlı” vaxtında edilən zina boşanmaq üçün yeqanə səbəb idi.

Halbuki, “cinsi əxlaqsızlıq” sözü Yunan dilindən tərcümədə əxlaqsızlığın hər bir formasını nəzərdə tuta bilər. Bu xəyanət, fahişəlik, zina və s. ola bilər. Çox güman ki, İsa cinsi əxlaqsızlıq edildiyi halda boşanmanın mümkün olduğunu deyib. Seksual münasibətlər ər-arvad arasındakı elə bir əlaqədir ki, onlar “ikisi bir bədən olurlar” (Yaradılış 2:24; Matta 19:5; Efeslilərə 5:31). Buna görə də bu əlaqənin nigahdan kənar biri ilə pozulması boşanmağa icazə verən səbəb ola bilərdi. Əgər belədirsə, onda İsa bu fəsildə yenidən ailə qurmağı da nəzərdə tuturdu. “Başqası ilə evlənərsə” (Matta 19:9) ifadəsi boşanmağa və yenidən ailə qurmağa icazə verdiyini göstərir. Bunu qeyd etmək vacibdir ki, yalnız təqsirsiz tərəf yenidən ailə qura bilər. Mətndə bu barədə yazılmasa da, yenidən ailə qura bilmə imkanı zina etmiş şəxs üçün yox, təqsirsiz tərəf üçün Allahın lütfüdür. Elə hadisələr ola bilər ki, “günahlı tərəf”ə də yenidən ailə qurmağa icazə verilə bilər – lakin mətndə belə bir anlayış yoxdur.

Bəziləri 1Korinflilərə 7:15-də qeyd olunan imansızın imanlıdan boşanması hadisəsinə icazə verməsini digər bir “istisna” kimi başa düşür. Halbuki, mətndə boşanıb yenidən ailə qurmaq yox, ayrılmaq istəyən imanlı ilə imansızın arasında öz evliliklərini davam etdirmək üçün bağlılığın olmadığını göstərir. Bəziləri pis münasibətləri (ər-arvad və ya uşaq) boşanmaq üçün əsaslı səbəb saysa da, bu cür şeylər barədə Müqəddəs Kitabda sadalanmayıb.

Bəzən istisnalar üzərində gedən müzakirələrdə “cinsi əxlaqsızlığın” hansı forması olursa-olsun, bunun boşanma tələbi deyil, boşanmaya icazə olduğunu düşünənlər olur. Hətta zina ediləndə belə, cütlük Allahın lütfü ilə bir-birini bağışlamağı və nigahı bərpa etməyi öyrənə bilərlər. Allah bizi o qədər bağışlayıb ki. Şübhəsiz ki, biz də Onun nümunəsini izləyə və hətta xəyanəti də bağışlaya bilərik (Efeslilərə 4:32). Baxmayaraq ki, bir çox hadisələrdə ər-arvad tövbə etmək istəmir və zinanı davam etdirir. Çox güman ki, elə Matta 19:9 buna müraciət edir. Bir çoxları boşandıqdan sonra evlənməyə çox yüngül baxır, halbuki Allahın istəyi onların subay qalması da ola bilər. Allah bəzən insanı fikirlərinin yayınmaması üçün subay olmağa çağırır (1Korinflilərə 7:32-35). Boşandıqdan sonra ailə qurmaq bəzi vəziyyətlərdə seçim ola bilər, lakin bu o demək deyil ki, o yeqanə seçimdir.

Çox kədərlidir ki, məsihçilər arasındakı boşanmaların sayı imansız dünyada olduğu qədər yüksəkdir. Müqəddəs Kitab bunu çox aydın şəkildə deyir ki, Allah boşanmaya nifrət edir (Məlaki 2:16), bu barışıq və bağışlama imanlı həyatına işarə ola bilər (Luka 11:4; Efeslilərə 4:32). Baxmayaraq ki, Allah, hətta öz övladları arasında boşanmaların baş verəcəyini bilirdi. Boşanmış və ya yenidən ailə qurmuş məsihçilər elə düşünməməlidirlər ki, Allah onları başqalarından daha az sevir. Bəzən Allah məsihçilərin günahlı itaətsizliyindən də Öz işini tamamlamaq üçün istifadə edir.