Müqəddəs Kitab qumar oynamaq haqqında nə deyir? Qumar oynamaq günahdırmı?

Qumar “öz pulunu artırmaq məqsədilə riskə girib, digər oyunçulara qarşı oynamaq mənasını daşıyır.” Müqəddəs Kitab qumarı, mərc etməyi və lotereyanı mühakimə etmir. Müqəddəs Kitab bizə sadəcə pulpərəstlikdən uzaq olmağı deyir (1Timoteyə 6:10; İbranilərə 13:5). Müqəddəs Kitab həmçinin bizi “tez varlanmaq” niyyətindən də uzaq durmağı xəbərdar edir (Süleymanın Məsəlləri 13:11; 23:5; Vaiz 5:10). Qumar çox vaxt pulpərəstlikdən, tez və asan yolla varlanmaq niyyətindən irəli gəlir.

Qumar oynamağın nəyi səhvdir ki? Qumar oynamaq çox çətin bir mövzudur, çünki əgər bu davamlı olaraq oynanılarsa, pul itgisinə səbəb olar, lakin bu “şər” deyil. İnsanlar müxtəlif cür şeylərə pullarını sərf edirlər. Qumar oynamaq kinoya baxmaq (müxtəlif), lazımsız bahalı yemək yemək və ya dəyərsiz şeylər almaqdan az və ya çox pul sərfi deyil. Eyni zamanda, pulların digər şeylərə xərclənməsi qumar oynamağa bəraət qazandırmır. Pul boş şeylərə xərclənməməlidir. Əlavə pullar gələcək ehtiyaclar üçün saxlanıla və ya Allahın işinə sərf oluna bilər.

Müqəddəs Kitabda qumar oynamaq: Müqəddəs Kitabda qumar oynamaq haqqında ətraflı yazılmasa da, orada “bəxt” və ya “şans” oyunları haqqında xatırlanır. Misal üçün, Levililər kitabında qurbanlıq keçi ilə bağışlanma üçün verilən keçi arasında seçim etmək üçün püşk atmışdılar. Yeşua müxtəlif qəbilələr arasındakı torpaq bölgüsünü müəyyən etmək üçün püşk atmışdı. Nehemya Yerusəlim divarları arasında kimin yaşayıb-yaşamayacağını müəyyən etmək üçün püşk atdı. Həvarilər Yəhudanın yerinə başqa bir həvari seçmək üçün püşk atmışdılar. Süleymanın Məsəlləri 16:33-də deyilir, “Ətəyin üstünə püşk atılar, amma hökm Rəbdən gələr.” Müqəddəs Kitabın heç bir yerində qumar və ya “şans” əyləncə və ya Allahın davamçıları üçün qəbul olunan təcrübə kimi göstərilmir.

Kazino və lotereyalar: Kazinolar marketinqin hər növ sxemindən istifadə edirlər ki, oyunçunu nə qədər mümkündürsə, bir o qədər çox pula risk etməyə şirnikləndirsinlər. Onlar çox vaxt ucuz və hətta pulsuz içkilər təklif edirlər ki, bu da onları sərxoşluğa aparır və onların müdrik qərar vermək qabiliyyətlərini azaldır. Kazinoda hər şey elə mükəmməl şəkildə qurulub ki, daha çox məbləğdə pul götürülsün və əvəzində ötəri və boş məmnunluqdan başqa heç nə qaytarılmasın. Lotereyalar özünü təhsil fondu və ya sosial proqramlar kimi təsvir edir. Əksinə, məlumatlara görə adətən lotereya iştirakçıları lotereya biletlərini almaq imkanında olmayanlardır. “Tez varlanmaq” cazibəsi ümidsizlərin qarşı durması üçün böyük sınaqdır. Udmaq şansı çox cüzidir, nəticədə isə bir çox insanlar müflis olur.

Nə üçün lotereya prosedurası Allahı razı salmır: Bir çox insanlar lotereya və ya qumar oynayırlar, lakin bunun əvəzinə onlar pullarını cəmiyyətə verə və ya bir çox başqa yaxşı işlərə xərcləyə bilərlər. Bu çox yaxşı motiv olsa da, reallıq budur ki, qumarda udmuş çox az insanlar bu pulu ilahi məqsədlər üçün istifadə edirlər. Məlumatlar göstərir ki, lotereyada udmuş insanların əksəriyyətinin maddi vəziyyəti, cekpot udandan bir neçə il sonra əvvəlkindən daha pis olur. Çox az insan bu pulları yaxşı işlər üçün xərcləyir. Bundan əlavə, Allah dünyada Öz misiyasını yerinə yetirmək üçün bizim pullarımıza ehtiyac duymur. Süleymanın Məsəlləri 13:11-də deyilir, “Kələklə gələn sərvət azalar, zəhmətlə qazanılan sərvət isə artar.” Allah qadirdir və O Öz cəmiyyətinin ehtiyaclarını daha düzgün yollarla təmin edəcək. Allah narkotikdən gələn pullarla və ya oğurlanmış pullardan izzətlənərmi? Allah nə varlanmaq sınağına düşmüş insandan “oğurlanmış” pulları istəyir, nə də buna ehtiyacı var.

1Timoteyə 6:10 bizə deyir, “Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Buna qapılan bəziləri iman yolundan uzaqlaşıb, özlərinə bir çox əzablar çəkdirdilər.” İbranilərə 13:5 bəyan edir, “Həyatınız pulpərəstlikdən azad olsun, özünüzdə olan şeylərlə kifayətlənin; çünki O Özü demişdir: “Səni heç buraxmayacağam və əsla tərk etməyəcəyəm.” Matta 6:24 elan edir, “Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır. Siz Allaha və mamona qulluq edə bilməzsiniz.”