Müqəddəs Kitaba görə masturbasiya günahdırmı?

Müqəddəs Kitab heç vaxt masturbasiya haqqında xüsusi xatırlatmır və ya bunun günah olub-olmadığı barədə bildirmir. Halbuki, masturbasiyaya aparan hərəkətlərin günah olduğuna dair şübhə yoxdur. Masturbasiya ehtiraslı düşüncələrin, seksual stimulyasiyanın və pornoqrafik surətlərin son nəticəsidir. Bu həmin problemdir ki, ondan qaçmaq lazımdır. Əgər şəhvət və pornoqrafiyadan imtina olundusa və ona üstün gəlindisə masturbasiya problemi başa çatacaq.

Müqəddəs Kitab bizə cinsi əxlaqsızlıqdan qaçmağı deyir (Efeslilərə 5:13). Mən masturbasiyanın müəyyən bir testdən necə keçə biləcəyini bilmirəm. Bəzən bir şeyin günah olub-olmadığını belə müəyyən etmək olar, əgər sən etdiyin şeyi başqalarının yanında “fəxrlə” deyə bilirsənsə bu günah deyil. Əgər sən bir şeyin başqaları tərəfindən aşkara çıxarılmasından xəcalət çəkir və ya utanırsansa demək bu günahdır. Günahı təyin etmək üçün etdiyimiz hərəkəti səmimi və yaxşı vicdanla etdiyimizi yoxlamaq üçün Allahdan xeyir-dua istəməli və bundan Öz yaxşı məqsədi üçün istifadə etməsini diləməliyik. Mən düşünmürəm ki, masturbasiya bizim “fəxr” edəcəyimiz və ya Allaha buna görə minnətdarlıq bildirə biləcəyimiz bir hərəkətdir.

Müqəddəs Kitab bizə öyrədir, “Beləliklə, yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin” (1Korinflilərə 10:13). Əgər bir şeyin Allahı razı salacağından şübhə edirsənsə, onu etməməyin daha yaxşıdır. “İmandan olmayan hər şey günahdır” (Romalılara 14:13). Mən Müqəddəs Kitaba əsasən masturbasiyanın Allahı izzətləndirdiyini görmürəm. Biz unutmamalıyıq ki, bədənimiz də ruhumuz kimi xilas edilib və Allaha məxsusdur. “Məgər bilmirsiniz ki, bədəniniz, Allahdan aldığınız və sizdə yaşayan Müqəddəs Ruhun məbədidir və siz özünüzə məxsus deyilsiniz? Çünki siz çox baha qiymətə alınmısınız. Buna görə, Allahınkı olan bədəninizlə və ruhunuzla Allahı izzətləndirin” (1Korinflilərə 6:19-20). Beləliklə, mən deməliyəm ki, masturbasiya Müqəddəs Kitaba əsasən günahdır. İnanmıram ki, masturbasiya Allahı izzətləndirir, əxlaqsızlıqdan boyun qaçırmaq və ya Allahın imtahanından keçmək bizə öz bədənimizə sahiblik hüququnu verir.