“Xalqın Səndən sevinc alsın deyə Bizi yenə dirçəltməyəcəksənmi?” (Zəbur 85: 6)
1969-cu ildə Almaniyada xidmət edərkən özümə yeni Volkswagen Beetle( Juk) aldım.  Avtomobil bir söz ilə möhtəşəm idi.  Maşının tünd yaşıl rəngi qəhvəyi dəri salon ilə mükəmməl uyğunlaşmışdı.  Ancaq avtomobilin ili öz sözünü deyirdi.  Müxtəlif problemlər, o cümlədən qapıların birinin və avtomobilin bir yanı zərər aldığı  qəza baş verdi.  Daha çox ağlım olsaydı, düşünərdim ki: “Klassik maşınım bərpa üçün mükəmməl namizəddir”.  Daha çox pulum olsaydı, bu fikri həyata keçirə bilərdim.  Ancaq bu baş vermədi.
Xoşbəxtlikdən, ideal görməyə sahib olan və hədsiz sərvətləri olan Rəbb günahından şikəst olan insanlarla münasibətdə asanlıqla təslim olmur.  85-cü Zəburda «bərpa üçün ideal namizədlər» və onları bərpa etməyə qadir olan Allah göstərilir.  Çox güman ki, Zəbur, israillilərin yetmiş illik sürgündən qayıtdıqdan qısa müddət sonra yazıldı və burada Allaha itaətsizliyə görə cəza göndərildi.  Geriyə baxdıqda, Allahın lütfünü və bağışlanmasını görə bildilər (Zəb. 85:2-4).  Bu, onları Allahdan kömək diləməyə sövq etdi (85:5-8) və Ondan xeyir gözləyin (85:9-14).
Aramızda kim özünü bəzən əsəbi, qırıq və acınacaqlı hiss etmir?  Bəzən özümüzü günahlandırmalı oluruq.  Lakin Rəbb bərpa və bağışlanma Allahıdır.  Təvazökarlıqla Ona tərəf gələn hər zaman ümidlidir.  Açıq qolları ilə Ona tərəf dönənlərin hamısını qəbul edir və onlara sülh verir.

Sizin həyatınızda və xarakterinizdə nəyin bərpaya ehtiyacı var?  Bərpa edən Tanrıya cavabınız nə olacaq?
Ya Rəbb, mənə kömək et uzaq olum o şeylərdən , hansıların ki  daha sonra bərpaya ehtiyacı var.
Viliam Karey (1761-1834) ilə bir İngilis kəndində yaşayan insanlar, ehtimal belə etmirdilər ki, Karey əhəmiyyətli bir şey əldə edə biləcək .  Ancaq bu gün o, müasir missioner işinin atası kimi tanınır.  Кarey toxucular ailəsində anadan olub. Özü müəllim və ayaqqabı ustası kimi çoxda uğurlu olmamışdır.  Ancaq o zamanda o müstəqil olaraq İbrani, Yunan və Latın dillərini öyrəndi.  İllər sonra Hindistanda missioner olmaq arzusunu həyata keçirdi.  Bir çox çətinliklərdən keçdi: uşağının ölümü, həyat yoldaşının ruhi sıxıntısı, uzun illər xidmət etdiyi şəxslərin ona qarşı olan biganəliyi.
Ona çətinliklər qarşısında xidmətini davam etdirməyə nə kömək etdi?  Bütün Müqəddəs Kitabı altı dilə, ayrı-ayrı hissələrini iyirmi doqquz dilinə tərcümə etməkdə ona nə dəstək oldu?  “Mən çata bilərəm” dedi.  “Mən müəyyən bir istiqamətdə hərəkət edə bilərəm.”  Hər hansı bir sınaqdan asılı olmayaraq özünü Rəbbə xidmət etməyə həsr etdi.
İbranilərə Mektubun müəllifi Məsihə belə həsr olunmağa çağırdı.  O, oxucuları “tənbəl olmamağa” çağırdı (İbr. 6:12), lakin hamı ” axıra qədər hər birinizin eyni səyi göstərməyinizi arzulayırıq ki, “Allahı izzətləndirəsiniz “Allah ədalətsiz deyil ki, xidmətiniz və Onun adına göstərdiyiniz məhəbbət unudulsun” dedi.
Sonrakı illərdə Viliam Karey, Tanrının ehtiyaclarını necə dəyişdiyini düşündü.  “Heç vaxt verdiyi vədlərini dəyişdirməmişdir və buna görə də onu xidmətimdə tərk edə bilmərəm” dedi.  Allah bizə gündəlik xidmətimiz üçün gücləndirsin.
Allah Ona xidmətinizi davam etdirməyinizə necə kömək etdi?  Başqalarının çətinliklərində necə kömək edə bilərsiniz?
Ya Rəbb mən problemlərlə qarşılaşanda və xoş günlər keçirdiyim zaman sənin ardınca getməyimə kömək et.  Mənə həmişə yanımda olduğunu xatırlamağa kömək et.

Müəllif: Artur Cekson
Tərcümə: Nicat Alovlu