Paulun Korinfililərə Birinci Məktubu 13:13: İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.

Yezekel 33:11: Onlara de: “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?”

Yəhyanın Birinci Məktubu 4:10-11,19-21: Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək… Biz sevirik, çünki öncə O bizi sevdi.  Kim «mən Allahı sevirəm» deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz.  Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin.

Mattanın Nəql Etdiyi Müjdə 22:37-40: İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.  Bu, böyük və əsas əmrdir.  Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.  Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».