Onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi. Mark 4:34
Bir zamanlar. Bu iki söz ilə çoxlu nağıllar və hekayələr başlayır və bu sözləri bütün dünyada ən tanınmış sözlər saymaq olar. Mənim uşağ xatirələrimdə o tanınmış ifadənin bəzi variantları mövcuddur. Anam bir gün evə gələndə onun əlində böyük, rəngli şəkilləri olan, “Xeyirxah Pastorun Müqəddəs Kitab Hekayələri” kitabı var idi. Hər axşam yatmazdan əvvəl qardaşım və mən “bir zamanlar” yaşamış maraqlı insanlar və onları sevən Rəbb haqda anamızın oxuduğunu dinləyirdik. Bu hekayələr bizə dünyaya açılan bir pəncərə oldu.
Bütün zamanların ən böyük hekayə söyləyəni kim olub ? Şübhəsiz ki, Nazaretli İsa. O hamımızın içində hekayələrə xüsusi bir sevgi yaşadığını bilirdi, ona görə də müjdəni yayanda bu üsuldan istifadə edirdi: “Bir zaman” bir insan var idi , hansı ki , toxumu yerə səpirdi (Mark 4:26). “Bir zaman” o xardal toxumu böyüdü (v. 31) və s. Markın Müjdəsi aydın şəkildə göstərir ki, İsa gündəlik insanlarla münasibətində dünyanı daha aydın görmək və onları sevən Rəbbi daha dərindən anlatmaq üçün bir yol olaraq hekayələrdən istifadə edirdi.
Başqalarına Rəbbin mərhəməti və lütfi haqqında danışarkən ,müjdə verərkən bunu yadda saxlamaq çox gözəl olardı. Hekayələr böyük gücə sahibdilər.
Müəllif: John Blase
Tərcümə: Nicat Alovlu