Bir çoxları İsa Məsihin çarmıxda ölməyinə inanmır, baş verməyən bir hadisə kimi qələmə verilir, digərləri isə bunu nə üçün lazım olduğunu anlamırlar.
Müqəddəs Kitabı oxuyan bizlər isə bilirik ki, İsa Məsihin çarmıxa çəkilməsi haqda Rəbb Allah, Yeşaya peyğəmbər vasitəsi ilə bizim əsirdən 750 il əvvəl öncədən söyləmişdir. İsa Məsihin yer üzünə gəlməsi, insanların Rəbb Allahı başa düşməməsi səbəbi idi, başa düşmədiyinə görə insanlar necə başa düşürdülərsə elədə ibadət edirdilər, Rəbb Allah haqqında necə bilirdilərsə elədə yaşayırdılar.
Bu cür Rəbb Allah haqqında bilir insanları Allahın iradəsindən uzağa, günahlı həyat tərzinə, nəticədə isə ölümə aparan yol oldu. Yer üzərində yaşayan hər bir insanı Rəbb Allah nə istədiyini anlatmaq və yalnış həyat tərzindən Rəbb Allahın iradəsinə uyğun tərzdə yaşamaq yolunu anlatmaq üçün İsa Məsih gəldi. Müqəddəs Kitab, İncil,Yəhyanın müjdəsi 3 fəsildə İsa bəyan edərək deyir ki: “Rəbb Allah Oğlunu yer üzərinə mühakimə etmək üçün deyil, xilas etmək üçün göndərdi”.
Məsihin gəlişində əsas məqsəd insanlara yalnış həyat tərzindən gercək yol göstərmək idi və bu yolla gedən xilas olur, ilk əvvəl yalnış anlayışından, yalnış həyat tərzindən, günahdan və cəhənnəmdən.
İnsanların günahlarının bağışlanması üçün, günahları bağışlaya bilər qurban lazım idi. Müqəddəs Kitab, İncil, İbranilərə məktub 10 fəsildə yazılıb ki: “buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür”. Çünki qurban təqdim eədn insan yənə özünü günah etdiyinə görə mühakimə edərək bir daha qurban təqdim etmək məcburiyyətində olur. Müqəddəs Kitab, İncil, İbranilərə məktub 10 fəsildə yazılıb ki: ”əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək”!
İsa Məsin Özünü ona görə qurban verdi ki, biz ALLAHA İBADƏT EDƏ BİLƏK. Əgər bir kimsə Allahın iradəsinə görə Var Olana ibadət etmək istəyirsə — o zaman həmən şəxs milliyyətindən, irsindən, cinsindən asılı olmayaraq İSA MƏSİHİN ÇARMIXDA VERDİYİ QURBANI TƏQDİM ETMƏLİDİR. Hər bir insan həyatını ancaq bir dəfə yaşayır, Rəbb Allah verdiyi fürsətdən yan keçməyək.