Biz bilirik ki, Allah həqiqidir, çünki O Özünü bizə üç yolla göstərib: yaradılış, Kəlam və Oğlu – İsa Məsihdə.
Allahın mövcud olmasına dair əsas sübut Onun etdikləridir. “Dünya yaranandan bəri Onun gözlə görülməz xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür. Buna görə də üzürsüzdürlər” (Romalılara 1:20). “Göylər Allahın əzəmətini bəyan edir, göy qübbəsi əllərinin işini elan edir” (Zəbur 19:1).
Əgər mən çöllüyün ortasında bir qol saatı tapsam, bunun “heç nədən peyda olduğunu” və yaxud həmişədən mövcud olduğunu güman etməyəcəyəm. Saatın dizaynına əsasən onun dizaynerinin olduğunu güman edəcəyəm. Lakin mən ətrafımızda daha böyük dizaynerin və dəqiqliyin olduğunu görürəm. Bizim zaman ölçümüz qolsaatına deyil, lakin Allahın əl işinə – yer kürəsinin müntəzəm fırlanmasına əsaslanır. Kainatın gözəl dizaynı var və bu Böyük Dizaynerin işi olduğunu təsdiq edir.
Əgər mən kodlaşdırılmış mesaj tapsaydım, kodu sındırmaq üçün şifrləyici axtarardım. Mən bu kodu yaradıb Göndərənin çox zəkalı olduğunu fərz edərdim. Bəs bədənimizin hər bir hüceyrəsində daşıdığımız DNK “kodu” nə qədər mürəkkəbdir? DNK-nın mürəkkəbliyi və məqsədi kodu Yazanın nə qədər zəkalı olduğunu təsdiq etmirmi?
Allah yalnız qarışıq və dəqiqliklə tənzimlənmiş fiziki dünyanı yaratmayıb, O həmçinin hər bir insanın qəlbində əbədiyyət hissini aşılayıb (Vaiz 3:11). Bəşəriyyətin təbiətən belə bir duyğusu var ki, dünyada gözlə görüləndən daha çox şey var, mövcud olandan daha yüksək yaradılış var. Bizim əbədiyyət hissimiz özünü iki şeydə aydın göstərir: qanun yaratma və ibadətdə.
Tarix boyu hər bir mədəniyyətin özünün müəyyən əxlaqi dəyərləri olub, hansı ki, təəccüblü olsa da bu mədəniyyətdən mədəniyyətə çox da fərqlənməyib. Məsələn, kamil məhəbbət bütün dunyada hörmətə layiq olduğu halda, yalan hərəkət hər yerdə mühakimə olunub. Bu ümumi mədəniyyət – səhvin və düzün hamı tərəfindən dərk edilməsi – bizə bu cür vicdanı verən Ali Əxlaqi Varlığa işarə edir.
Eyni zamanda, dünyadakı bütün insanlar mədəniyyətindən asılı olmayaraq, ibadət sistemlərini həmişə inkişaf etdirmişlər. İbadət obyekti fərqlənə bilərdi, lakin “daha böyük güc” hissi bəşəriyyətin inkarolunmaz hissəsidir. Allahın bizi “Öz surətində” (Yaradılış 1:27) yaratması faktına müvafiq olaraq, biz ibadətə meylliyik.
Allah həmçinin Özünü bizə Kəlamı ilə göstərib. Kəlama görə Allahın mövcudluğu özünə şəhadət faktı sayılır (Yaradılış 1:1; Çıxış 3:14). Bencamin Franklin Tərcümeyi-halını yazanda o, öz mövcudluğunu sübut etmək üçün vaxt sərf etməyib. Həmçinin Allah da Kəlamında Öz mövcudluğunu sübut etmək üçün vaxt sərf etməyib. Müqəddəs Kitabın həyatdəyişdirici təbiətinin qətiyyət və möcüzələrlə müşayiət olunmasına zəmanət ona yaxından nəzər salmaqdır.
Üçüncü yol Allahın Özünü Oğlu, İsa Məsihdə göstərməsidir (Yəhya 14:6-11). “Əzəldən Kəlam mövcuddur; Kəlam Allahda olub və Kəlam Allah olub. …Kəlam bəşər olub aramızda sakin oldu” (Yəhya 1:1,14). “İlahi təbiətin bütün dolğunluğu bədəncə Məsihdə yaşayır” (Koloslulara 2:9).
İsa Məsih Öz ecazkar həyatı ilə bütün Əhdi-Ətiqin qanunlarına kamil şəkildə riayət etmiş və Məsihlə əlaqəli bütün peyğəmbərlikləri tamamlamışdı (Matta 5:17). Öz mesajının həqiqiliyini sübut etmək və ilahiliyini təsdiq etmək üçün (Yəhya 21:24-25) O, dəfələrlə mərhəmət və açıq şəkildə möcüzələr nümayiş etdirmişdir. Çarmıxa çəkilməsindən üç gün sonra ölülərdən dirilməsi faktı yüzlərlə şahid tərəfindən təsdiq olunmuşdur (1Korinflilərə 15:6). İsanın kimliyinə dair tarixi “sübut” çoxdur. Həvari Pavel deyib “Çünki bu iş xəlvət bir guşədə görülməmişdir (Həvarilərin İşləri 26:26).
Biz Allaha dair öz ideyaları olan skeptiklərin (şübhə edənlərin) daim olacağını başa düşürük. Və sübutların coxluğuna baxmayaraq iman edənlər də olacaq (Zəbur 14:1). Bunlar hamısı imandan gəlir (İbranilərə 11:6).