Müqəddəs Ruh var?

Müqəddəs Ruhun kimliyini müəyyən etmək üçün bir çox yanlış anlayışlar var. Bəziləri Müqəddəs Ruhu mistik qüvvə kimi, digərləri isə Müqəddəs Ruhu Allahın, Məsihin davamçılarına verdiyi qeyri-insani qüvvə kimi başa düşürlər. Bəs Müqəddəs Kitab Müqəddəs Ruhun kimliyi haqda nə deyir? Sadə sözlərlə – Müqəddəs Kitab deyir ki, Müqəddəs Ruh Allahdır. Müqəddəs Kitab həmçinin bizə deyir ki, Müqəddəs Ruh şüuru, emosiyaları və iradəsi olan Şəxsiyyətdir.

Müqəddəs Ruhun Allah olması Həvarilərin İşləri 5:3-4 də daxil olmaqla Kəlamın bir çox yerlərində aydın görünür. Bu ayədə Peter Hananya ilə üzləşir, Onun nə üçün Müqəddəs Ruhu aldatdığını və “insanlara yox, Allaha yalan söylədi”yini deyir. Bu, Müqəddəs Ruha yalan söyləməyin Allaha yalan söyləmək olduğunu aydın göstərən bəyanatdır. Biz həmçinin Müqəddəs Ruhun Allah olduğunu öyrənə bilərik, çünki O Allahın atribut və xüsusiyyətlərinə malikdir. Məsələn, Müqəddəs Ruhun hər yerdə mövcud olması faktı Zəbur 139:7-8-də görünür “Haraya gedim ki, ruhun orada olmasın? Haraya qaçım ki, hüzurunda olmayım? Əgər göylərə çıxsam, Sən oradasan, ölülər diyarında yatsam, Sən oradasan.” Sonra biz 1Korinflilərə 2:10-da Müqəddəs Ruhun hər şeyi bilmə xüsusiyyətini görürük. “Bizə isə Allah bunları Öz Ruhu ilə açdı; ona görə ki, Ruh hər şeyi, Allahın dərin düşüncələrini belə araşdırır. Çünki insanın düşüncələrini, insanın özündə olan ruhundan başqa, hansı insan bilər? Beləcə də Allahın düşüncələrini Allahın Ruhundan başqa heç kim bilmir.”

Biz Müqəddəs Ruhun həqiqətən Şəxsiyyət olduğunu öyrənə bilərik, çünki Onun şüuru, hissləri və iradəsi var. Müqəddəs Ruh düşünür və bilir (1Korinflilərə 2:10). Müqəddəs Ruh kədərlənir (Efeslilərə 4:30). Müqəddəs Ruh bizim üçün vəsatət edir (Romalılara 8:26-27). Müqəddəs Ruh Onun iradəsinə uyğun olaraq qərar verir (1Korinflilərə 12:7-11). Müqəddəs Ruh Allahdır, Üçlüyün üçüncü Şəxsiyyətidir. Allah olduğu üçün O İsanın vəd etdiyi kimi Təsəlliverici və Məsləhətçi kimi fəaliyyət göstərir (Yəhya 14:16, 26; 15:26).