Heyvanlar Cənnətə gedirmi? Heyvanların ruhları varmı?

Müqəddəs Kitab heyvanların “ruhlarının” olub-olmaması və ya heyvanların cənnətə getmələri barədə heç bir dəqiq təlimat vermir. Baxmayaraq ki, biz Kəlamın bəzi prinsiplərini götürə və onlara işıq sala bilərik. Müqəddəs Kitab qeyd edir ki, həm insan (Yaradılış 2:7), həm də heyvanlarda həyat nəfəsi var (Yaradılış 1:30; 6:17; 7:15,22). İnsanlarla heyvanlar arasındakı ən mühüm fərq ondan ibarətdir ki, insan Allahın surətində və bənzərində yaradılıb (Yaradılış 1:26-27). Heyvanlar isə Allahın surətində və bənzərində yaradılmayıb. İnsanın Allahın surətində və bənzərində yaradılmasının mənası onun ruh, şüur, emosiya və iradə baxımından Allaha bənzəməsidir – insan öldükdən sonra da onun ruhani həyatı davam edir. Əgər heyvanların “ruhu” olsa yaxud da onlar əhəmiyyətsiz olsalar, onda onların fərqi və özünəməxsusluğu olmaz. Güman ki, bu fərqin mənası odur ki, heyvanlar öldükdən sonra onların “ruhu” olmur.

Bu sualla əlaqədar digər faktor budur ki, Allah heyvanları Öz Yaradılış prosesində yaratdıqlarının bir hissəsi kimi yaradıb. Allah heyvanları yaratdı və dedi ki, bu yaxşıdır (Yaradılış 1:25). Baxmayaraq ki, yeni yerdə heyvanların nə üçün olmayacağı səbəbi yoxdur (Vəhy 21:1). Şübhəsiz minillik padşahlıq ərzində heyvanlar olacaq (Yeşaya 11:6; 65:25). Yer üzündə bizimlə olan heyvanların göylərdə də bizimlə olacağını demək qeyri-mümkündür. Biz bilirik ki, Allah ədalətlidir və cənnətə gedəndə necə olursa-olsun Onun bu bardə olan qərarı ilə özümüzü tam razılıqda tapacağıq.