Məsihçi nə deməkdir?

Vebster lüğəti məsihçi sözünün mənasını belə müəyyən edir, “İsa Məsihə iman edən və ya İsanın təliminə əsaslanan dinə inanan şəxs.” Baxmayaraq ki, bir çox dünyəvi təyinatlar kimi bu, məsihçinin nə demək olduğunu başa düşmək üçün yaxşı başlanğıc nöqtəsidir, lakin burda məsihçi olmağın biblik həqiqəti haqqında məlumat qismən çatışmır.

Məsihi sözü Əhdi-Cədiddə üç dəfə istifadə olunur (Həvarilərin İşləri 11:26; 26:28; 1Peter 4:16). İsa Məsihin davamçıları ilk dəfə Antakyada Məsihi adlanmağa başladılar (Həvarilərin İşləri 11:26), çünki onların davranışı, fəaliyyəti və nitqi Məsihinkinə bənzəyirdi. Bu ilk əvvəl xilas olmamış antakyalıların məsihçiləri ələ salmaq üçün onlara qoyduqları həqarətli ləqəb idi. Bunun hərfi mənası “Məsihin dəstəsinə aid olan” yaxud “Məsihin məsləkdaşı və ya davamçısı”dır ki, hansı ki, bu Vebster lüğətindəki təyin etmə ilə oxşardır.

Təəssüf ki, müəyyən vaxt ərzində “Məsihçi” sözü özünün əhəmiyyətini həddindən artıq itirib və çox vaxt İsa Məsihin yenidən doğulmuş davamçısı əvəzinə, dindar və ya yüksək əxlaqi dəyərlərə malik olan insan haqqında istifadə edilir. İsa Məsihə inanmayan və Ona güvənməyən çox insanlar özlərini sadəcə olaraq məsihçi hesab edirlər, çünki onlar cəmiyyətə gedirlər yaxud da “məsihçi” xalqının nümayəndəsidirlər. Lakin cəmiyyətə getmək və ya yaxşı insan olmaq səni məsihçi etmir. Bir müjdəçinin dediyi kimi, “Cəmiyyətə getmək insanı məsihçi etmədiyi kimi, qaraja getmək də insanı avtomobil etmir.” Cəmiyyətin üzvü olmaq, ibadətlərdə daim iştirak etmək və cəmiyyətin işini görmək səni məsihçi etmir.

Müqəddəs Kitab bizə öyrədir ki, bizim gördüyümüz yaxşı işlər Allahı məqbul etmir. Titus 3:5 bizə öyrədir ki, bu “salehliklə gördüyümüz işlərə görə deyil, Öz mərhəməti ilə, bizi yenidən doğulma suyu ilə yumaqla və Müqəddəs Ruhla təzələməklə xilas etdi.” Beləliklə, məsihçi Allah tərəfindən yenidən doğulmuş (Yəhya 3:3; Yəhya 3:7; 1Peter 1:23) və İsa Məsihə iman və etibar edən şəxsdir. Efeslilərə 2:8 bizə deyir, “Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Allahın ənamıdır.” Həqiqi məsihçi odur ki, o öz günahlarını etiraf edib, yalnız İsa Məsihə iman və etibar edir. Onların inamı dinə, əxlaqi məcəlləyə, etməli və ya etməməli olan şeylərə riayət etmək deyil.

Həqiqi məsihçi İsa Məsihə iman və etibar edən, Onun günahlarımızın əvəzini ödəmək üçün ölməsi və üç gündən sonra ölüm üzərində qələbə çalıb yenidən dirilməsinə, Ona iman edən hər kəsə əbədi həyat verəcəyi faktına iman edən şəxsdir. Yəhya 1:12 bizə deyir, “Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə isə Allahın oğulları olmaq haqqını verdi.” Həqiqi məsihçi həqiqətən Allahın övladı, Allahın həqiqi ailəsinin üzvü və Məsihdə yeni həyat almış insandır. Həqiqi məsihçiliyin əlaməti başqalarına məhəbbət və Allahın sözünə itaətdir (1Yəhya 2:4; 1Yəhya 2:10).

Sən burada oxuduqlarına uyğun olaraq Məsih barədə qərara gəldinmi? Əgər belədirsə, xahiş edirik ki, aşağıdakı “Mən bu gün Məsihi qəbul etdim” düyməsini basın.