Müqəddəs Kitabda dinozavr mövzusu dünya yaranandan bu günə qədər məsihçi ictimaiyyəti tərəfindən ən çox mübahisə olunan mövzudur. İnsanlar yaradılışda olan və ətrafımızda tapılan fiziki sübutlara necə izahat verməyi müzakirə edirlər. Dünyanın yaranma tarixinin qədimliyinə inananlar, bu fikirlə razılaşırlar ki, Müqəddəs Kitab dinozavr haqda heç nə deməyib, çünki onların nümunəsinə əsasən, dinozavrlar ilk insanın yer üzünə gəlməsindən milyon illər əvvəl ölmüşdülər. Müqəddəs Kitabı yazan insanlar isə dinozavrları görə bilməzdilər.
Yer kürəsinin yaşının az olduğuna inananlar isə bu fikirlə razılaşırlar ki, baxmayaraq ki, Müqəddəs Kitabda heç vaxt “dinozavr” sözündən istifadə olunmayıb, lakin orada dinozavr haqqında deyilir. Bunun əvəzinə orada ibrani sözü olan tannin sözündən istifadə olunur. Tannin sözü bizim ingilis Bibliyamızda müxtəlif cür tərcümə olunur; bəzən bu “dəniz bədheybəti,” bəzən isə “ilan” kimi. Bu söz ən çox “əjdaha” kimi tərcümə olunur. Tannin nəhəng sürünən növü kimi peyda olub. Bu məxluqun adı Əhdi-Ətiqdə 30 dəfə çəkilir və o həm suda, həm də quruda tapılıb.
Bu nəhəng sürünən haqqındakı məlumatlara əlavə olaraq, Əhdi-Ətiqdə 30 dəfəyə yaxın bir neçə məxluq haqqında təsəvvür olunur ki, bəzi alimlər bunun dinozavr olduğunu yazırlar. Behemot Allahın yaratdığı ən güclü məxluq sayılır ki, bu nəhəngin quyruğu sidr ağacı kimi olub (Əyyub 40:15). Bəzi alimlər behemotu ya fil, ya da hippopotamusa bənzədirlər. Digərləri isə göstərirlər ki, fil və hippopotamusun quyruğu çox nazikdir və onda sidr ağacına oxşayan bir şey yoxdur. Dinozavrların Brakozavr və Diplodokus kimi nəhəng quyruqları var idi ki, bunu da asanlıqla sidr ağacı ilə müqayisə etmək olar.
Demək olar ki, hər bir qədim sivilizasiyada nəhəng sürünən məxluq təsvirləri var. Şimali Amerikada aşkar olunan petroqrafiya, artifəkt və hətta kiçik gil fiqurlar üzərində də müasir dinozavr təsvirlərinə bənzəyən təsvirlər tapılıb. Cənubi Amerikada qayaüstü rəsmlərdə diplodokus sürən insan və heyrətamiz ayıya bənzər surətlər olan Trayseratops, Pterodaktul və Tirannozavr təsvirləri aşkar olunub. Roma mozaikaları, Mayan dulusçuluğu və Babil şəhər divarları insanın dəyişilmiş mədəniyyətinə şəhadət edir. Marko Polonun “İl Milione” kimi düzgün hesablamaları fantastik hekayələr xəzinəsinin sirlərini aşkar edir.
İnsanların dinozavrlarla eyni dövrdə yaşamasına dair antropic və tarixi sübutların sayına əlavə olaraq, digər fiziki sübutlar da var, məs, Şimali Amerika və Qərbi Mərkəzi Asiyada arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş insan və dinozavr izləri birlikdə tapılmışdı.
Beləliklə, Müqəddəs Kitabda dinozavrlar haqqında məlumat varmı? Artıq məsələ həll olunmuşdur. Bu sənin görünən sübutlara nə cür izah verməyindən və ətrafa olan baxışlarından asılıdır. Biz, GotQuestion.org dünyanın yaşının çox olmadığına və insanla dinozavrların bir dövrdə yaşadıqlarına inanırıq. Biz inanırıq ki, dinozavrlar ətraf mühitin dramatik dəyişikliyi olan daşqın zamanı məhv olublar və insanlar tərəfindən amansızcasına ovlanmaları nəticəsində nəsilləri kəsilmişdir.