Öz həyatlarına intihar vasitəsilə son qoymağı düşünən insanlar haqqında eşidəndə az qalsın ki, ürəyim yerindən çıxsın. Əgər sən də indi belə fikirdəsənsə, bu bir çox emosiyalardan və ümidsizlikdən danışır. Sən özünü çox dərin bir quyuda hiss edə və işlərinin yaxşılığa doğru getdiyini göstərən bir ümid işığının olduğuna şübhə edə bilərsən. Heç kim sənin haradan gəldiyini görməyə və başa düşməyə bilər. Həyat sadəcə yaşamağa dəyməz, elə deyilmi?
Bir çoxları zəifləmiş emosiyaları müxtəlif vaxtlarda təcrübədən keçiriblər. Mən özüm emosiyalar quyusunda olanda, ağlıma belə bir sual gəldi, “Bu məni yaradan Allahın iradəsi ola bilərmi?” “Allah mənə kömək etmək üçün bu qədər kiçikdirmi?” “Mənim problemlərim Onun üçün çoxmu böyükdür?”
Bunu sənə deməkdə özümü çox xoşbəxt hiss edirəm ki, əgər sən indi bir neçə dəqiqəlik Allaha həqiqətən sənin Allahın olmağa imkan versən, O həqiqətdə nə qədər böyük olduğunu sənə sübut edər! “Çünki Allahın yanında qeyri-mümkün bir şey yoxdur” (Luka 1:37). Güman ki, keçmişin ağrılı yaraları nəticəsində özünü inkar və tərk olunma hissləri sənə üstün gəlib. Bu isə səni özünə acımaq, qəzəb, kin, intiqam fikirlərinə və qeyri-sağlam qorxulara apara bilər. Bu problem bəzən sizin üçün çox vacib olan münasibətlər nəticəsində baş verir. Bu isə yalnız heç vaxt incitmək niyyətində olmadığın yaxınlarını pərişan edər və bütün həyatı boyu onlara emosianal ağrı verər.
Nə üçün intihar etməməlisən? Dostum, həyatında nə qədər çətin bir şeyin baş verməsindən asılı olmayaraq, səni bu ümidsizlik tunelində idarə edib, Öz nuru ilə işıqlandırmasına imkan verməyini istəyən sevən Allah var. O sənin ümidindir. Onun adı İsadır.
Həmin İsa, Allahın günahsız Oğlu bu inkar olunmuş və alçaldılmış vəziyyətində səninlə olacaqdır. Yeşaya peyğəmbər Onun haqqında yazıb, “O, Rəbbin önündə bir fidan kimi, quru torpaqda bitən kök kimi böyüdü. Baxanda Onun nə görkəmi, nə gözəlliyi var idi, gözümüzü oxşayan zahiri siması da yox idi. Adamlar Ona həqarətlə baxıb rədd etdilər. O dərdli, xəstəlikləri görən insan idi, adamlar ondan üz döndərdi, xor baxdılar. Biz Ona qiymət vermədik. Əslində xəstəliklərimizi O çəkdi, dərdlərimizi öz üzərinə götürdü. Biz isə Onun Allah tərəfindən cəzalandırıldığını, vurulub iztirab çəkdiyini zənn etdik. Bizim asiliyimizə görə Onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün O cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü Onun üzərinə qoydu” (Yeşaya 53:2-6).
Dostum, İsa Məsih sənin bütün günahlarının bağışlanması üçün bu şeylərə tab gətirdi. Bil ki, sənin günahının nə qədər böyük olmasından asılı olmayaraq, əgər həlimliklə etiraf etsən, O səni bağışlayacaq (öz günahlarından Allaha dön). “Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən” (Zəbur 50:15). Sənin etdiyin şeylər o qədər pis deyil ki, İsa onları bağışlaya bilməsin. Onun seçdiyi bəzi xidmətçilər dəhşətli günahlar etmişdilər, məsələn, qatillik (Musa), zinakarlıq (Davud padşah), fiziki və emosional təhqir (həvari Pavel). Lakin onlar Rəbdə bağışlanma və bol həyat tapdılar. “Mənim bütün təqsirlərimi yu, günahımdan təmizlə” (Zəbur 51:2). “Buna görə kim Məsihdədirsə, yeni məxluqdur; köhnə şeylər keçdi, indi hər şey yeni oldu” (2Korinflilərə 5:17).
Nə üçün intihar etməməlisən? Dostum, Allah səndəki “məhv olmuş” şeyi bərpa etməyə hazırdır… intihar vasitəsilə son qoymaq istədiyin həyatını da. Yeşaya peyğəmbər yazıb, “Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbləri sınıq olanların yaralarını sarımaq üçün, əsirlərə azadlıq, dustaqlara hürriyyət elan etmək üçün, Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, yaslıların hamısına təsəlli vermək üçün, Sionda yas tutanları təmin etmək, kül yerinə çələng, yas yerinə sevinc gətirən məsh yağı, kədərli ruh əvəzinə həmd libasını bəxş etmək üçün Rəbb məni göndərdi. Onlara Rəbbin şöhrətini aşkar etmək üçün Rəbbin əkdiyi salehlik palıd ağacları deyiləcək” (Yeşaya 61:1-3).
İsanın yanına gəl, imkan ver ki, O sənin sevincini və vacibliyini bərpa etsin və həyatında yeni işə başlaması üçün Ona etibar et. “Xilasının sevincini mənə qaytar, itaətkarlıq ruhu verib mənə dayaq ol. Ey Xudavənd, Sən dilimi aç, ağzımla Sənə olan həmdlərimi bəyan edim. Sən qurbanlardan zövq almazsan, yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan, Allaha məqbul olan qurban etiraf ruhudur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan” (Zəbur 51:12, 15-17).
Rəbbi öz Xilaskarın və Çobanın kimi qəbul edəcəksən? O sənin düşüncə və addımlarını hər gün öz Kəlamı, Müqəddəs Kitabla yönləndirəcək. “Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq” (Zəbur 32:8). “O, yaşadığınız dövrün təməlidir, qurtuluşun, hikmətin, biliyin mənbəyidir, Rəbb qorxusu sənin xəzinəndir” (Yeşaya 33:6). Məsihdə, hələ də mübarizə aparacaqsan, lakin artıq səndə ÜMİD olacaq. “Amma qardaşdan daha yaxın dost da var” (Süleymanın Məsəlləri 18:24). Qoy seçim zamanı Rəbb İsa sənə lütf versin.
Əgər Məsihə öz Xilaskarın kimi inanmaq istəyirsənsə, ürəyində Allaha bu sözləri de. “Allahım, həyatımda sənə ehtiyacım var. Xahiş edirəm ki, etdiyim hər şeyə görə məni bağışlayasan. Mən İsa Məsihə etibar edirəm və inanıram ki, O mənim Xilaskarımdır. Xahiş edirəm ki, məni yu, şəfa ver və sevincimi bərpa et. Mənə olan məhəbbətinə və məndən ötrü öldüyünə görə çox sağ ol.”