GİRİŞ
Yezekel 1
Yezekelin ilk görüntüsü
1 Otuzuncu ildə, dördüncü ayın beşinci günü mən Kevar çayı sahilində, sürgündə
yaşayanlar arasında olanda göylər açıldı və Allahdan gələn görüntüləri gördüm. 2
Padşah
Yehoyakinin sürgün olunmasının beşinci ilində, həmin ayın beşinci günü 3 Xaldey
ölkəsində, Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu.
Orada Rəbbin əli onun üzərində idi. 4 Mən gördüm ki, budur, şimaldan çovğun yeli və
dayanmadan şimşək çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında
isə od içində kükrəyən metal kimi bir şey var idi. 5 Ən ortasında canlı məxluqa bənzəyən
dörd varlıq mövcud idi. Onların görünüşü insana bənzəyirdi. 6 Hər birinin dörd üzü və
dörd qanadı var idi. 7 Onların bacaqları düz idi. Ayaqları dana ayaqlarına oxşayırdı və
cilalanmış tunc kimi parıldayırdı. 8 Dörd yanlarında, qanadları altında insan əlləri var idi.
Dördü də üzlərə və qanadlara malik idi. 9 Onların qanadları bir-birinə toxunurdu. İrəli
gedərkən sağa-sola dönmürdülər, hər biri üz tutduğu tərəfə irəliləyirdi. 10 Onların dörd
tərəfə yönələn üzlərinin bənzəyişi belə idi: qabaq tərəfdə insan üzü, sağ tərəfdə aslan üzü,
sol tərəfdə öküz üzü, arxada isə qartal üzü var idi. 11 Onların üzləri və qanadları yuxarıya
doğru açılmışdı. Hər canlının iki qanadı yanda o biri canlının qanadına toxunur, iki
qanadı da bədənlərini örtürdü. 12 Hər biri üz tutduğu tərəfə irəliləyirdi. Ruh hara
gedirdisə, onlar da ora gedirdi. İrəli gedərkən sağa-sola dönmürdülər.
13 Bu canlılar
görünüşcə yanar köz kimi, məşəl kimi bir şeyə bənzəyirdi. Canlı məxluqların arasında od
hərəkətdə idi. Od parıldayırdı və ondan şimşək çaxırdı. 14 Canlı məxluqlar şimşək çaxan
kimi cəld o tərəf-bu tərəfə hərəkət edirdi. 15 Mən canlı məxluqlara baxıb gördüm ki, hər
birinin yanında yerə dəyən bir təkər var.
16 Təkərlərin görünüşü və quruluşu belə idi:
onlar sarı yaqut kimi parıldayır və dördü də bir-birinə oxşayırdı. Onların görünüşü və
quruluşu elə idi ki, sanki bir təkər o biri təkər içində yerləşmişdi. 17 Getdikləri zaman
dörd tərəfə də gedə bilirdilər. İrəli gedərkən sağa-sola dönmürdülər. 18 Təkərlərin
sağanaqları hündür və qorxunc idi. Dördünün də sağanaqları hər tərəfdən gözlərlə dolu
idi. 19 Canlı məxluqlar irəlilədikcə təkərlər də yanında fırlanır, canlı məxluqlar yerdən
qalxdıqca təkərlər də qalxırdı. 20 Ruh hara gedirdisə, onlar da ora gedirdi, təkərlər də
onlarla bərabər qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. 21 Onlar irəliləyəndə
bunlar da irəliləyirdi, onlar dayananda bunlar da dayanırdı. Onlar yerdən qalxanda
yanlarındakı təkərlər də qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. 22 Yuxarı
tərəfdə, canlı məxluqların başı üzərində büllur kimi parıldayan göy qübbəsinə oxşayan
qorxunc bir şey uzanırdı. 23 Qübbənin altında hər canlı məxluq qanadlarını yanındakılara
doğru uzadır, başqa iki qanadla da bədənini örtürdü. 24 Onlar irəlilədikləri zaman
qanadlarının gurultusunu eşitdim: sanki gur suların səsi, Külli-İxtiyarın sədası, güclü
gurultu, qoşunun tappıltısı gəlirdi. Onlar dayandıqları zaman qanadlarını endirirdi.
25 Onlar qanadları enmiş halda dayanarkən başları üzərindəki qübbədən bir səs gəldi. 26
Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey
var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi. 27 Mən
gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır, içi isə hər tərəfdən
alov kimi idi. Mən Onun belindən aşağı görünüşünü də gördüm: sanki bir alov idi və
ətrafında parıltı var idi. 28 Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa,
hər tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinə bənzər bir görüntü
idi. Bunu görəndə mən üzüstə yerə yıxıldım və danışan bir Şəxsin səsini eşitdim.
Yezekel 2
Allahın Yezekelə çağırışı
1 O mənə dedi: «Ey bəşər oğlu, ayağa qalx, Mən səninlə danışacağam».
2 O mənimlə
danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini
eşitdim. 3 O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının –
üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı
üsyan edir. 4
Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara
deyəcəksən: “Xudavənd Rəbb belə deyir!” 5
İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox,
çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var.
6 Ancaq, ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, əqrəblər içində
otursan da, o adamlardan qorxma, onların sözlərindən çəkinmə. Üsyankar bir xalq olsalar
da, onların sözlərindən çəkinmə, onlardan qorxma. 7
Sən onlara Mənim sözlərimi söylə,
istəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır. 8
Ey bəşər oğlu,
sənsə Mənim söylədiklərimə qulaq as, bu üsyankar xalq kimi sən də üsyankar olma.
Ağzını aç və Mənim sənə verəcəyim şeyi ye». 9
Mən baxıb gördüm ki, mənə tərəf bir əl
uzandı və əlin içində bir tumar var. 10 O, tumarı qabağımda açdı. Tumarın önü və arxası
yazılı idi, üzərində «mərsiyə, matəm, bəla» sözləri yazılmışdı.
Yezekel 3
1 O yenə mənə dedi: «Ey bəşər oğlu, aldığın şeyi – bu tumarı yeyib get və İsrail nəslinə
söylə».
2 Onda mən ağzımı açdım və O, tumarı mənə yedirdi. 3
Sonra mənə dedi: «Ey
bəşər oğlu, mədəni bununla doldur, sənə verdiyim bu tumarla qarnını doydur». Mən
yedim, ağzım bal kimi şirin oldu. 4 O mənə dedi: «Ey bəşər oğlu, qalx, İsrail nəslinin
yanına get və sözlərimi onlara söylə.
5
Sən ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan bir
xalqın yanına deyil, İsrail nəslinin yanına göndərilirsən, 6
ləhcəsi, danışığı anlaşılmaz, dili
çətin olan çoxlu xalq arasına göndərilmirsən. Əgər Mən səni onların yanına
göndərsəydim, onlar sənə qulaq asardı. 7 Ancaq İsrail nəsli sənə qulaq asmaq
istəməyəcək, onlar Mənə də qulaq asmaq istəmir, çünki bütün İsrail nəsli inadkar və
dikbaşdır. 8 Bax Mən səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm.
9
Sənin inadını çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm edəcəyəm. Üsyankar
bir xalq olsalar da, onlardan qorxma, qarşılarında vahiməyə düşmə».
10 O yenə mənə
dedi: «Ey bəşər oğlu, Mənim dediyim bütün sözləri ürəyində saxla və qulaqlarınla eşit.
11 Qalxıb sürgün olunmuş soydaşlarının yanına get, onlarla danışıb söylə: “Xudavənd
Rəbb belə deyir!” Onlar istəyirlər sənə qulaq assın, istəyirlər yox».
12 Sonra Ruh məni
yuxarı qaldırdı və arxamdan böyük bir gurultu eşitdim: «Rəbbin izzətinə Öz yerində alqış
olsun». 13 Canlı məxluqların qanadları bir-birinə toxunduqca onların səsini, yanlarındakı
təkərlərin şaqqıltısını – böyük gurultunu eşitdim. 14 Ruh məni yuxarı qaldırdı və götürüb
apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm
tutmuşdu. 15 Mən Tel-Avivdə olan sürgün olunmuş adamların – Kevar çayının sahilində
yaşayanların yanına gəldim və onların yaşadıqları yerdə qaldım. Orada onların arasında
yeddi gün çaşqınlıq içində yaşadım.
Rəbb Yezekeli İsrailə gözətçi qoyur
16 Yeddi gün keçdikdən sonra mənə Rəbbin bu sözü nazil oldu: 17 «Ey bəşər oğlu, səni
İsrail nəslinə gözətçi qoydum. Sən sözü ağzımdan eşidəndə Mənim adımdan onlara
xəbərdarlıq et. 18 Mən pis adama “hökmən öləcəksən” dediyim zaman sən ona
xəbərdarlıq etməsən, həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün
xəbərdarlıq sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək, lakin onun qanı
üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam. 19 Ancaq sən pis adama xəbərdarlıq
etsən, o isə pisliyindən və şər əməlindən dönməsə, öz təqsiri içində öləcək, lakin sən
bunun məsuliyyətindən qurtarmış olursan. 20 Əgər bir saleh adam öz salehliyindən dönüb
pislik etsə və Mən onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin
üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba alınmayacaq, lakin
onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam.
21 Ancaq günah etməməsi
üçün saleh adama xəbərdarlıq etsən və o günah etməsə, hökmən yaşayacaq, çünki
xəbərdarlığı qəbul etmişdir, sənsə məsuliyyətdən qurtarmış olursan». 22 Orada Rəbbin əli
mənim üzərimdə idi. O mənə dedi: «Qalx, düzənliyə çıx, Mən səninlə orada
danışacağam». 23 Mən qalxıb düzənliyə çıxdım. Orada da Kevar çayının sahilində
gördüyüm izzət kimi Rəbbin izzəti durmuşdu. Mən üzüstə yıxıldım. 24 Ruh daxilimə girdi
və məni ayaq üstə qaldırdı. O mənimlə danışıb belə dedi: «Get, evində qapını arxadan
bağla. 25 Ey bəşər oğlu, sənə kəndir vuracaqlar, səni kəndirlərlə bağlayacaqlar, daha
xalqın arasında gəzə bilməyəcəksən. 26 Dilini damağına yapışdıracağam və sən lal
olacaqsan, üsyankar bir xalq olsalar da, onları məzəmmət edə bilməyəcəksən. 27 Yalnız
Mən səninlə danışmağa başlayanda dilini açacağam, sən də onlara deyəcəksən:
“Xudavənd Rəbb belə deyir”. Qoy eşitmək istəyən eşitsin, eşitmək istəməyən eşitməsin,
çünki onlar üsyankar bir xalqdır.
Yezekel 4
Yerusəlimin mühasirəsinin təsviri
1 Sən ey bəşər oğlu, özün üçün bir kərpic götür və onu qarşına qoyub üstündə Yerusəlim
şəhərini təsvir et. 2 Onu mühasirəyə al, önündə mühasirə divarı tik, qarşısında torpaq
qalağı düzəlt, ətrafında ordugahlar qur və ona qarşı hər tərəfdən qoçbaşı alətləri qoy. 3 Bir
dəmir sac götürüb onu dəmir divar olmaq üçün özünlə şəhərin arasına qoy və üzünü ona
çevir. Şəhər mühasirədə olacaq və sən onu mühasirəyə al. Bu, İsrail nəslinə bir əlamət
olacaq. 4
Sən sol yanın üstünə uzan və İsrail nəslinin cəzasını öz üzərinə götür, o tərəfə
uzandığın günlərin sayına görə onların cəzasını çəkəcəksən. 5 Mən onların cəza illərinin
sayı qədər sənin üçün gün ayırdım. Beləcə üç yüz doxsan gün İsrail nəslinin cəzasını
çəkəcəksən. 6 Bunu etdikdən sonra bu dəfə sağ yanın üstündə uzan və Yəhuda nəslinin
cəzasını çək. Sənin üçün qırx gün – hər il üçün bir gün ayırdım. 7 Üzünü Yerusəlimin
mühasirəsinə çevir, çılpaq qolunu qaldırıb ona qarşı peyğəmbərlik et. 8 Bax Mən səni
kəndirlə bağlayacağam və təsvir etdiyin mühasirə günləri qurtarmayınca bir yanından o
biri yanın üstünə çevrilə bilməyəcəksən. 9
Sən buğda, arpa, paxla, mərci, darı və pərinc
götürüb onları bir qaba qoy. Onlardan özünə çörək yap. Bir yanın üstünə uzandığın üç
yüz doxsan gün ərzində onu ye. 10 Gündəlik yeməyinin çəkisi iyirmi şekel olacaq, onu
müəyyən vaxtlarda ye. 11 Həmçinin suyu da ölçü ilə – bir hinin altıda biri qədər iç, onu da
müəyyən vaxtlarda iç. 12 Ondan arpa kökəsi düzəldərək hamının gözü qabağında insan
nəcisinə od vurub üstündə bişirib ye». 13 Rəbb yenə dedi: «Bax İsrail övladları da
aralarına sürgün edəcəyim millətlərin içində beləcə murdar yemək yeyəcək». 14 Mən
dedim: «Aman, ya Xudavənd Rəbb! Mən heç vaxt murdar olmamışam. Cavanlığımdan
indiyə qədər nə leş, nə də heyvan parçalamış ət yemişəm, bir murdar ət mənim ağzıma
dəyməyib». 15 O mənə dedi: «Yaxşı, Mən insan nəcisini mal təzəyi ilə əvəz edirəm.
Çörəyini onun üstündə bişir». 16 Yenə mənə dedi: «Ey bəşər oğlu, Mən Yerusəlimdən
çörəyin kökünü kəsəcəyəm. Çörəyi dərd içində çəki ilə yeyəcəklər, suyu da çaşqınlıq
içində ölçü ilə içəcəklər. 17 Çünki çörəyə və suya möhtac olacaqlar. Hər kəs çaşqınlığa
düşərək öz təqsiri içində əriyib yox olacaq.
Yezekel 5
1 Sən ey bəşər oğlu, bir iti qılınc götürüb ondan dəllək ülgücü kimi istifadə et, onu başına
və saqqalına çək. Sonra bir tərəzi götür və qırxdığın tükləri hissələrə ayır. 2 Onların üçdə
birini şəhərin mühasirə vaxtı qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini
götürüb şəhərin ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların
arxasınca qılınc çəkəcəyəm.
3
Tüklərin bir azını da götürüb paltarının ətəyinə
bağlayarsan. 4 Onlardan bir qədər də götürüb odun içinə atar və onları odda yandırarsan.
Bundan bütün İsrail nəslinin üstünə od yağacaq». 5 Xudavənd Rəbb belə deyir: «Bu,
Yerusəlimdir. Mən onu millətlərin, ətrafında olan ölkələrin arasında yerləşdirdim. 6 Onun
xalqı isə başqa millətlərdən, ətrafındakı ölkələrdən də çox pislik edərək hökmlərimə və
qaydalarıma qarşı üsyan etdi, çünki hökmlərimi rədd etdilər, qaydalarıma əməl
etmədilər».
7 Buna görə də Xudavənd Rəbb belə deyir: «Siz ətrafınızda olan millətlərdən
də çox azğınlıq etdiniz, qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz,
hətta ətrafınızda olan millətlərin hökmlərinə görə də davranmadınız». 8 Buna görə də
Xudavənd Rəbb belə deyir: «Budur, Mən Özüm də sənə qarşı durmuşam və başqa
millətlərin gözü qabağında səni cəzalandıracağam.
9 Bütün iyrənc işlərindən ötrü indiyə
qədər etmədiyim və bundan sonra da bir daha etməyəcəyim şeyi sənin başına
gətirəcəyəm. 10 Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını
yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər tərəfə sovuracağam».
11 Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun, bütün iyrənc və
murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın üçün Mən hökmən səni qırıb-
çatacağam, sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm.
12 Sənin əhalinin üçdə biri
vəbadan öləcək, sənin içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak
olacaq, üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm. 13 Beləcə hədsiz
qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı söndürüb sakitləşəcəyəm. Onlara
hədsiz qəzəbimi göstərəndə biləcəklər ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim.
14 Ətrafında olan millətlər arasında, yoldan keçən hər kəsin gözü önündə səni viranəliyə
və rüsvayçılıq hədəfinə çevirəcəyəm. 15 Qəzəb və hiddətimlə, qızğın məzəmmətlərimlə
səni cəzalandırarkən ətrafında olan millətlər üçün rüsvayçılıq, təhqir, ibrət və dəhşət
hədəfi olacaqsan. Mən Rəbb bunu söylədim. 16 Mən sizi məhv etmək üçün üstünüzə
aclığın amansız oxlarını göndərəcəyəm. Aranızda aclığı gücləndirəcəyəm və çörəyin
kökünü kəsəcəyəm. 17 Üstünüzə aclıq və vəhşi heyvanlar göndərəcəyəm, sizi
uşaqlarınızdan məhrum edəcəklər. Aranızdan vəba və tökülən qan keçəcək, üstünüzə
qılınc gətirəcəyəm. Mən Rəbb bunu söylədim».
Yezekel 6
Bütpərəstliyin pislənilməsi
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, üzünü İsrail dağlarına çevir və
onların əleyhinə peyğəmbərlik edib 3
söylə ki, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü
dinləyin, dağlara, təpələrə, vadilərə və dərələrə Xudavənd Rəbb belə deyir: “Baxın Mən
üstünüzə qılınc gətirəcəyəm və səcdəgahlarınızı məhv edəcəyəm.
4 Qurbangahlarınız
xarabalığa çevriləcək, buxur qurbangahlarınız sındırılacaq. Öldürülmüş adamlarınızı
bütlərinizin qabağına atacağam. 5
İsrail övladlarının cəsədlərini bütlərin qarşısında yerə
sərəcək, sümüklərinizi qurbangahlarınızın ətrafına səpələyəcəyəm. 6 Məskən saldığınız
bütün yerlərdə şəhərlər viran olacaq, səcdəgahlar dağıdılacaq ki, qurbangahlarınız
xarabalığa və viranəliyə çevrilsin, bütləriniz sındırılıb yox edilsin, buxur
qurbangahlarınız kəsilsin və düzəltdiyiniz şeylər yer üzündən silinsin. 7 Aranızda
öldürülənlər yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 8
Lakin Mən bəzilərinizi
sağ buraxacağam. Ölkələr arasına səpələndiyiniz zaman millətlər içində qılıncdan qaçıbqurtaranlarınız
olacaq. 9
Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər
arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə dikdikləri xəyanətkar
gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, bütün iyrənc işlərindən ötrü öz-
özlərindən ikrah edəcəklər. 10 Onda biləcəklər ki, Rəbb Mənəm və onların başına bu
bəlanı gətirəcəyimi nahaq yerə söyləməmişəm”. 11 Xudavənd Rəbb belə deyir: “Əllərini
bir-birinə vur, ayaqlarını yerə çırpıb söylə ki, İsrail nəslinin bütün pis və iyrənc işlərinə
görə vay onların halına! Çünki qılıncdan, aclıqdan və vəbadan həlak olacaqlar. 12 Uzaqda
olan vəbadan öləcək, yaxında olan qılıncla həlak olacaq, mühasirə zamanı sağ qalan
aclıqdan öləcək, Mən onlara hədsiz qəzəbimi göstərəcəyəm. 13 Öz bütləri arasında,
qurbangahların ətrafında, hər yüksək təpədə, hər dağın zirvəsində, hər kölgəli ağac
altında, sıx yarpaqlı hər palıd ağacı altında, bütün bütlərinə ətirli buxur təqdim etdikləri
yerlərdə onların həlak olanları yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
14 Onlara qarşı əl qaldıracağam, səhradan Divlaya doğru yaşadıqları bütün yerlərdə ölkəni
xaraba və sakinsiz qoyacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».
Yezekel 7
İsrailin aqibəti
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Sən ey bəşər oğlu, Xudavənd Rəbb İsrail torpağına
belə deyir: “Axırı çatdı, ölkənin dörd tərəfinin axırı çatdı. 3
İndi sənin axırın çatdı.
Qəzəbimi sənin üstünə göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün
iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. 4
Sənə yazığım gəlməyəcək və rəhm
etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini
alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. 5 Xudavənd Rəbb belə deyir: “Budur, bir
bəla, tayı olmayan bir müsibət gəlir. 6 Axırın çatıb, axırın çatıb, sənə qarşı qalxır. Budur,
tezliklə gəlir! 7
Ey ölkənin sakini, qiyamət günün çatdı, vaxt gəldi, gün yaxındadır.
Dağların üstündən sevinc nidası deyil, çaxnaşma səsi gəlir. 8
Tezliklə qızğınlığımı üstünə
tökəcəyəm, sənə qarşı qəzəbimi bütünlüklə göstərəcəyəm, öz əməllərinə görə səni
cəzalandıracaq, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. 9
Sənə yazığım
gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc
işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, zərbə vuran Mən Rəbbəm. 10 Budur o
gün! Gün gəldi, sənin qiyamət günün çatdı: əsa çiçəkləndi, qürur gül açdı. 11 Zorakılıq
çoxalıb pisliyin əsası oldu. Buna görə də xalqdan, onların izdihamından, var-dövlətindən
və əzəmətindən əsər-əlamət qalmayacaq. 12 Vaxt gəldi, gün yaxınlaşdı. Alıcı sevinməsin,
satıcı heyfsilənməsin, çünki bütün kütlənin üstünə qəzəb yağacaq. 13 Hətta onlar yaşasalar
da, satıcı satdığı torpağa qayıtmayacaq, çünki onların bütün camaatına aid olan bu vəhy
hədəfindən dönməyəcək. Heç kəs təqsiri ilə həyatını davam etdirə bilməyəcək. 14 Şeypur
çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən yoxdur. Çünki qəzəbim bütün
camaatın üstünə yağacaq. 15 Bayırda qılınca, içəridə vəba və aclığa tuş gələcəklər, çöldə
olan qılıncdan öləcək, şəhərdə olanı aclıq və vəba yeyəcək. 16 Sağ qalanları qaçıbqurtulsa
da, dərələrdəki göyərçinlər kimi dağlarda yaşayacaq, hər kəs təqsirindən ötrü ahzar
edəcək. 17 Hamının əli yanına düşəcək, hər kəsin dizləri titrəyəcək. 18 Çula
bürünəcəklər, onları dəhşət saracaq. Hamının üzündə xəcalət olacaq, hamının başı daz
olacaq. 19 Gümüşlərini küçələrə atacaqlar, qızılları napak sayılacaq. Rəbbin qəzəb
günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək, bədənlərini qidalandırmayacaq,
qarınlarını doydurmayacaq, çünki bu şeylər onların təqsirlərinə bais oldu. 20 Bərbəzəklərinin
gözəlliyi onları qürurlandırdı. Öz iyrənc və mənfur bütlərini bu şeylərdən
düzəltdilər. Ona görə də bunları özləri üçün murdar bir şeyə çevirdim. 21 Bunları qənimət
kimi özgələrə, qarət malı kimi dünyadakı pis adamların əlinə verəcəyəm və onları
murdarlayacaqlar. 22 Mən xalqdan üz döndərəcəyəm, müqəddəs məskənim
murdarlanacaq, quldurlar içəri girib oranı murdarlayacaq. 23 Sən zəncir düzəlt, çünki ölkə
qanlı cinayətlərlə, şəhər zorakılıqla dolub. 24 Millətlərin ən qəddarını onların üstünə
gətirəcəyəm və evlərini əllərindən alacaqlar. Güclülərin qüruruna son qoyacağam,
müqəddəs yerləri murdarlanacaq. 25 Dəhşət gəlir. Əmin-amanlıq axtaracaqlar, amma
tapmayacaqlar. 26 Bəla üstündən bəla gələcək, qara xəbər dalınca qara xəbər çatacaq.
Peyğəmbərlərdən görüntü istəyəcəklər, kahinin qanun öyrətməyi bitəcək, ağsaqqallar
nəsihət verməyəcək. 27 Padşah yas tutacaq, əmirləri məyusluq bürüyəcək, ölkə xalqının
əli yanına düşəcək. Onları əməllərinə görə cəzalandıracağam, hökmlərinə görə hökm
edəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».
Yezekel 8
Rəbbin məbədində bütpərəstlik
1 Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və
Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin
əli endi. 2
Mən baxıb insana oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir,
belindən yuxarı isə metal kimi parıldayırdı. 3 O, ələ bənzər bir şey uzatdı və məni
saçımdan tutdu. Onda Ruh məni yerlə göy arasına qaldırdı və Allahın görüntülərində
Yerusəlimə, içəri həyətin şimal qapısının giriş yerinə gətirdi. Orada Allahda qısqanclıq
oyadan qısqanclıq bütü qurulmuşdu. 4
Düzənlikdə gördüyümə bənzər İsrail Allahının
izzəti də orada idi. 5 O mənə dedi: «Ey bəşər oğlu, indi başını şimal tərəfə qaldır». Mən
başımı şimal tərəfə qaldırıb gördüm ki, həmin qısqanclıq bütü qurbangah qapısının
şimalında – giriş yerindədir. 6 O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail
nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ
bundan da iyrənc şeylər görəcəksən». 7 O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb
gördüm ki, divarda bir dəlik var. 8 O mənə dedi: «Ey bəşər oğlu, gəl divarı dəl». Mən
divarı dəlib gördüm ki, bir qapı var. 9 O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc
işlərini gör». 10 Mən içəri girib gördüm ki, hər cür sürünənlərin, mənfur heyvanların
surəti və İsrail nəslinin bütlərinin hamısının təsviri hər tərəfdən divara çəkilib. 11 İsrail
nəslinin ağsaqqallarından yetmiş nəfər onların önündə durmuşdu. Şafan oğlu Yaazanya
da onların arasında dayanmışdı. Hər birinin əlində buxurdan var idi və buxurun ətri bulud
kimi göyə qalxırdı. 12 O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin
ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb
bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir». 13 O yenə mənə dedi: «Hələ onların bundan da
iyrənc işlərini görəcəksən».
14 O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş
yerinə gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada oturub. 15 O
mənə dedi: «Görürsənmi, bəşər oğlu? Hələ bundan da iyrənc şeylər görəcəksən». 16 O
məni Rəbbin məbədinin içəri həyətinə gətirdi. Gördüm ki, Rəbbin məbədinin giriş
yerində eyvanla qurbangah arasında arxaları Rəbbin məbədinə, üzləri isə şərqə çevrilmiş
təxminən iyirmi beş kişi var. Onlar şərqə üz tutaraq günəşə sitayiş edirdi. 17 O mənə dedi:
«Görürsənmi, bəşər oğlu? Məgər Yəhuda nəsli üçün burada etdikləri iyrənc işlər az idi ki,
üstəlik ölkəni zorakılıqla doldurur və bununla Məni daha da qəzəbləndirirlər? Bax indi
onlar budağı burnuma soxaraq Məni təhqir edir. 18 Buna görə Mən də qəzəblə rəftar
edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar
da, onlara qulaq asmayacağam».
Yezekel 9
Yerusəlimin cəzalandırılması
1
Sonra Onun «qoy şəhəri cəzalandıranların hər biri öz qırğın silahı əlində şəhərə
yaxınlaşsın» deyə ucadan qışqırdığını eşitdim. 2 Mən gördüm ki, şimal tərəfdəki yuxarı
qapının yolu ilə altı nəfər gəldi. Hər birinin toppuzu əlində idi. Onların arasında kətan
paltar geyinmiş, belində yazı qutusu olan bir adam var idi. Onlar içəri girdi və tunc
qurbangahın yanında dayandı. 3
İsrail Allahının izzəti dayandığı keruvun üstündən qalxıb
məbədin kandarına getdi. Rəbb kətan paltar geyinmiş, belində yazı qutusu olan adamı
çağırıb 4
ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ahnalə
edən adamların alnına işarə qoy». 5
Sonra o biri adamlara bunu dediyini eşitdim:
«Onun ardınca şəhəri gəzin və adamları qırın, yazığınız gəlməsin və rəhm etməyin.
6 Qocanı, cavanı, ərə getməmiş qızı, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə
işarə olan adamlara toxunmayın. Mənim Müqəddəs məkanımdan başlayın». Onlar da
məbədin önündə olan ağsaqqalları qırmağa başladı. 7 Rəbb onlara dedi: «Məbədi
murdarlayın, həyətləri cəsədlərlə doldurun. Haydı, işə başlayın!» Sonra onlar gedib
şəhərdəkiləri qırdı. 8 Onlar adamları qırarkən mən tək qalmışdım. Onda mən üzüstə
düşərək fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Yerusəlim üzərinə qəzəbini
tökərkən İsrailin bütün yerdə qalanlarını da həlak edəcəksənmi?» 9 O mənə dedi: «İsrail
və Yəhuda nəslinin təqsiri böyükdür, çox böyükdür. Ölkə qanla, şəhər azğınlıqla doludur.
Çünki onlar “Rəbb ölkəni tərk etdi, Rəbb görmür” deyir. 10 Mənim də onlara yazığım
gəlməyəcək və rəhm etməyəcəyəm, əməllərinin əvəzini başlarına gətirəcəyəm».
11 Mən
gördüm ki, belində yazı qutusu olan, kətan paltar geyinmiş adam «mənə əmr etdiyin şeyə
əməl etdim» deyib xəbər gətirdi.
Yezekel 10
Rəbbin izzəti məbədi tərk edir
1 Mən baxıb gördüm ki, keruvların başı üzərindəki qübbənin üstündə göy yaqut daşı kimi
görünüşcə taxta bənzər bir şey peyda oldu. 2
Rəbb kətan geyinmiş adama belə söylədi:
«Keruvların altındakı fırlanan təkərlərin arasına girib keruvların arasından iki ovuc odlu
köz götür və şəhərin üzərinə səpələ». O adam gözümün qabağında oraya girdi. 3 O adam
oraya girəndə keruvlar məbədin cənub tərəfində durmuşdu. Bu zaman bulud içəri həyətə
doldu. 4 Rəbbin izzəti keruvun üstündən qalxıb məbədin kandarına getdi. Məbədi bulud
bürüdü və həyət Rəbbin izzətinin nuru ilə doldu. 5 Keruvların qanadlarının səsi bayır
həyətə qədər gəlirdi. Bu səs Külli-İxtiyar Allah danışdığı zaman çıxan səs kimi uca idi.
6 Rəbb kətan geyinmiş adama «keruvların və fırlanan təkərlərin arasından od götür» deyə
əmr edəndə o girib bir təkərin yanında durdu. 7 Onda keruvlardan biri keruvların
arasından əlini uzadıb onların ortasında olan odu götürdü və kətan geyinmiş adamın
ovcuna qoydu. O adam da odu götürüb çıxdı. 8 Keruvların qanadları altında insan əlinə
bənzər bir şey göründü. 9
Mən baxıb gördüm ki, keruvların yanında dörd təkər və hər
keruvun yanında bir təkər var. Təkərlər sarı yaqut kimi parıldayırdı. 10 Dördünün də
görünüşü eyni cür idi, sanki bir təkər o biri təkər içində yerləşmişdi. 11 Getdikləri zaman
dörd tərəfə hərəkət edirdilər, gedərkən sağa-sola dönmürdülər. Baş hansı tərəfə
yönəlmişdisə, o tərəfə də gedirdilər, gedərkən sağa-sola dönmürdülər.
12 Onların bütün
bədəni, kürəyi, əlləri, qanadları və təkərləri – dördünün də təkərləri hər tərəfdən gözlərlə
dolu idi. 13 Mən bu təkərlərə «fırlanan təkərlər» deyildiyini eşitdim. 14 Canlı məxluqların
hər birinin dörd üzü var idi: birincisi keruv üzü, ikincisi insan üzü, üçüncüsü aslan üzü və
dördüncüsü qartal üzü idi. 15 Keruvlar yerdən qalxdı. Bunlar Kevar çayının sahilində
gördüyüm həmin canlı məxluqlar idi. 16 Keruvlar gedəndə onların yanında olan təkərlər
də gedirdi. Keruvlar yerdən qalxmaq üçün qanadlarını qaldıranda təkərlər də onların
yanından ayrılmırdı. 17 Onlar dayananda bunlar da dayanırdı, onlar yerdən qalxanda
bunlar da birlikdə yerdən qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. 18 Rəbbin
izzəti məbədin kandarından çıxdı və keruvların üstündə durdu. 19 Keruvlar gedəndə
qanadlarını qaldırıb gözümün önündə yerdən qalxdı, təkərlər də yanlarında idi. Onlar
Rəbbin məbədinin şərq darvazasının giriş yerində dayandı. İsrail Allahının izzəti
yuxarıda, onların üzərində idi. 20 Bunlar Kevar çayının sahilində, İsrail Allahının altında
gördüyüm həmin canlı məxluqlar idi. Mən bildim ki, onlar keruvdur. 21 Hər birinin dörd
üzü və dörd qanadı var idi. Qanadları altında insan əllərinə bənzər bir şey var idi.
22 Onların üzlərinin bənzəyişi Kevar çayı sahilində gördüyüm üzlərə oxşayırdı. Hər biri
üz tutduğu tərəfə irəliləyirdi.
Yezekel 11
Allahın cəzası
1 Ruh məni yerdən qaldırdı və şərqə yönəlmiş Rəbbin məbədinin şərq darvazasına gətirdi.
Orada darvazanın girəcəyində iyirmi beş nəfər var idi. Mən onların arasında xalqın
başçıları Azzur oğlu Yaazanyanı və Benaya oğlu Pelatyanı gördüm. 2 Rəbb mənə dedi:
«Ey bəşər oğlu, pis şeylər niyyət edən və bu şəhərdə bəd məsləhətlər verən adamlar
bunlardır. 3 Onlar “ev tikmək vaxtı deyil. Şəhər qazan, bizsə ətik” deyir. 4 Buna görə də
onlara qarşı peyğəmbərlik et, ey bəşər oğlu, peyğəmbərlik et». 5 Rəbbin Ruhu üzərimə
endi və mənə dedi: «Söylə ki, Rəbb belə deyir: “Ey İsrail nəsli, siz nə deyirsiniz, nə
düşünürsünüz, Mən bilirəm. 6 Bu şəhərdə çoxlu adam öldürdünüz, şəhərin küçələrini
ölülərlə doldurdunuz”. 7 Buna görə də Xudavənd Rəbb belə deyir: “Şəhərdə qoyduğunuz
ölülər ət, şəhərsə qazandır. Ancaq Mən sizi şəhərdən çıxaracağam. 8
Siz qılıncdan
qorxursunuz, Mən də üstünüzə qılınc gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir.
9
“Mən sizi şəhərdən çıxarıb yadellilərə təslim edəcəyəm. Sizi beləcə cəzalandıracağam.
10 Qılıncla həlak olacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam. Onda biləcəksiniz
ki, Rəbb Mənəm. 11 Bu şəhər sizə qazan olmayacaq, siz də onun içində ət
olmayacaqsınız. Sizi İsrail ərazisində cəzalandıracağam.
12 Onda biləcəksiniz ki, Rəbb
Mənəm. Siz qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, ətrafınızda
olan millətlərin hökmlərinə görə davrandınız”». 13 Mən peyğəmbərlik edən zaman
Benaya oğlu Pelatya öldü. Mən üzüstə yerə yıxıldım və ucadan fəryad edib dedim:
«Aman, ya Xudavənd Rəbb! Məgər Sən İsrailin yerdə qalanlarını tamamilə məhv
edəcəksən?» 14 Onda mənə Rəbbin bu sözü nazil oldu: 15 «Öz qohum-əqrəbana,
qəyyumlarına və bütün İsrail nəslinə gəlincə, ey bəşər oğlu, Yerusəlimdə yaşayanlar
onların hamısına belə deyir: “Rəbdən uzaq olun. Bu ölkə mülk olaraq bizə verildi”.
16 Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Onları uzaqdakı millətlərin arasına
aparıb ölkələr arasına səpələdiyimə baxmayaraq, qısa bir müddət Mən onlara getdikləri
ölkələrdə Müqəddəs məkan oldum”. 17 Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir:
“Sizi xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən yığıb bir yerə
gətirəcəyəm, İsrail torpağını sizə verəcəyəm.
18 Oraya qayıdanda bütün mənfur və iyrənc
şeyləri o yerdən yox edəcəklər.
19 Mən onlara eyni ürək verəcəyəm, onların daxilinə yeni
ruh qoyacağam. Kökslərindən daş ürəyi çıxarıb onlara ətdən olan ürək verəcəyəm ki,
20 qaydalarıma əməl etsinlər, hökmlərimi saxlayıb yerinə yetirsinlər. O zaman onlar
Mənim xalqım, Mən də onların Allahı olacağam. 21 Ancaq ürəkləri öz mənfur və iyrənc
şeylərinin ardınca gedənlərə gəlincə, Mən onların əməllərinin əvəzini başlarına
gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». 22 Bu zaman keruvlar qanadlarını
qaldırdı, təkərlər də onların yanında idi. İsrail Allahının izzəti yuxarıda, onların üzərində
idi. 23 Rəbbin izzəti şəhərin mərkəzindən qalxdı və şəhərin şərqindəki dağın üzərində
dayandı. 24 Ruh məni qaldırıb Allahın Ruhundan gələn görüntüdə Xaldey ölkəsinə,
sürgün olunanların yanına gətirdi. Sonra mənə görünən görüntü qeyb oldu. 25 Rəbbin
mənə göstərdiyi şeylərin hamısını sürgündə olanlara danışdım.
Yezekel 12
Sürgünün rəmzi
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, sən üsyankar bir xalqın arasında
yaşayırsan. Onların görmək üçün gözləri var, ancaq görmürlər, eşitmək üçün qulaqları
var, ancaq eşitmirlər, çünki onlar üsyankar bir xalqdır. 3
Ey bəşər oğlu, sən sürgünə
getmək üçün şeylərini hazırla və onların gözü önündə günün günorta çağı köç, onların
gözü önündə öz yerindən başqa bir yerə köç et. Üsyankar bir xalq olsalar da, bəlkə bunu
başa düşdülər.
4 Öz şeylərini sürgünə getmək üçün lazım olan şeylər kimi onların gözü
önündə günün günorta çağı çıxart. Özün də hamının gözü önündə axşamüstü sürgünə
gedən kimi çıx. 5 Onların gözü önündə divarda deşik aç və şeylərini oradan çıxart.
6 Hamının gözü önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki,
torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm». 7 Mənə necə əmr
olunmuşdusa, eləcə də etdim. Şeylərimi sürgünə getmək üçün lazım olan şeylər kimi
günün günorta çağı çıxartdım və axşamüstü divarı əllərimlə deşdim. Şeylərimi qaranlıqda
çıxartdım və onların gözü önündə çiynimdə daşıdım. 8
Səhər tezdən mənə Rəbbin bu sözü
nazil oldu: 9
«Ey bəşər oğlu, İsrail nəsli – o üsyankar xalq sənə “Nə edirsən?” demədimi?
10 Sən onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu xəbərdarlıq Yerusəlimdə olan
rəhbər və orada yaşayan bütün İsrail nəsli üçündür”. 11 Sən belə de: “Mən sizin üçün
əlamətəm. Mən necə etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər.
12 Aralarında yaşayan rəhbər şeylərini qaranlıqda çiynində daşıyacaq və bayıra çıxacaq.
Şeylərini çıxarmaq üçün divarı deşəcəklər. O, üzünü örtəcək ki, torpağı gözləri ilə
görməsin. 13 Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu Babilə – Xaldey
ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək. 14 Ətrafındakıların
hamısını – köməkçilərini və bütün qoşunlarını küləyin əsdiyi dörd tərəfə səpəcək və
onların arxasınca qılınc çəkəcəyəm.
15 Mən onları millətlər arasına yayanda və başqa
ölkələr arasına səpələyəndə biləcəklər ki, Rəbb Mənəm. 16 Ancaq onlardan bir azını
qılıncdan, aclıqdan və vəbadan sağ buraxacağam ki, öz iyrənc işlərinin hamısını aralarına
gedəcəkləri millətlərə danışsınlar. Onda biləcəklər ki, Rəbb Mənəm”». 17 Mənə Rəbbin
bu sözü nazil oldu: 18 «Ey bəşər oğlu, çörəyini titrəyərək ye, suyunu əsə-əsə, qorxu ilə iç.
19 Ölkə xalqına söylə ki, İsrail torpağında, Yerusəlimdə yaşayanlar üçün Xudavənd Rəbb
belə deyir: “Onlar çörəklərini qorxu ilə yeyəcək, sularını dəhşətlə içəcək, çünki orada
yaşayanların hamısının zorakılığından ötrü ölkələri bolluqdan məhrum olacaq. 20 Adam
yaşayan şəhərlər viran olacaq və ölkə xarabalığa çevriləcək. Onda biləcəksiniz ki, Rəbb
Mənəm”». 21 Mənə Rəbbin bu sözü nazil oldu: 22 «Ey bəşər oğlu, İsrail torpağında nə
üçün “günlər keçir, hər görüntü puç olur” məsəlini işlədirsiniz? 23 Buna görə də onlara
söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu məsələ son qoyacağam, artıq İsraildə bu məsəli
işlətməyəcəklər. Ancaq sən onlara söylə ki, hər görüntünün yerinə yetəcəyi günlər
yaxınlaşdı. 24 Daha bundan sonra İsrail nəslinin arasında heç bir boş görüntü və aldadıcı
falçılıq olmayacaq. 25 Çünki Rəbb Mənəm, Mən deyirəm və dediyim söz yerinə yetir,
artıq təxirə salınmır. Ey üsyankar xalq, bu sözü sizin dövrünüzdə deyirəm və onu yerinə
yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir». 26 Mənə Rəbbin bu sözü nazil oldu:
27 «Ey bəşər oğlu, İsrail nəsli belə deyir: “Ona gələn görüntü uzun müddət sonra olacaq,
o, uzaq gələcək barədə peyğəmbərlik edir”. 28 Buna görə də onlara söylə ki, Xudavənd
Rəbb belə deyir: “Heç bir sözümü təxirə salmayacağam, dediyim söz yerinə yetəcək”
Xudavənd Rəbb belə bəyan edir».
Yezekel 13
Yalançı peyğəmbərlərin cəzalanması
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, peyğəmbərlik edən İsrail
peyğəmbərlərinə qarşı peyğəmbərlik et və öz-özlərindən peyğəmbərlik edən adamlara
söylə ki, Rəbbin sözünü eşitsinlər. 3 Xudavənd Rəbb belə deyir: “O axmaq
peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb. 4
Ey
İsrail, sənin peyğəmbərlərin viranəliklərdə dolaşan tülkülərə bənzəyir. 5
Ey peyğəmbərlər,
siz divarın dəliklərinə çıxmadınız, Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün İsrail
nəslinin ətrafında divar qurmadınız. 6 Onlar boş şeylər görərək falçılıq edib yalan danışır.
Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid
verirlər ki, sözləri yerinə yetəcək. 7
Sizin gördüyünüz görüntü boş və etdiyiniz falçılıq
yalan deyilmi? Siz bunlara ‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”.
8 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib yalan şeylər
gördünüz, Mən sizə qarşıyam” Xudavənd Rəbb belə bəyan edir. 9
“Mən boş şeylər görən
və falçılıq edib yalan danışan peyğəmbərləri Öz əlimlə cəzalandıracağam. Onlar Mənim
xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail
torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm. 10 Bunu ona görə
edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı azdırır. Biri bünövrəsiz divar
tikəndə o biri ona suvaq vurur. 11 Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli
yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək. 12 Bəs
divar uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?” 13 Buna görə də
Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə
şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun. 14 Beləcə suvaq
vurduğunuz divarı uçurub yerlə yeksan edəcəyəm və bünövrəsi görünəcək. Siz də yıxılan
divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 15 Öz qızğınlığımı
divarın və ona suvaq vuranların üzərində söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da
yoxdur, ona suvaq vuran İsrail peyğəmbərləri də.
16 O peyğəmbərlər Yerusəlim üçün
peyğəmbərlik edir və sülh olmadığı halda orada sülh olacağı barədə görüntülər görür”
Xudavənd Rəbb belə bəyan edir. 17 Sən ey bəşər oğlu, öz-özlərindən peyğəmbərlik edən
xalqının qadınlarına üzünü tut və onların əleyhinə peyğəmbərlik edib 18 söylə ki,
Xudavənd Rəbb belə deyir: “Canları ovlamaq üçün hər kəsin biləyinə yastıqçalar tikən və
hər boyda olan adamın başına örtüklər düzəldən qadınların vay halına! Elə bilirsiniz ki,
xalqımın canlarını ovlamaqla öz canınızı salamat saxlayacaqsınız? 19 Xalqımın önündə
bir neçə ovuc arpa və bir neçə parça çörək üçün Məni izzətdən saldınız. Yalana qulaq
asan xalqıma yalan söyləyərək ölməyə layiq olmayanları öldürdünüz və yaşamağa layiq
olmayanları yaşatdınız”. 20 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi Mən sizin
ovsun yastıqçalarınıza qarşıyam. Həmin yastıqçalarla siz orada adamları quş kimi
ovlayırsınız. Mən onları qollarınızdan qoparacağam. Quş kimi ovladığınız adamları azad
edəcəyəm.
21 Örtüklərinizi də yırtacaq və xalqımı əlinizdən qurtaracağam. Onlar daha bir
ov kimi sizin əlinizdə əsir olmayacaq. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
22 Mənim
kədərlənməsini istəmədiyim salehin ürəyini siz yalanlarla kədərləndirdiniz, pis adamın
qoluna güc verdiniz ki, öz pis yolundan dönməsin və canını qurtarmasın. 23 Buna görə də
artıq boş görüntülər görməyəcək və falçılıq etməyəcəksiniz. Mən Öz xalqımı sizin
əlinizdən qurtaracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».
Yezekel 14
Rəbb bütpərəstliyi pisləyir
1
İsrail ağsaqqallarından bəzisi yanıma gəlib önümdə oturdu. 2 Onda mənə Rəbbin bu sözü
nazil oldu: 3
«Ey bəşər oğlu, bu adamlar öz bütlərinə könül verdi və təqsir etmələrinə bais
olan şeyləri üzləri önünə qoydu. Bundan sonra Mən onlara cavab verəcəyəmmi? 4 Buna
görə də onlara müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “İsrail nəslindən kimsə
öz bütlərinə könül verib təqsir etməsinə bais olan şeyə səcdə etsə və peyğəmbərə
müraciət etsə, Mən Rəbb ona bütlərinin çoxluğuna görə cavab verəcəyəm. 5 Ona görə ki
bütlərindən ötrü Mənə yad olan bütün İsrail nəslinin ürəyini yenidən Özümə cəlb edim”.
6 Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Bütlərinizdən dönün,
onları rədd edin və bütün iyrənc işlərinizdən üz döndərin. 7 Əgər İsrail nəslindən hər kəs
və İsraildə yaşayan qəriblərdən kimsə Məni tərk etsə, öz bütünə könül verib təqsir
etməsinə bais olan şeyə səcdə etsə və özü barədə Məndən soruşmaq üçün peyğəmbərə
müraciət etsə, Mən Rəbb ona cavab verəcəyəm. 8 Mən üzümü həmin adama qarşı
çevirəcəyəm, onu ibrət və kinayə hədəfi edəcəyəm, xalqımın arasından silib atacağam.
Onda biləcəksiniz ki, Rəbb Mənəm. 9 Əgər peyğəmbər yoldan azıb bir söz söyləsə, bilin
ki, o peyğəmbərin yoldan azmasına səbəb olan Mən Rəbbəm. Mən ona qarşı əlimi
qaldıracaq və onu xalqım İsrailin arasından silib-atacağam. 10 Onlar öz təqsirlərinin
cəzasını çəkəcək. Peyğəmbərdən soruşanın cəzası necə olacaqsa, peyğəmbərin də cəzası
elə olacaq. 11 Bunu ona görə edəcəyəm ki, İsrail nəsli bir də Mənim yolumdan sapmasın
və bir daha bütün günahları ilə özlərini murdar etməsin. Beləcə onlar Mənim xalqım,
Mən də onların Allahı olacağam” Xudavənd Rəbb belə bəyan edir». 12 Mənə Rəbbin bu
sözü nazil oldu: 13 «Ey bəşər oğlu, əgər bir ölkə Mənə xain çıxıb günah edərsə, Mən ona
qarşı əlimi qaldıraram, çörəyinin kökünü kəsib üstünə aclıq göndərərəm və oradan
insanla heyvanı silib ataram. 14 “Əgər Nuh, Daniel və Əyyub – bu üç adam orada olsa
belə, salehlikləri ilə ancaq öz canlarını qurtarar” Xudavənd Rəbb belə bəyan edir.
15 “Əgər Mən bu ölkəyə vəhşi heyvanlar göndərsəm, onlar oranı sakinsiz qoysa və o
torpaq bu heyvanlara görə xaraba qalıb keçilməz olsa, 16 bu üç adam orada olsa belə”
bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar,
yalnız öz canlarını qurtarar, ölkə isə xaraba qalar. 17 Yaxud o ölkənin üzərinə qılınc
gətirsəm və ona ‹ey qılınc, ölkəni qırıb keç› deyərək insanı və heyvanı oradan silib atsam,
18 bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə
oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar. 19 Yaxud o ölkəyə vəba
göndərsəm, qan tökməklə onun üstünə qəzəbimi yağdıraraq insanı və heyvanı oradan
silib atsam, 20 Nuh, Daniel və Əyyub orada olsa belə” bəyan edir Xudavənd Rəbb,
“Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, salehlikləri ilə yalnız öz
canlarını qurtarar”. 21 Çünki Xudavənd Rəbb belə deyir: “Hələ Mən Yerusəlimdən insanı
və heyvanı silib atmaq üçün dörd ağır cəzamı – qılıncı, aclığı, vəhşi heyvanları və vəbanı
onun üzərinə göndərəndə daha nələr olacaq! 22 Amma orada bir dəstə salamat qalacaq.
Sağ qalan oğlan və qızlar oradan çıxarılıb sizin yanınıza gələcək. Siz də onların
əməllərini və işlərini görəcəksiniz. Onda Yerusəlim üzərinə gətirdiyim bəlaya görə, oraya
etdiyim hər şeydən ötrü təsəlli tapacaqsınız. 23 Onların əməllərini və işlərini gördüyünüz
zaman bu sizə təsəlli olacaq. Onda biləcəksiniz ki, oraya etdiyim hər şeyi boş-boşuna
etmədim” Xudavənd Rəbb belə bəyan edir».
Yezekel 15
Yerusəlimin tənəklə müqayisəsi
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, üzüm tənəyinin ağacı hər hansı bir
meşə ağacındakı budağın ağacından nə ilə üstündür? 3 Bir işdə istifadə etmək üçün ondan
ağac alınırmı? Üstünə əşyalar asmaq üçün ondan payacıq düzəldilirmi? 4 Budur, o
yanmaq üçün oda atılır. Od onun uclarını yandırandan və ortası qovrulandan sonra daha
bir işə yarayarmı? 5 Bütöv olanda da bir işə yaramırdı, od onu yandırıb-qurtaranda və
ortası qovrulanda heç bir işə yaramayacaq. 6 Buna görə də Xudavənd Rəbb belə deyir:
“Meşə ağacları arasında üzüm tənəyini yanan şey kimi necə oda verdimsə, Yerusəlimdə
yaşayanları da eləcə oda atacağam. 7 Mən üzümü onlara qarşı çevirəcəyəm. Oddan
qaçsalar da, od yenə onları yandıracaq. Üzümü onlara qarşı çevirəndə biləcəksiniz ki,
Rəbb Mənəm. 8 Ölkəni viran edəcəyəm, çünki onlar xainlik etdi” Xudavənd Rəbb belə
bəyan edir».
Yezekel 16
Xəyanət etmiş Yerusəlim
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, murdar əməllərini Yerusəlimə
bildirib söylə ki, 3 Xudavənd Rəbb Yerusəlimə belə deyir: “Əslin və mənşəyin Kənan
torpağındandır: atan Emorludur, anan isə Xetli. 4 Doğulduğun gün göbək bağın
kəsilmədi, səni su ilə yuyub təmizləmədilər, duzla ovulmadın və qundağa bələnmədin.
5 Heç kəs sənə şəfqətlə baxmadı, rəhm etmədi ki, bunların birini sənə etsin. Doğulduğun
gün səndən iyrəndikləri üçün çölə atıldın. 6 Mən sənin yanından keçərkən öz qanın içində
qımıldandığını gördüm və öz qanında ikən sənə ‹Yaşa!› dedim. Bəli, öz qanında ikən
sənə ‹Yaşa!› dedim. 7
Səni çöl bitkiləri kimi çoxaltdım. Sən boy atıb böyüdün və həddibüluğa
çatdın. Döşlərin böyüdü, saçların uzandı. Ancaq sən lüt və çılpaq idin. 8 Mən
yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın idi. Mən sənin üstünə
ətəyimi atıb çılpaqlığını örtdüm. And edib səninlə əhd bağladım” bəyan edir Xudavənd
Rəbb, “sən də Mənim oldun. 9 Mən səni su ilə yudum, qanını tamamilə üstündən
təmizlədim, yağla məsh etdim. 10 Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına
yunusbalığı dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni
ipəklərlə örtdüm. 11 Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım.
12 Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum. 13 Sən qızılgümüşlə
bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin.
Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə
yüksəldin. 14 Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim
əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir. 15 “Ancaq sən
gözəlliyinə güvəndin, şöhrətləndiyinə görə fahişəlik etdin, hər yoldan keçənə özünü
təslim edib pozğunluq etdin. 16 Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar
düzəltdin və onların üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq. 17 Mənim
sənə verdiyim qızıl-gümüşümdən hazırlanan zinətlərini götürüb özünə kişi surətləri
düzəltdin və onlarla pozğunluq etdin. 18 Əlvan naxışlı paltarını götürüb onların üstünə
örtdün, zeytun yağımı və buxurumu onların önünə qoydun. 19 Sənə verdiyim çörəyimi,
sənə yedirdiyim narın unu, zeytun yağını və balı da ətirli buxur olaraq onların önünə
qoydun. Bu iş baş verdi” Xudavənd Rəbb belə bəyan edir. 20 “Mənim üçün doğduğun
oğul və qızlarını götürüb bütlərə yemək olsun deyə qurban etdin. Fahişəliyin az idi ki,
21 hələ övladlarımı da kəsdin və onları bütlərə təqdim etdin? 22 Bütün iyrənc işlərini və
fahişəliyini edərkən öz cavanlıq günlərini xatırlamadın, o zaman lüt və çılpaq idin, öz
qanın içində qımıldanırdın”. 23 Xudavənd Rəbb bəyan edir: “Vay, vay sənin halına! Sən
bütün pis əməllərindən sonra
24 özünə fahişəlik yuvaları qurdun və hər meydanda
səcdəgahlar düzəltdin. 25 Hər yolun başında öz səcdəgahlarını düzəltdin. Öz gözəlliyini
murdar etdin, hər yoldan keçənə ayaqlarını araladın və fahişəliyini artırdın. 26 Cinsiyyət
üzvləri böyük olan qonşuların Misirlilərlə pozğunluq etdin, Məni qəzəbləndirmək üçün
fahişəliyini artırdın. 27 Buna görə də əlimi sənə qarşı uzadıb sənə təyin olunan yeməyi
azaltdım. Sənə nifrət edən Filişt qızları səninlə istədikləri kimi rəftar etsinlər deyə səni
onlara təslim etdim. Hətta onlar sənin əxlaqsız əməllərindən utanır. 28 Aşşurlularla da
pozğunluq etdin, çünki doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət
etmədi. 29 Öz pozğunluğunu ticarət ölkəsi olan Xaldey torpağına qədər yaydın, ancaq bu
da sənə kifayət etmədi”. 30 Xudavənd Rəbb bəyan edir: “Bütün bunları edərkən ürəyin nə
qədər aciz oldu, sən həyasız fahişə kimi davrandın. 31 Hər yolun başında fahişəlik
yuvaları qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən hətta fahişə kimi də
olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə xor baxdın. 32 Zina edən, ərinin əvəzinə
yadları qəbul edən bir qadın oldun. 33 Bütün fahişələrə hədiyyə verirlər, ancaq bütün
oynaşlarına sən hədiyyələr verirsən. Onlara rüşvət verirsən ki, hər tərəfdən sənin yanına
gəlsinlər və səninlə pozğunluq etsinlər. 34 Fahişəlik etməkdə başqa qadınlara
bənzəmirsən, çünki heç kəs sənin dalınca düşmür ki, fahişəlik edəsən, əksinə, bunun üçün
sən hədiyyə verirsən, sənə hədiyyə verilmir. Bu cəhətdən başqalarına bənzəmirsən”.
35 Buna görə də, ey fahişə, Rəbbin sözünə qulaq as. 36 Xudavənd Rəbb belə deyir:
“Həyasızlığın aşkara çıxdığı üçün, oynaşlarınla fahişəlik edərkən çılpaqlığın açıldığı
üçün, bütün iyrənc bütlərindən və onlara qurban verdiyin oğullarının qanından ötrü –
37 bütün bunlara görə əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət
etdiklərini də bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam.
Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər. 38 Zina edən və
qan tökən qadınlara verilən cəza ilə səni cəzalandıracaq, qanlı qəzəbimə və qısqanclığıma
təslim edəcəyəm. 39 Səni oynaşlarının əlinə verəcəyəm. Fahişəlik yuvalarını dağıdacaq,
səcdəgahlarını uçuracaq, paltarlarını əynindən soyunduracaq, zinətlərini əlindən alacaq,
səni lüt və çılpaq qoyacaqlar. 40 Camaatı üzərinə qaldıracaq, səni daşqalaq edəcək və
qılıncları ilə parça-parça doğrayacaqlar. 41 Evlərinə od vuracaq, çoxlu qadının gözü
önündə səni cəzalandıracaqlar. Fahişəliyinə son qoyacağam və daha oynaşlarına hədiyyə
verməyəcəksən.
42 Beləcə sənin üzərində qəzəbimi yatırdacağam, qısqanclığımı
söndürəcəyəm. Mən susacağam və bir daha qəzəblənməyəcəyəm. 43 İndi ki sən cavanlıq
günlərini yadına salmadın və bütün bu əməllərinlə Məni hiddətləndirdin, Mən də
əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd Rəbb. “Bütün iyrənc
işlərinə əlavə olaraq pozğunluq etmədinmi? 44 Bax məsəl söyləyən hər kəs sənə qarşı bu
məsəli deyəcək: ‹Anası necədirsə, qızı da elədir›. 45 Sən ərindən və övladlarından ikrah
edən ananın qızısan, sən ərlərindən və övladlarından ikrah edən bacılarının bacısısan.
Ananız Xetli, atanız isə Emorlu idi. 46 Böyük bacın öz qızları ilə sənin şimalında yaşayan
Samariyadır. Kiçik bacın isə qızları ilə sənin cənubunda yaşayan Sodomdur. 47 Ancaq sən
onların yolları ilə də getmədin, onların etdiyi iyrənc işlər qədər də etmədin. Bütün bunları
kiçik bir iş sayıb öz əməllərində onlardan da pozğun oldun. 48 Varlığıma and olsun”
bəyan edir Xudavənd Rəbb, “bacın Sodomla qızları səninlə qızlarının etdiyi işləri etmədi.
49 Bacın Sodomun və onun qızlarının günahı bundan ibarət idi: qürur, toxluq və
qayğısızlıq içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar. 50 Qürurlanıb Mənim
önümdə iyrənc işlər etdilər. Mən bunu görəndə onları rədd etdim. 51 Samariya sənin
etdiyin günahların yarısını belə, etməmişdi. İyrənc işlərdə onları da ötüb keçdin. Beləcə
etdiyin iyrənc işlərlə bacılarını saleh kimi göstərdin. 52 Sən də öz rüsvayçılığının yükünü
daşı, çünki bacılarını təmizə çıxardın. Etdiyin günahlar onlarınkından da iyrənc olduğuna
görə onlar səndən saleh göründü. Xəcalətindən utan, öz rüsvayçılığının yükünü daşı,
çünki bacılarını saleh kimi göstərdin. 53 Sodomdan və onun qızlarından sürgün
olunmuşları, Samariyadan və onun qızlarından sürgün olunmuşları, onlarla birgə səndən
sürgün olunmuşları yenidən öz yerlərinə qaytaracağam. 54 Onda öz rüsvayçılığının
yükünü daşıyacaqsan və etdiyin hər işdən utanacaqsan, çünki sən onlara təsəlli oldun.
55 Bacıların Sodomla qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, Samariya ilə qızları
əvvəlki vəziyyətlərinə qayıdacaq, sən və qızların da əvvəlki vəziyyətinizə qayıdacaqsınız.
56 Pisliyin üzə çıxmadan, qürurlu olduğun günlərdə bacın Sodomun adını çəkməzdin.
57 İndi sən ətrafındakıların hamısı ilə birgə Aram qızları və Filişt qızları – səni təhqir edən
ətraf xalqlar tərəfindən rüsvay edilirsən. 58 Sən pozğunluğunun və iyrənc əməllərinin
cəzasını çəkəcəksən” Rəbb belə bəyan edir. 59 Bəli, Xudavənd Rəbb belə deyir: “Sən əhdi
pozub anda xor baxdın. Buna görə də sən necə etdinsə, Mən də sənə elə edəcəyəm.
60 Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi
bir əhd bağlayacağam. 61 Səndən böyük və səndən kiçik bacılarını yanına aldığın zaman
öz əməllərini yada salıb utanacaqsan. Qızların olmaq üçün onları sənə verəcəyəm, amma
səninlə bağladığım əhddə bu yox idi. 62 Səninlə yenidən əhd bağlayacağam və biləcəksən
ki, Rəbb Mənəm. 63 Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb
utanacaqsan, rüsvayçılığından bir daha ağzını açmayacaqsan” Xudavənd Rəbb belə bəyan
edir».
Yezekel 17
İsrailin qartal və tənəklə müqayisəsi
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, İsrail nəslinə bir tapmaca de və bir
məsəl danışıb 3
söylə ki, Xudavənd Rəbb belə deyir: “Qanadları böyük, lələkləri uzun,
üstü rəngbərəng tüklərlə dolu iri bir qartal Livana uçdu və sidr ağacının başından bir zoğ
götürdü. 4 Onun körpə budaqlarının başını qoparıb ticarət ölkəsinə apardı və onu tacirlər
şəhərinə qoydu. 5 O torpağın toxumunu götürüb bərəkətli torpaqda əkdi. Söyüd ağacı
əkilən kimi onu gur axan suların kənarında yerləşdirdi. 6 O da böyüyüb enli, balacaboy
bir üzüm meynəsi oldu. Budaqları qartala doğru əyilirdi, kökləri isə altında qalırdı.
Beləcə şaxə verən, budaq salan bir üzüm tənəyi oldu. 7 Böyük qanadları, çoxlu tükləri
olan başqa iri qartal da var idi. Üzüm tənəyi köklərini ona tərəf döndərdi, budaqlarını
əkildiyi ləklərdən ona doğru uzatdı ki, sulansın. 8 O, gur axan suların kənarında, bərəkətli
torpaqda əkildi ki, qol-budaq atsın, meyvə yetirsin və möhtəşəm bir üzüm tənəyi olsun”.
9
Sən söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu üzüm tənəyi bəhərli olacaqmı? Əvvəlki
qartal onun köklərini qırıb meyvələrini qurumaq üçün qoparmayacaqmı? Onun təzə bitən
bütün pöhrələri quruyacaq. Kökündən qırıb atmaq üçün böyük qüvvəyə yaxud çoxlu
adama ehtiyac olmayacaq. 10 O əkilsə də, bəhrəsi olacaqmı? Şərq küləyi ona toxunan
kimi tamamilə qurumayacaqmı? Bəli, bitdiyi ləklərdə quruyacaq”». 11 Mənə Rəbbin bu
sözü nazil oldu: 12
«İndi o üsyankar nəslə söylə: “Bu şeylərin mənasını bilmirsinizmi?”
Onlara de: “Budur, Babil padşahı Yerusəlimə gəldi, oranın padşahını və başçılarını
götürüb Babilə, öz yanına apardı. 13 Padşah nəslindən olan bir nəfəri götürərək onunla
əhd kəsib and içdirdi. Ölkənin igid adamlarını da götürüb apardı ki, 14 padşahlıq alçaldılıb
daha qalxa bilməsin və əhdinə sadiq olub yerində qalsın. 15 Ancaq Yəhuda padşahı atlar
və çoxlu əsgər versinlər deyə elçilərini Misirə göndərərək Babil padşahına qarşı üsyan
qaldırdı. O uğur qazanacaqmı? Bu işləri görən salamat qalacaqmı? Əhdi pozan salamat
qalacaqmı?” 16 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, hökmən onu taxta
oturdan padşahın ölkəsində – Babildə öləcək, çünki içdiyi anda xor baxdı, bağladığı əhdi
pozdu. 17 Babillilər çoxlu adam qırmaq üçün torpaq qalağı və mühasirə divarları
düzəldəndə firon güclü ordusu, böyük qoşunu ilə müharibədə ona kömək edə bilməyəcək.
18 Çünki o, əhdi pozaraq içdiyi anda xor baxdı, söz verdiyi halda bütün bu işləri etdiyinə
görə özü də qaçıb qurtara bilməyəcək”. 19 Buna görə də Xudavənd Rəbb belə deyir:
“Varlığıma and olsun ki, önümdə içdiyi anda xor baxdığına görə, əhdimi pozduğu üçün
onu cəzalandıracağam. 20 Onun üstünə Öz torumu sərəcəyəm, onu Öz tələmə salıb Babilə
gətirəcəyəm. Mənə xəyanət etdiyinə görə orada onu mühakimə edəcəyəm.
21 Onun bütün
fərari əsgərləri qılıncla həlak olacaq, yerdə qalanlar küləyin əsdiyi dörd tərəfə dağılacaq.
Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim”. 22 Xudavənd Rəbb belə deyir: “Mən
hündür sidr ağacının başından
Bir zoğ götürüb əkəcəyəm.
Onun budaqlarının başından
Zərif bir budaq qoparacağam,
Onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm.
23 Onu İsrailin uca dağına əkəcəyəm.
O, qol-budaq atıb meyvə verəcək,
Möhtəşəm bir sidr ağacı olacaq.
Hər cür quş onun altına sığınacaq,
Budaqlarının kölgəsində yuva quracaq.
24 Bütün çöl ağacları biləcək ki,
Hündür ağacı Mən Rəbb alçaltdım,
Alçaq ağacı yüksəltdim,
Yaşıl ağacı qurutdum,
Quru ağacı yaşıllaşdırdım.
Mən Rəbb bunu söylədim və
Hökmən yerinə yetirəcəyəm”».
Yezekel 18
Əməllər üçün cavabdehlik
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Siz İsrail torpağı üçün “Atalar kal üzüm yedi,
Oğulların dişi qamaşır”
məsəlini söyləyərək nə demək istəyirsiniz? 3 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and
olsun ki, daha siz İsraildə bu məsəli söyləməyəcəksiniz. 4 Axı bütün adamlar Mənimdir:
atanın canı Mənim olduğu kimi oğulun da canı Mənimdir. Yalnız günah işlədən adam
öləcək. 5 Əgər bir adam salehdirsə,
Ədalətli və saleh işlər görürsə,
6 Dağlarda gətirilən qurbandan yemirsə,
Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə,
Qonşusunun arvadını ləkələmirsə,
Aybaşı olan qadınla yaxınlıq etmirsə,
7 Kimsəyə haqsızlıq etmirsə,
Borclunun girovunu qaytarırsa,
Soyğunçuluq etmirsə,
Ac olana çörək verirsə,
Çılpaq olanı geyindirirsə,
8
Sələmlə borc pul vermirsə,
Müamilə götürmürsə,
Pis əməldən çəkinirsə,
İki adam arasında ədalətlə mühakimə edirsə,
9
Mənim qaydalarıma görə rəftar edirsə,
Hökmlərimə sədaqətlə əməl edirsə,
Bu adam salehdir və
Əlbəttə, yaşayacaq”
Xudavənd Rəbb belə bəyan edir.
10 “Deyək ki bu adamın bir oğlu olur.
Əgər bu oğul zorakılıq edib qan tökürsə,
Soydaşına qarşı bu işlərdən birini görürsə,
11 Atası bunlardan heç birini etmədiyi halda,
Oğul dağlarda gətirilən qurbandan yeyirsə,
Qonşusunun arvadını ləkələyirsə,
12 Fəqirə və yoxsula haqsızlıq edirsə,
Soyğunçuluq edirsə,
Girovu qaytarmırsa,
Gözlərini bütlərə dikirsə,
İyrənc işlər görürsə,
13 Sələmlə borc pul verib müamilə götürürsə,
Belə oğul yaşayacaqmı?
Xeyr, o yaşamayacaq.
Bütün bu iyrənc işləri gördüyü üçün öldürülməlidir.
Ölümü üçün də özü məsuliyyət daşıyacaq.
14 Deyək ki bu oğulun da bir oğlu olur.
Bu oğul atasının etdiyi bütün günahları görüb,
Diqqət edərək belə işlər etmirsə,
15 Dağlarda gətirilən qurbandan yemirsə,
Gözlərini İsrail nəslinin bütlərinə dikmirsə,
Qonşusunun arvadını ləkələmirsə,
16 Kimsəyə haqsızlıq etmirsə,
Girov almırsa,
Soyğunçuluq etmirsə,
Ac olana çörək verirsə,
Çılpaq olanı geyindirirsə,
17 Məzlumdan əl çəkirsə,
Sələm almırsa,
Müamilə götürmürsə,
Hökmlərimə əməl edib
Qaydalarıma görə rəftar edirsə,
Atasının günahına görə ölməyəcək,
Əlbəttə, yaşayacaq.
18 Bu oğulun atası isə
İnsafsızlıqla qəddarlıq etdiyi üçün,
Soydaşını qarət etdiyinə görə,
Xalqı içində pis işlər gördüyü üçün
Öz təqsirindən ötrü, əlbəttə, öləcək.
19 Ancaq siz ‹atanın etdiyi təqsirin məsuliyyətini nə üçün oğul daşımasın?› deyirsiniz.
Oğul ədalətli və saleh işlər gördü, bütün qaydalarıma riayət edib onlara əməl etdi.
Əlbəttə, bu adam yaşayacaq. 20 Yalnız günah işlədən adam öləcək. Oğul atanın təqsirinin
məsuliyyətini daşımaz, ata da oğulun təqsirinin məsuliyyətini daşımaz. Saleh adam
salehliyinin, pis adam isə pisliyinin əvəzini alacaq. 21 Pis adam etdiyi bütün günahlardan
dönərsə, bütün qaydalarıma riayət edib ədalətli və saleh işlər görərsə, əlbəttə, ölməyib
yaşayacaq.
22 Etdiyi günahlardan heç biri onun ayağına yazılmayacaq, gördüyü saleh
işlərlə yaşayacaq”. 23 Xudavənd Rəbb bəyan edir: “Elə bilirsiniz ki, Mən pis adamın
ölümündən zövq alıram? İstəyirəm ki, o öz yolundan dönsün və yaşasın.
24 Ancaq saleh
adam öz salehliyindən dönüb pislik edərsə, pis adamın etdiyi bütün iyrənc işləri görərsə,
yaşayacaqmı? Etdiyi saleh işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik
və işlədiyi günahından ötrü öləcək. 25 Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz.
Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız
deyilmi? 26 Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli,
etdiyi pisliyə görə öləcək. 27 Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər
görərsə, öz həyatını qoruyar. 28 Bir halda ki diqqət edib elədiyi bütün günahlardan
dönürsə, əlbəttə, ölməyib yaşayacaq. 29 Ancaq İsrail nəsli ‹Xudavəndin yolu düz deyil›
deyir. Ey İsrail nəsli, Mənimmi yollarım düz deyil? Düz olmayan sizin yollarınız
deyilmi? 30 Buna görə, ey İsrail nəsli, sizin hər birinizi əməllərinizə görə mühakimə
edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. “Tövbə edib bütün günahlarınızdan dönün
ki, təqsir sizi məhvə sürükləməsin. 31 Etdiyiniz günahların hamısını üstünüzdən götürün,
özünüzdə yeni ürək və yeni ruh yaradın. Nə üçün öləsiniz, ey İsrail nəsli?” 32 Xudavənd
Rəbb bəyan edir: “Mən məhv olacaq adamın ölümündən zövq almıram. Buna görə də
günahlardan dönün və yaşayın”.
Yezekel 19
İsrail rəhbərləri üçün mərsiyə
1
Sən İsrail rəhbərləri üçün mərsiyə oxuyub söylə: 2
“Sənin anan nə idi?
Şirlər arasında dişi bir şir!
O, cavan aslanların içində yatardı,
Balalarını bəsləyərdi.
3 O, balalarından birini böyütdü,
Bala cavan bir şir oldu.
Şikar etməyi öyrəndi,
Adamları yeməyə başladı.
4 Millətlər onun xəbərini eşitdi,
Bu şir onların quyusuna düşüb ələ keçdi.
Burnuna halqa taxıb onu
Misir torpağına gətirdilər.
5 Dişi şir boş yerə gözlədiyini,
Ümid qalmadığını görəndə
Balalarından birini götürüb
Cavan bir şir etdi.
6 Bu bala şirlər arasında gəzirdi.
O da cavan bir şir olub
Şikar etməyi öyrəndi,
Adamları yeməyə başladı.
7 Onların qəsrlərini dağıtdı,
Şəhərlərini viran etdi.
Bu şirin nərə səsindən
Ölkə və onun əhalisi dəhşət içində idi.
8 Ətraf ölkələrin millətləri
Onun üstünə gəldi,
Öz torlarını üzərinə atdı,
Bu şir onların quyusuna düşüb ələ keçdi.
9 Onun burnuna halqa taxıb qəfəsə saldılar.
Onu Babil padşahının yanına gətirdilər.
Sonra qalaya saldılar ki,
İsrail dağları üzərində
Bir daha səsi eşidilməsin.
10 Sənin anan da çay kənarındakı bağında
Əkilmiş bir üzüm tənəyi kimi idi.
Bol sulardan bəhərli oldu,
Çoxlu qol-budaq verdi.
11 Onun budaqları
Padşah əsası olacaq qədər gücləndi,
Boyu hündür ağaclara qədər ucaldı,
Onun çoxlu budaqları ilə
Hündürlüyü görünürdü.
12 Ancaq onu qəzəblə
Kökündən çıxarıb yerə atdılar,
Şərq küləyi onun meyvəsini qurutdu,
Möhkəm budaqları qoparıldı,
Onlar qurudu,
Onları od yandırıb-yaxdı.
13 O indi
Çöldə, quraq və susuz torpaqda əkildi.
14 Gövdəsinin bir budağından od çıxdı,
Onun meyvəsini yandırıb-yaxdı.
Onda padşah əsası olmaq üçün
Bir möhkəm budaq da qalmadı”.
Bu bir mərsiyə idi, mərsiyə olaraq da qalacaq».
Yezekel 20
Xəyanətkar İsrail
1
Sürgünlüyümüzün yeddinci ilində, beşinci ayın onuncu günü İsrailin bəzi ağsaqqalları
Rəbdən soruşmaq üçün gəlib önümdə oturdu. 2 Mənə Rəbbin bu sözü nazil oldu: 3
«Ey
bəşər oğlu, İsrail ağsaqqallarına söyləyib bildir ki, Xudavənd Rəbb belə deyir: “Siz
Məndən soruşmağa gəldinizmi? Varlığıma and olsun ki, Mən sizin çağırışınıza cavab
verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. 4 Onları mühakimə edəcəksənmi, ey
bəşər oğlu, mühakimə edəcəksənmi? Onlara atalarının iyrənc işlərini bildirib söylə ki, 5
Xudavənd Rəbb belə bəyan edir: “O gün Mən İsraili seçdim, Yaqub nəslinin övladlarına
and içdim, Misir torpağında Özümü onlara aşkar etdim və ‹Allahınız Rəbb Mənəm› deyə
and içdim. 6 O gün söz verdim ki, onları Misir torpağından özləri üçün nəzərdə tutduğum
bütün ölkələrdən gözəl olan, süd və bal axan torpağa çıxaracağam. 7 Mən onlara dedim:
‹Hər kəs gözünə xoş gələn iyrənc şeyləri atsın. Özünüzü Misir bütləri ilə murdarlamayın,
Allahınız Rəbb Mənəm›. 8 Ancaq onlar Mənə qarşı üsyankar oldu və qulaq asmaq
istəmədi. Heç biri gözünə xoş gələn iyrənc şeyləri atmadı və Misir bütlərindən əl
çəkmədi. Ona görə Mən dedim: ‹Misir torpağında qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz
qızğınlığımı onlara göstərəcəyəm›. 9 Ancaq Mən Öz adım naminə elə etdim ki, aralarında
yaşadıqları millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə
İsrail övladlarını Misir torpağından çıxarmaqla Özümü onlara göstərdim. 10 Mən onları
Misir torpağından çıxarıb səhraya gətirdim. 11 Onlara qaydalarımı verib hökmlərimi
bildirdim. Əgər insan bu hökmlərə əməl etsə, onların vasitəsilə yaşayar.
12 Onlara Öz
Şənbə günlərimi də verdim ki, Mənimlə onların arasında əlamət olsun və onları təqdis
edənin Mən Rəbb olduğunu bilsinlər. 13 Ancaq İsrail nəsli səhrada Mənə qarşı üsyankar
oldu. Qaydalarıma görə rəftar etmədilər, hökmlərimi rədd etdilər. Əgər insan bu
hökmlərə əməl edərsə, onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də heç
məhəl qoymadı. Ona görə Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qızğınlığımı
üstlərinə tökəcəyəm›. 14 Ancaq Mən Öz adım naminə elə etdim ki, millətlərin gözündə
adım ləkələnməsin, çünki bu millətlərin gözü önündə İsrail övladlarını Misirdən
çıxarmışdım. 15 Mən də səhrada onlara and içdim ki, onları bütün ölkələrdən gözəl olan,
özlərinə verdiyim süd və bal axan torpağa gətirməyəcəyəm. 16 Çünki hökmlərimi rədd
etdilər, qaydalarıma görə rəftar etmədilər və Şənbə günlərimə məhəl qoymadılar. Ona
görə ki onların ürəkləri bütlərinə tərəf meyl edirdi. 17 Ancaq Mənim onlara yazığım gəldi,
onları həlak etmədim və səhrada qırıb-çatmadım. 18 Səhrada onların övladlarına dedim:
‹Atalarınızın qaydasına görə rəftar etməyin, hökmlərinə riayət etməyin və onların bütləri
ilə özünüzü murdarlamayın. 19 Allahınız Rəbb Mənəm. Mənim qaydalarıma görə rəftar
edin, hökmlərimə riayət edin və onlara əməl edin. 20 Şənbə günlərimi təqdis edin. Qoy
onlar Mənimlə sizin aranızda əlamət olsun. Onda biləcəksiniz ki, Allahınız Rəbb
Mənəm›.
21 Ancaq övladlar da Mənə qarşı üsyankar oldu. Qaydalarıma görə rəftar
etmədilər, hökmlərimə riayət və əməl etmədilər. Əgər insan bu hökmlərə əməl etsə,
onların vasitəsilə yaşayar. Onlar Mənim Şənbə günlərimə də məhəl qoymadı. Ona görə
Mən dedim: ‹Səhrada onları məhv etmək üçün qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz
qızğınlığımı onlara göstərəcəyəm›.
22 Ancaq Mən onlardan əl götürdüm və bunu Öz adım
naminə etdim ki, millətlərin gözündə adım ləkələnməsin, çünki bu millətlərin gözü
önündə İsrail övladlarını çıxarmışdım. 23 Mən səhrada özlərinə and içib dedim ki, onları
millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm.
24 Çünki onlar hökmlərimə
əməl etmədi, qaydalarımı rədd etdi, Şənbə günlərimə məhəl qoymadı və gözləri atalarının
bütlərinə dikildi. 25 Mən də onlara xeyirli olmayan qaydalar və həyat verə bilməyən
hökmlər verdim. 26 İmkan verdim ki, hər ilk doğulan övladı oddan keçirərək qurban
etdikləri hədiyyələrlə özlərini murdarlasınlar. Bunu etdim ki, onları dəhşətə salım, qoy
bilsinlər ki, Rəbb Mənəm”. 27 Ey bəşər oğlu, buna görə də İsrail nəslinə müraciət edib
söylə ki, Xudavənd Rəbb belə deyir: “Atalarınız bununla yenə xəyanət edərək Mənə küfr
etdi. 28 Mən onları vəd etdiyim torpağa gətirəndə hər yüksək təpəni, hər qollu-budaqlı
ağacı görüb qurbanlarını orada kəsdilər, Mənim qəzəbimə səbəb olan qurbanlarını orada
təqdim etdilər, ətirli təqdimlərini orada qoydular və içmə təqdimlərini orada səpdilər.
29 Ona görə Mən onlara dedim: ‹Getdiyiniz o səcdəgah nədir?› Bura indiyə qədər Bama
adlanır”. 30 Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Siz
atalarınızın yolu ilə gedib onların iyrənc işləri ilə pozğunluq edərək özünüzü murdar
edərsinizmi? 31 İndiyə qədər hədiyyələr gətirərək oğullarınızı oda qurban verərək
özünüzü bütlərinizlə murdar edirsiniz. Hələ bununla da Məndən soruşmaq istəyirsiniz, ey
İsrail nəsli?” Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, Məndən
soruşmağınıza icazə verməyəcəyəm. 32 Ağlınıza gələn şey heç vaxt həyata keçməyəcək.
Siz deyirdiniz: ‹Millətlər, yadelli tayfalar kimi biz də ağaca və daşa sitayiş edəcəyik›”.
33 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, sizin üzərinizdə qüdrətli əllə,
uzanan qolla və güclü qəzəblə hökmən padşahlıq edəcəyəm. 34 Mən sizi qüdrətli əllə,
uzanan qolla və güclü qəzəblə xalqlar arasından çıxaracağam, səpələndiyiniz ölkələrdən
bir yerə toplayacağam. 35 Sizi xalqların səhrasına gətirəcək və orada üz-üzə mühakimə
edəcəyəm. 36 Atalarınızı Misir torpağının səhrasında necə mühakimə etdimsə, sizi də
eləcə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. 37 “Sizi əsanın altından
keçirəcək və əhdlə bağlayacağam. 38 Sizin aranızdan Mənə qarşı üsyankar olanları və
qanunsuzluq edənləri ayıracağam. Onları müvəqqəti qaldıqları ölkədən çıxaracağam,
ancaq İsrail torpağına girməyəcəklər. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. 39 Xudavənd
Rəbb belə deyir: “Siz ey İsrail nəsli, gedin hər biriniz öz bütlərinizə qulluq edin. Ancaq
bundan sonra Mənə qulaq asacaq, hədiyyələriniz və bütlərinizlə bir daha müqəddəs adımı
ləkələməyəcəksiniz”. 40 Xudavənd Rəbb bəyan edir: “Müqəddəs dağım olan İsrailin uca
dağında, həmin ölkədə hamı – bütün İsrail nəsli Mənə qulluq edəcək. Orada onlardan razı
olacağam. Bütün müqəddəs şeylərinizlə birgə təqdimlərinizi və ən seçmə hədiyyələrinizi
sizdən qəbul edəcəyəm.
41 Sizin arasında çıxardığım və səpələndiyiniz ölkələrdən
topladığım zaman ətirli təqdim kimi sizdən razı qalacağam. Millətlərin gözü önündə sizin
aranızda müqəddəs tutulacağam.
42 Sizi atalarınıza verməyi vəd etdiyim torpağa – İsrail
torpağına gətirdiyim zaman biləcəksiniz ki, Rəbb Mənəm. 43 Orada əməllərinizi və bütün
işlərinizi yada salacaqsınız, bu işlərlə siz özünüzü murdar etdiniz. Etdiyiniz bütün
pisliklərə görə öz-özünüzdən iyrənəcəksiniz. 44 Ey İsrail nəsli, pis əməllərinizə və pozğun
işlərinizə görə deyil, ancaq Öz adım naminə sizinlə belə rəftar edəndə biləcəksiniz ki,
Rəbb Mənəm” Xudavənd Rəbb belə bəyan edir». 45 Mənə yenə Rəbbin sözü nazil oldu:
46 «Ey bəşər oğlu, üzünü cənuba doğru çevirib cənuba tərəf danış və Negev meşəsinə
qarşı peyğəmbərlik et. 47 Negev meşəsinə söylə ki, Rəbbin sözünü dinləsin. Xudavənd
Rəbb belə deyir: “Mən sənin içində od yandıracağam və səndə olan bütün yaşıl və quru
ağacları yandırıb-yaxacaq. Alışan alov sönməyəcək, cənubdan şimala qədər bütün üzlər
odda qovrulacaq. 48 Bütün bəşər görəcək ki, odu Mən Rəbb alışdırdım və o
sönməyəcək”». 49 Mən dedim: «Ah, ya Xudavənd Rəbb! Onlar mənim barəmdə belə
deyir: “Bu adam ancaq məsəllərlə danışır, elə deyilmi?”»
Yezekel 21
Rəbbin cəza qılıncı
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, üzünü Yerusəlimə tərəf çevirib
Müqəddəs məkanlara qarşı danış və İsrail torpağının əleyhinə peyğəmbərlik et. 3
Sən
İsrail torpağına söylə ki, Rəbb belə deyir: “Budur, Mən sənin əleyhinəyəm. Qılıncımı
qınından çıxararaq sənin içində olan salehi də, pis adamı da qırıb-çatacağam.
4
Sənin
içində olan salehi də, pis adamı da qırıb-çatım deyə Mənim qılıncım cənubdan şimaladək
ərazidə yaşayan bütün bəşərin üzərinə enmək üçün qınından çıxacaq. 5 Onda bütün bəşər
biləcək ki, Mən Rəbb qılıncımı qınından çıxardım və bir daha yerinə qayıtmayacaq”.
6
İçini çək, ey bəşər oğlu, sən belini büküb onların gözü önündə acı-acı içini çək. 7 Onlar
sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər
ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək.
O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir». 8 Mənə Rəbbin
bu sözü nazil oldu: 9
«Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd belə deyir:
“Söylə ki, qılınc, qılınc
İtilənib, cilalanıb.
10 Öldürmək üçün itilənib,
Şimşək kimi çaxsın deyə cilalanıb.
Necə sevinə bilərik?
Qılınc oğlumun əsasına
Hər hansı bir əl ağacı kimi xor baxdı.
11 Qılınc əldə tutulmaq üçün
Cilalanmağa verildi.
Öldürənin əlinə verilsin deyə
İtilənib cilalandı.
12 Ey bəşər oğlu, fəryad edib ağla.
Çünki bu qılınc xalqıma və
Bütün İsrail rəhbərlərinə qarşı qalxıb.
Onlar xalqımla birgə
Qılınca təslim edildi.
Bunun üçün sinə döy”.
13 Xudavənd Rəbb bəyan edir:
“Qarşıda sınaq var.
Qılıncın xor baxdığı əsa
Daha salamat qalmazsa, nə olar?
14 Sən ey bəşər oğlu, peyğəmbərlik et,
Əllərini bir-birinə vur.
Qoy qılınc iki, üç dəfə vursun.
O öldürən bir qılıncdır,
Çoxlu adam qıran,
İnsanı hər tərəfdən saran qılıncdır.
15 Onların ürəyi ərisin,
Yerə sərilənlər çox olsun deyə
Bütün darvazalarında qırğın qılıncı qoydum.
Ah, o, şimşək kimi parıldadı,
Öldürmək üçün siyrildi.
16 Ey qılınc, sağa-sola dönüb kəs,
Sağa dön, sola dön,
Üzün hara çevrilsə, ora get.
17 Mən də əllərimi bir-birinə vuracağam,
Beləcə qəzəbimi yatırdacağam.
Bunu Mən Rəbb söylədim”».
18 Mənə Rəbbin bu sözü nazil oldu: 19 «Sən ey bəşər oğlu, Babil padşahının qılıncının
gəlməsi üçün iki yol hazırla, ikisi də bir ölkədən çıxsın. Bir yerdə nişan qoy, onu şəhər
yolunun başında qoy. 20 Qılınc Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı
Yerusəlimə yönəlsin deyə yol hazırla. 21 Çünki Babil padşahı yolayrıcında – iki yolun
başında falçılıq etmək üçün dayanacaq. Oxları qarışdıracaq, ev bütlərindən soruşacaq,
kəsilən bir heyvanın qaraciyərinə baxacaq. 22 Onun sağ əlində Yerusəlimi göstərən fal
var. Orada qoçbaşı alətləri qoyacaq, öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq,
qoçbaşı alətlərini darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları
düzəldəcək. 23 Onunla and içib saziş bağlayanlar falın yalan olduğunu güman edəcək.
Ancaq padşah təqsirlərini xatırlayıb onları əsir alacaq. 24 Buna görə də Xudavənd Rəbb
belə deyir: “İndi ki təqsirlərinizi və üsyankarlığınızı göstərməklə bunları yada saldınız,
bütün işlərinizdə günahlarınız aşkara çıxdı və yada salındınız, mütləq əsir düşəcəksiniz.
25 Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza vaxtın gəldi”.
26 Xudavənd Rəbb belə deyir: “Çalmanı və tacı götür. Daha bu belə olmayacaq. Alçalanı
yüksəlt, yüksələni alçalt. 27 Viran, viran, viran qoyacağam şəhəri! Haqq sahibi gələnə
qədər bərpa olunmayacaq. Mən şəhəri ona verəcəyəm”. 28 Sən ey bəşər oğlu,
peyğəmbərlik edib söylə ki, Ammonlular və onların etdikləri təhqirə görə Xudavənd
Rəbb belə deyir: “Qılınc, qılınc həlak etmək üçün siyrilib,
Qırğın üçün itilənib ki,
Şimşək kimi parlasın.
29 Elə bir zamanda ki
Sənə boş görüntülər görünür,
Sənə yalan falçılıq açırlar.
Ölməli olan pis adamların
Boyunlarına enəcəksən, ey qılınc!
Bu adamların günü çatdı,
Nəhayət, cəza vaxtı gəldi.
30 Qılınc qınına qoyulsun!
Səni yaradıldığın yerdə,
Doğulduğun ölkədə mühakimə edəcəyəm.
31 Qəzəbimi üstünə tökəcəyəm,
Hiddətimin odunu üstünə püfləyəcəyəm,
Səni vəhşi adamlara təslim edəcəyəm.
Onlar məhv etməkdə mahirdir.
32 Sən oda qida olacaqsan,
Ölkə içində qanın töküləcək.
Daha yada salınmayacaqsan,
Çünki Mən Rəbb bunu söylədim”».
Yezekel 22
Yerusəlimin günahları
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Sən ey bəşər oğlu, mühakimə edəcəksənmi, qan
tökən şəhəri mühakimə edəcəksənmi? Gəl bütün iyrənc işlərini ona bildir. 3 Ona söylə ki,
Xudavənd Rəbb belə deyir: “Əcəli gəlsin deyə öz içində qan tökən bütlər düzəldərək
özünü murdarlayan şəhər! 4
Sən tökdüyün qana görə təqsirkar oldun, düzəltdiyin bütlərə
görə murdar oldun. Sən əcəlini yaxınlaşdırdın, ömrün sona çatdı. Buna görə də səni
millətlər içində rüsvayçılıq, bütün ölkələr arasında istehza hədəfinə çevirdim. 5
Ey adı
pisliyə çıxan, fitnə dolu şəhər, yaxın olanlar da, uzaq olanlar da sənə istehza edəcək.
6 Budur, sənin içində olan hər bir İsrail rəhbəri əlindən gəldiyi qədər qan tökür. 7
Sənin
içində ata-anaya hörmət edilmir, sənin içində qəribə qarşı zorakılıq, yetimə və dul qadına
haqsızlıq edilir. 8
Müqəddəs şeylərimə xor baxdın, Şənbə günlərimə məhəl qoymadın.
9
Sənin içində qan tökmək istəyən böhtançı adamlar var. Sənin içində dağlarda gətirilən
qurbandan yeyir, şəhvətə qapılırlar. 10 Sənin içində ögey anaları ilə yatanlar, aybaşı olub
murdarlanan qadınları zorlayanlar var. 11 Sənin içində kimi qonşusunun arvadı ilə iyrənc
iş edir, kimi həyasızlıqla gəlinini murdar edir, kimi öz atasının qızını – bacısını zorlayır.
12 Sənin içində qan tökmək üçün rüşvət alırlar. Sələm və müamilə ilə pul verirsən,
zorakılıqla qonşularından haqsız muzd alırsan. Beləcə Məni unutdun” Xudavənd Rəbb
belə bəyan edir. 13 “Əldə etdiyin haqsız muzddan ötrü və sənin içində tökülən qana görə
əllərimi bir-birinə vururam.
14 Sənə qarşı hərəkətə gəldiyim gün ürəyində taqət olacaqmı,
qollarında qüvvət qalacaqmı? Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm.
15 Səni millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm, içindəki murdarlığı
məhv edəcəyəm.
16 Millətlərin gözündə ləkələnəcəksən. Onda biləcəksən ki, Rəbb
Mənəm”». 17 Mənə Rəbbin bu sözü nazil oldu: 18 «Ey bəşər oğlu, mənim üçün İsrail nəsli
metal tullantısına çevrilib. Hamısı soba içində qalan tunca, qalaya, dəmirə, qurğuşuna
bənzəyir, gümüş tullantısı kimidir. 19 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki
hamınız metal tullantısı kimi oldunuz, Mən sizi Yerusəlimə yığacağam. 20 Əritmək üçün
odu üfürüb gümüşü, tuncu, dəmiri, qurğuşunu və qalayı necə sobada toplayırlarsa, Mən
də eləcə sizi qəzəb və hiddətimlə toplayacağam, sizi şəhərə qoyub əridəcəyəm.
21 Sizi
toplayıb qəzəbimin odunu üstünüzə üfürəcəyəm və şəhərin içində əriyəcəksiniz. 22 Soba
içində gümüş necə əridilirsə, siz də şəhərin içində əriyəcəksiniz. Onda biləcəksiniz ki,
üstünüzə qəzəbimi tökən Mən Rəbbəm”». 23 Mənə Rəbbin bu sözü nazil oldu: 24 «Ey
bəşər oğlu, ona söylə: “Sən qəzəb günündə təmizlənməmiş, üstünə yağış yağmamış bir
torpaqsan. 25 Ölkənin peyğəmbərləri nərildəyən, ovunu parçalayan aslan kimi orada tələ
qurdu, canlara qıydı, xəzinə və qiymətli şeylər ələ keçirdi, şəhərdə çoxlu qadınları dul
qoydu. 26 Kahinləri Mənim qanunumu pozdu, müqəddəs şeylərimi murdarladı, müqəddəs
şeyi adi şeydən ayırmadı, murdar şeylə pak şey arasındakı fərqi öyrətmədi. Onlar Mənim
Şənbə günlərimə göz yumdu və müqəddəsliyimə etinasızlıq etdi. 27 Ölkə içindəki
başçıları ovunu parçalayan canavar kimidir, haqsız muzd əldə etmək üçün qan tökür, cana
qıyırlar. 28 Peyğəmbərləri uydurma görüntülər görüb, yalan fal açaraq bu günahların
üstünə suvaq vurur. Mən Rəbb elə demədiyim halda ‹Xudavənd Rəbb belə deyir›
söyləyirlər. 29 Ölkə xalqı isə bir-birini qarət edərək soyğunçuluqla məşğuldur. Onlar
məzlumu və fəqiri incidir, haqsız yerə qəribə zülm edir. 30 Onların içində bir adam
axtardım ki, divarı təmir etsin və Mənim hüzurumda ölkə naminə divardakı dəliklərin
önündə dayansın ki, oranı yerlə yeksan etməyim, ancaq belə adam tapmadım. 31 Buna
görə də üstlərinə qəzəbimi tökəcəyəm, hiddətimlə onları yandırıb məhv edəcəyəm.
Əməllərinin əvəzini başlarına gətirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
Yezekel 23
İki pozğun qadınla müqayisə
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, eyni ananın qızları olan iki qadın var
idi. 3 Onlar cavanlıqlarında Misirdə olarkən fahişəlik etdi. Onların döşləri orada
əlləşdirildi, qızlıq sinələrinə orada əl sürtüldü. 4 Bu qadınlardan böyüyünün adı Ohola,
bacısınınkı isə Oholiva idi. Onlar Mənimki oldu, oğullar və qızlar doğdu. Ohola
Samariyaya, Oholiva Yerusəlimə verilən addır. 5 Ohola Mənimki olarkən fahişəlik etdi.
Oynaşları olan qonşu Aşşurlulara aludə oldu. 6 Onların hamısı mavi paltar geyinmiş
valilər və başçılar, cazibədar cavanlar, atlara minmiş adamlar idi. 7 Onlarla fahişəlik etdi.
Onların hamısı Aşşurun ən seçmə adamları idi. Ohola kimə aludə oldusa, onun bütün
bütləri ilə özünü murdar etdi. 8 Misirdə başladığı fahişəliyindən əl çəkmədi. Çünki
cavanlığında onunla yatmışdılar, qızlıq sinəsinə əl sürtmüşdülər, şəhvətlərini onun üstünə
tökmüşdülər. 9 Buna görə də onu aludə olduğu oynaşlarına – Aşşur övladlarına təslim
etdim. 10 Onlar Oholanın ayıbını açdı, oğullarını və qızlarını əlindən aldı, özünü isə
qılıncla öldürdü. O, qadınlar arasında rüsvay oldu, onun hökmünü yerinə yetirdilər.
11 Onun bacısı Oholiva bunu gördü, amma Oholivanın şəhvəti daha qızğın, fahişəliyi
bacısından daha betər idi. 12 O da qonşuları Aşşur övladlarına – valilərə və başçılara,
dəbdəbə ilə geyinmiş, atlara minmiş adamlara aludə oldu. Onların hamısı cazibədar
cavanlar idi. 13 Mən gördüm ki, o da murdarlanıb və hər iki qadın eyni yolu gedir.
14 Oholiva get-gedə fahişəliyini artırdı, çünki divara oyulmuş insan təsvirlərini –
15 bellərinə qurşaq, başlarına böyük çalma bağlamış Xaldeylilərin qırmızı rəngli
şəkillərini gördü. Onların hamısı əsillərinə görə Xaldey ölkəsindən olan Babil zabitlərinə
bənzəyirdi. 16 Oholiva görən kimi onlara aludə oldu və onların yanına – Xaldey ölkəsinə
qasidlər göndərdi. 17 Babil övladları Oholivanın yanına, işrət yatağına gəlib şəhvətləri ilə
onu murdarladı. O onlarla murdar olandan sonra onlardan iyrəndi. 18 O, fahişəliyini
göstərəndə, ayıbını açanda ürəyim bacısından iyrənən kimi ondan da iyrəndi. 19 Misir
torpağında fahişəlik etdiyi gənclik çağını yada salıb fahişəliyini daha da artırdı.
20 Cinsiyyət üzvü eşşəyinki kimi, toxumları ayğırınkı kimi olan oynaşlarına aludə oldu.
21 Beləcə sən gənclik çağında etdiyin pozğunluğa qayıtdın. O zaman Misirlilər sənin
sinənə əl sürtərək cavan döşlərini əlləşdirirdi. 22 Buna görə də, ey Oholiva, Xudavənd
Rəbb belə deyir: “Bax iyrəndiyin oynaşlarını sənə qarşı təhrik edəcək, hər tərəfdən sənin
üstünə gətirəcəyəm. 23 Babillilərlə bütün Xaldeyliləri, Peqod, Şoa və Qoa xalqını, bütün
Aşşurluları gətirəcəyəm. Onlar cazibədar cavanlar, valilər, başçılar, zabitlər və məşhur
adamlardır. Hamısı da atlara minib. 24 Onlar silahlarla, müharibə və yük arabaları ilə,
çoxlu xalqdan ibarət qoşunla üstünə gələcək, sipərlə, qalxanla və dəbilqə ilə hər tərəfdən
sənə qarşı düzüləcəklər. Hökm etmək ixtiyarını onlara verəcəyəm, öz hökmlərinə görə
səni mühakimə edəcək. 25 Qısqanclığımı sənə qarşı çevirəcəyəm, səninlə qəzəblə rəftar
edəcəklər. Burnunu və qulaqlarını kəsib salacaqlar, sağ qalanların qılıncla həlak olacaq.
Oğullarını və qızlarını əsir alacaqlar, sağ qalanlarını od yandırıb məhv edəcək. 26 Sənin
paltarlarını soyunduracaq, gözəl bəzəklərini alacaqlar. 27 Beləcə Misir torpağından
gətirdiyin pozğunluğuna və fahişəliyinə son qoyacağam. Bu şeylərin artıq həsrətini
çəkməyəcək, daha Misiri yada salmayacaqsan”. 28 Çünki Xudavənd Rəbb belə deyir:
“Səni nifrət etdiyin adamlara, iyrəndiyin adamlara təslim edəcəyəm. 29 Onlar səninlə
nifrətlə rəftar edəcək, bütün zəhmətinin bəhrəsini əlindən alacaq, səni lüt və çılpaq
qoyacaq. Beləcə fahişəliyinin ayıbı üzə çıxacaq. Pozğunluğun və fahişəliyin 30 bunları
sənin başına gətirdi, çünki başqa millətlərlə birgə fahişəlik etdin, onların bütləri ilə
murdar oldun. 31 Öz bacının yolu ilə getdin. Buna görə də onun kasasını sənin əlinə
verəcəyəm”. 32 Xudavənd Rəbb belə deyir:
“Sən bacının kasasından içəcəksən.
O dərin və genişdir.
Sənə gülüb istehza edəcəklər,
Çünki dopdolu bir kasadır.
33 Sərxoşluq və kədərlə dolacaqsan.
Bacın Samariyanın kasası
Dəhşət və viranəlik kasasıdır.
34 Bu kasadan içəcəksən,
Onu boşaldacaqsan,
Parçalarını gəmirəcəksən,
Köksünü yırtacaqsan”.
Çünki bunu Mən söylədim,
Xudavənd Rəbb belə bəyan edir.
35 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki Məni unutdun, Mənə arxa çevirdin,
pozğunluğun və fahişəliyin üçün cəzanı çək”». 36 Rəbb mənə dedi: «Ey bəşər oğlu,
Oholanı və Oholivanı mühakimə edəcəksənmi? Elə isə iyrənc işlərini özlərinə bildir.
37 Çünki onlar xəyanət etdi və əlləri qana batıb. Onlar bütlərə səcdə edib xəyanət etdi.
Hətta Mənim üçün doğduqları oğullarını bütlərə yemək olmaq üçün təqdim etdilər.
38 Mənə qarşı hələ bunları da etdilər: həmin gün Müqəddəs məkanımı murdar etdilər,
Şənbə günlərimə məhəl qoymadılar. 39 Onlar bütləri üçün övladlarını kəsdikdən sonra
həmin gün Müqəddəs məkanıma girərək oranı murdarladılar. Üstəlik bunu məbədimin
ortasında etdilər. 40 Bundan başqa, qasidlər göndərib uzaqdan gələn adamlar gətirtdilər.
Bu adamlar gələndə sən onlar üçün yuyundun, gözlərinə sürmə çəkdin və bər-bəzək
taxdın. 41 Möhtəşəm divan üzərində oturdun. Onun önündə hazırlanmış süfrə var idi.
Mənim buxurumu və zeytun yağımı onun üstünə qoydun. 42 Ətrafında kef edən bir
dəstənin gurultusu yüksəldi. Bayağı adamlar dəstəsi ilə səhradan Sevalılar oraya gətirildi.
O iki qadının biləklərinə bilərziklər, başlarına şərəf tacları qoydular. 43 Mən zinakarlıqda
qarımış qadın barədə dedim: “İndi qoy onlar bu qadınla zina etsin, çünki o, fahişədir”.
44 Fahişənin yanına girən kimi onun yanına girdilər. Beləcə pozğun qadınlar olan Ohola
ilə Oholivanın yanına girdilər. 45 Amma saleh adamlar zina edən qadına verilən cəzanı,
qan tökən qadına verilən cəzanı onlara verəcək, çünki bu qadınlar zina edib və əlləri qana
batıb. 46 Buna görə də Xudavənd Rəbb belə deyir: “Üstlərinə bir qoşun gətir və onları
dəhşətə, talana düçar et. 47 Bu qoşun onları daşqalaq edəcək və qılıncla doğrayacaq.
Oğullarını və qızlarını öldürüb evlərini yandıracaqlar. 48 Ölkədə olan pozğunluğa son
qoyacağam. Bütün qadınlar bundan dərs alıb sizin kimi pozğunluq etməyəcək.
49 Pozğunluğunuzun cəzasını öz başınıza gətirəcəklər. Bütlərinizə tapınmağınızın əvəzini
alacaqsınız. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”».
Yezekel 24
Paslanmış qazanla müqayisə
1
Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə Rəbbin bu sözü
nazil oldu: 2
«Ey bəşər oğlu, bu günün, məhz bu günün tarixini qeyd elə. Çünki Babil
padşahı məhz bu gün Yerusəlimi mühasirəyə aldı. 3 Bu üsyankar xalqa bir məsəl danışıb
söylə ki, Xudavənd Rəbb belə deyir: “Qazanı oda qoy, oda qoy,
İçinə su doldur.
4 Ətin parçalarını, ən yaxşı parçalarını,
Budu və döşü oraya yığ.
Onu seçilmiş sümüklərlə doldur.
5
Sürüdən ən yaxşı heyvanları götür,
Qazanın altına isə odun
yığ. Qoy içindəki su qaynasın ki,
Qazandakı sümükləri də bişsin”.
6 Buna görə də Xudavənd Rəbb belə deyir:
“Qan tökən şəhərin vay halına!
Ora pas tutmuşdur,
Öz pasından təmizlənməmiş qazana bənzəyir.
Püşk atmadan əti parça-parça qazandan çıxarın.
7 Çünki onun tökdüyü qan hələ içindədir.
Qanı tozla örtmək üçün hətta yerə də tökmədi,
Düz çılpaq qayanın üstünə axıtdı.
8 Mən də qəzəbi alovlandıraraq
Qisas alınsın deyə
Onun qanını çılpaq bir qayanın
Üstünə tökdüm ki, örtülməsin”.
9 Buna görə də Xudavənd Rəbb belə deyir:
“Qan tökən şəhərin vay halına!
Mən də odun qalağını böyüdəcəyəm.
10 Odunları yığ, odu alovlandır,
Əti yaxşı bişir,
Ədviyyatını qat,
Sümüklər də yansın.
11 Onun közləri üstünə
Qazanı boş qoy ki, qızsın,
Misi yansın,
İçindəki murdarlığı getsin,
Pası ərisin.
12 Bütün zəhmət hədər getdi,
Qalın pası ərimək bilmir,
Pası odla da çıxmır.
13 Etdiyin pozğunluq səni murdarladı,
Səni təmizləmək istədim,
Amma sən təmizlənmək istəmədin.
Sənə qarşı qəzəbim yatana qədər
Öz murdarlığından təmizlənməyəcəksən.
14 Mən Rəbb bunu söylədim,
Vaxt çatdı ki, yerinə yetirim.
Çəkinməyəcəyəm, acımayacağam,
Peşman olmayacağam.
Adətlərinə və əməllərinə görə cəzalanacaqsan”
Xudavənd Rəbb belə deyir».
Yezekelin arvadının ölümü
15 Mənə Rəbbin bu sözü nazil oldu: 16 «Ey bəşər oğlu, gözündə çox qiymətli olan bir
nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas tutma, ağlayıb göz yaşı tökmə.
17 İçin-için ağla, ölülər üçün yas tutma. Çalmanı başına qoyub çarığını ayağına gey.
Üzünün alt hissəsini örtmə, yas tutanların çörəyini yemə».
18 Mən səhər xalqa bu sözləri
söylədim. Axşamüstü arvadım öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim. 19 Xalq
mənə dedi: «Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?» 20 Mən onlara
dedim: «Mənə Rəbbin bu sözü nazil oldu: 21 İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə
deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin
arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz
oğullarınız və qızlarınız qılıncdan keçiriləcək. 22 Mən nə etdimsə, siz də elə edəcəksiniz:
üzünüzün alt hissəsini örtməyəcəksiniz, yas tutanların çörəyini yeməyəcəksiniz.
23 Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız,
ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib inləyəcəksiniz. 24 Yezekel
sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda
biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”. 25 Sən ey bəşər oğlu, qalalarını, sevinc və
izzətlərini, gözlərində qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını
onlardan aldığım vaxt – 26 o gün fəlakətdən qaçıb qurtulan bir nəfər gəlib sənə bu xəbəri
bildirəcək. 27 O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz
qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb
Mənəm».
Yezekel 25
Ammonluların əleyhinə peyğəmbərlik
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, üzünü Ammon övladlarına tərəf çevir
və onların əleyhinə peyğəmbərlik et. 3 Ammon övladlarına söylə ki, Xudavənd Rəbbin
sözünü dinləsinlər. Xudavənd Rəbb belə deyir: “Siz Müqəddəs məkanım ləkələnəndə,
İsrail torpağı viran ediləndə və Yəhuda nəsli sürgünə gedəndə ‹nə yaxşı› dediniz. 4 Buna
görə də Mən icazə verəcəyəm ki, şərq xalqları sizin torpağınızı fəth etsin. Onlar
torpağınızda yurd salacaq, çadır quracaq. Meyvələrinizi onlar yeyəcək, südünüzü onlar
içəcək. 5 Rabbanı dəvələr üçün otlağa, Ammon övladlarının torpağını sürülər üçün ağıla
çevirəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. 6 Xudavənd Rəbb belə deyir: “İndi ki
siz əllərinizi bir-birinə vurub ayaqlarınızı yerə döydünüz və İsrail torpağını təhqir edib
fəlakətinə bütün qəlbinizlə sevindiniz, 7 Mən də sizə qarşı əlimi uzadıb sizi qarət malı
kimi millətlər arasında bölüşdürəcək, xalqlar sırasından silib-atacaq, ölkələr içindən yox
edəcək və məhv edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.
Moavlıların əleyhinə peyğəmbərlik
8
Xudavənd Rəbb belə deyir: “Moav və Seir xalqı deyir ki, budur, daha Yəhuda nəslinin
başqa xalqlardan fərqi yoxdur. 9 Buna görə də Mən Moavın sərhədini açıb ölkənin şöhrəti
olan sərhəd şəhərlərini – Bet-Yeşimotu, Baal-Meonu, Qiryatayimi müdafiəsiz
qoyacağam. 10 Ammonlular bir daha xalqlar arasında yada salınmasınlar deyə Moavı
Ammonluların torpağı ilə birlikdə şərq xalqlarına verəcəyəm. 11 Beləcə Moav xalqını
cəzalandıracağam. Onda biləcəklər ki, Rəbb Mənəm”.
Edomluların əleyhinə peyğəmbərlik
12 Xudavənd Rəbb belə deyir: “Edom qisas alaraq Yəhuda nəsli ilə pis rəftar etdi,
onlardan intiqam alaraq böyük təqsir etdi”. 13 Buna görə də Xudavənd Rəbb belə deyir:
“Edom torpağına əlimi uzadıb insanı da, heyvanı da oradan silib-atacaq, ölkəni viran
edəcəyəm. Temandan Dedana qədər Edomlular qılıncla vurulub həlak olacaq. 14 Mən
xalqım İsrail vasitəsilə Edomdan Öz qisasımı alacağam. İsraillilər Edomda qəzəb və
hiddətimə görə rəftar edəcək. Beləcə Edomlular Mənim qisasımın nə olduğunu
anlayacaq” Xudavənd Rəbb belə bəyan edir.
Filiştlilərin əleyhinə peyğəmbərlik
15 Xudavənd Rəbb belə deyir: “Filiştlilər Yəhudadan qisas alaraq pis rəftar etdi,
ürəklərindəki əbədi ədavətlə onu yerlə yeksan edərək intiqam aldı”. 16 Buna görə də
Xudavənd Rəbb belə deyir: “Mən Filiştlilərə qarşı əlimi uzadıb Keretliləri silib-atacağam,
dəniz sahilində yaşayanlardan salamat qalanları məhv edəcəyəm. 17 Onları şiddətlə
məzəmmətləyib böyük qisaslar alacağam. Onlardan qisas alanda biləcəklər ki, Rəbb
Mənəm”».
Yezekel 26
Sur şəhərinin əleyhinə peyğəmbərlik
1
Sürgünlüyümüzün on birinci ilində, ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:
2
«Ey bəşər oğlu, Yerusəlimə qarşı Sur belə dedi: “Nə yaxşı ki xalqların qapısı olan şəhər
dağıldı, darvazaları mənim üçün açıldı. O dağıldığı üçün mən varlanacağam”. 3 Bu
sözlərə görə Xudavənd Rəbb belə deyir: “Ey Sur, Mən sənə qarşı gəlirəm. Dəniz necə
dalğalarını coşdurursa, Mən də eləcə çoxlu milləti sənin üstünə coşduracağam.
4 Onlar
Surun divarlarını dağıdacaq və qüllələrini uçuracaq. Töküntülərini silib-süpürəcək, onu
çılpaq bir qayaya çevirəcəyəm. 5
Sur dənizin ortasında torların sərildiyi bir yer olacaq,
çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. Sur millətlər üçün qarət malı
olacaq. 6 Oraya tabe olan sahil şəhərlərində yaşayanlar qılıncla öldürüləcək. Onda
biləcəklər ki, Rəbb Mənəm”. 7 Xudavənd Rəbb belə deyir: “Mən padşahlar padşahı olan
Babil padşahı Navuxodonosoru atlar, döyüş arabaları, süvarilər, qoşun və çoxlu xalqla
birgə şimaldan Surun üstünə gətirəcəyəm. 8
Ey Sur, o sənə tabe olan sahil şəhərlərində
yaşayanları qılıncla öldürəcək, sənə qarşı mühasirə divarları, torpaq qalağı quracaq və
sipərini əleyhinə qaldıracaq. 9
Sənin divarlarını vurub-dəlmək üçün qoçbaşı alətləri
quracaq, baltaları ilə qüllələrini uçuracaq. 10 Atları çox olduğu üçün onların tozu səni
örtəcək. Divarlarında oyuq açılmış bir şəhərə girilən tək sənin darvazalarından girdikləri
zaman atlıların, təkərlərin və döyüş arabalarının gurultusundan divarların titrəyəcək. 11 O
öz atlarının dırnaqları ilə sənin bütün küçələrini tapdalayıb xarab edəcək, xalqını qılıncla
öldürəcək. Möhkəm sütunların yerlə yeksan olacaq. 12 Onlar sərvətini talan edəcək,
ticarət mallarını qarət edəcək. Sənin divarlarını dağıdacaq, gözəl evlərini uçuracaq,
daşlarını, taxtalarını və töküntülərini suya atacaqlar. 13 Oxuduğun nəğmələrin səsinə son
qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək. 14 Səni çılpaq bir qayaya çevirəcəyəm,
torların sərildiyi bir yer olacaqsan. Bir daha tikilməyəcəksən”, çünki Mən Rəbb bunu
söylədim, Xudavənd Rəbb belə bəyan edir. 15 Xudavənd Rəbb Sura belə deyir: “Səndə
qırğın olanda, yaralılar inildəyəndə dağılmağının gurultusundan sahil xalqları
titrəməyəcəkmi? 16 Bütün dəniz ölkələrinin rəhbərləri taxtlarından enəcək, libaslarını
çıxaracaq, əlvan naxışlı paltarlarını soyunacaq, dəhşətə bürünəcək, yerə oturacaq, hər an
titrəyəcək və sənin taleyindən heyrətə düşəcək. 17 Onlar sənin üçün mərsiyə oxuyub
deyəcək: ‹Dənizçilərin yaşadığı məşhur şəhər,
Sən necə məhv oldun?
Dənizdə güclü idin.
Sən və sənin əhalin
Sahildə yaşayanların hamısını
Dəhşətə salmışdınız.
18 İndi dağıldığın gün
Adalar titrəyir,
Adalarda yaşayanlar
Sənin yıxılmağından heyrətə düşür›”.
19 Xudavənd Rəbb belə deyir: “Səni sakinsiz qalmış şəhərlər kimi xaraba bir şəhərə
çevirdiyim, əngin dənizlərlə qərq etdiyim vaxt dərin sular səni örtəndə
20 qəbirə enənlərlə
birgə qədim zamanlarda yaşayanların yanına endirəcəyəm. Sənin üçün qəbirə enənlərlə
birgə qədim xarabalıqlar kimi yer üzünün dərinliklərində məskən quracağam ki, bir daha
qayıtmayasan və Mən sənə dirilər arasında izzət verməyim. 21 Aqibətini dəhşətli
edəcəyəm. Sən artıq yox olacaqsan. Səni axtaracaq, ancaq tapmayacaqlar” Xudavənd
Rəbb belə bəyan edir».
Yezekel 27
Sur şəhəri üçün mərsiyə
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub 3
ona
söylə ki, sən ey dəniz qapılarında yerləşən, çoxlu sahil xalqı ilə ticarət edən şəhər,
Xudavənd Rəbb belə deyir: “Ey Sur, sən dedin:
‹Mən gözəllikdə qüsursuzam›.
4
Sərhədlərin dənizin qoynunda idi.
Səni tikənlər gözəlliyini kamil etdi.
5 Bütün taxtalarını
Senirin şam ağaclarından düzəltdilər.
Sənə dor qayırmaq üçün
Livandan sidr ağacları gətirdilər.
6 Avarlarını Başanın palıd ağaclarından qayırdılar,
Göyərtəni fil sümüyü ilə bəzənən,
Kittim sahillərindən gətirilən
Şam ağaclarından düzəltdilər.
7
Sənin yelkənin, bayrağın
Misirin naxışlı kətanından oldu.
Talvarın Elişa sahillərinin
Bənövşəyi və tünd qırmızı parçalarından idi.
8
Sidonda və Ervadda yaşayanlar
Sənin avar çəkənlərin idi.
Ey Sur, səndə bacarıqlı adamlar var idi,
Gəmiçilərin onlardan idi.
9 Gəmilərindəki yarıqları təmir edənlər
Gevalın təcrübəli və bacarıqlı adamları idi.
Dənizdəki bütün gəmilər və dənizçilər
Mallarını dəyişmək üçün
Sənin yanına gəldi.
10 Fars, Lud və Put əsgərləri
Ordunda xidmət edirdi.
Qalxanlarını, dəbilqələrini
Divarlarından asdılar,
Sənə əzəmət verdilər.
11 Ervaddan və Xelekdən gələnlər
Hər tərəfdən divarlarını qorudu.
Qammadlılar qüllələrində gözətçi oldu.
Qalxanlarını divarlarından asdı,
Gözəlliyini kamil etdi.
12 Səndə hər cür mal bol olduğu üçün
Tarşiş səninlə ticarət etdi,
Mallarının əvəzinə sənə
Gümüş, dəmir, qalay və qurğuşun verdilər.
13 Yavan, Tuval və Meşek səninlə ticarət etdi,
Mallarının əvəzinə sənə
Qullar və tunc qablar verdilər.
14 Bet-Toqarma xalqı
Mallarının əvəzinə sənə
At, döyüş atı və qatır verdi.
15 Dedan xalqı səninlə ticarət etdi,
Çoxlu sahil xalqı sənin müştərin idi,
Səndən aldıqları malın əvəzinə
Fil sümüyü və abnos ağacı verdilər.
16 Sənin məmulatın çox olduğu üçün
Aram səninlə ticarət etdi,
Mallarının əvəzində sənə
Firuzə, tünd qırmızı qumaş, naxışlı paltarlar,
İncə kətan, mərcan və yaqut verdilər.
17 Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi,
Mallarının əvəzinə sənə
Minnit buğdası, darı, bal,
Zeytun yağı və balzam verdilər.
18 Sənin məmulatın çox olduğu üçün,
Səndə hər cür mal bol olduğuna görə
Dəməşq səninlə ticarət etdi,
Helbon şərabı, Saxar yunu ilə ticarət etdi.
19 Vadan və Uzaldan gələn
Yavan səninlə ticarət etdi.
Sənə gətirilən mallar arasında
İşlənmiş dəmir, darçın və ətirli qamış var idi.
20 Dedan xalqı səninlə ticarət edib
Sənə yəhər üçün qumaş verdi.
21 Ərəbistan və bütün Qedar rəhbərləri
Sənin müştərilərin idi,
Quzu, qoç və təkə ilə
Səninlə ticarət etdilər.
22 Səba və Raama tacirləri
Səninlə ticarət etdi.
Mallarının əvəzinə sənə
Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər.
23 Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və Kilmad
Səninlə ticarət etdi,
24 Onlar bazarlarında
Gözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar,
Sıx toxunmuş, iplərlə bağlanmış
Rəngli xalçalarla
Səninlə ticarət etdi.
25 Tarşiş gəmiləri sənin mallarını daşıdı. Dənizin qoynunda böyük yüklə doldun.
26 Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı,
Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı.
27 Gəmin qəzaya uğradığı gün
Var-dövlətin, malların, ticarət şeylərin,
Gəmiçilərin, sükançıların,
Təmirçilərin, ticarət şəriklərin,
Döyüşçülərin – içində olan bütün camaat
Dənizin dərinliklərinə batacaq.
28 Sükançıların fəryadından
Dənizin sahilləri titrəyəcək.
29 Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək,
Gəmiçilərlə sükançıların hamısı
Gəmilərindən düşüb quruda dayanacaq.
30 Uca səslə sənin üçün
Acı-acı fəryad edəcəklər.
Başlarına torpaq səpələyəcəklər,
Küldə eşələnəcəklər.
31 Sənin üçün saçlarını ülgüclə qırxacaqlar,
Çula bürünəcəklər.
Sənin üçün acı-acı ağlayıb
Yas tutacaqlar.
32 Yaslarında sənin üçün mərsiyə oxuyub
Belə deyəcəklər:
‹Dənizin ortasında
Sur şəhəri kimi susdurulan
Bir şəhər varmı görəsən?›
33 Malların dənizin o tayına çatanda
Çoxlu xalqı doydururdun.
Böyük var-dövlətinlə, malınla
Dünya padşahlarını sərvət sahibi edirdin.
34 İndi isə dənizdə, suların dərinliyində
Xarabalığa çevrildiyin zaman
Mal-dövlətin və bütün camaatın
Səninlə birlikdə batdı.
35 Sahillərdə yaşayanların hamısı
Başına gələnlərdən heyrətə düşdü.
Onların padşahlarının tükləri biz-biz oldu,
Bənizləri soldu.
36 Millətlərin arasındakı tacirlər
Sənə görə fit çalacaq.
Aqibətin dəhşətli oldu,
Sən əbədi olaraq yox olacaqsan”».
Yezekel 28
Sur padşahının əleyhinə peyğəmbərlik
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd
Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin: ‹Mən Allaham,
Dənizlərin qoynunda,
Allahın taxtında otururam›.
Ürəyində özünü Allah sandın,
Ancaq sən Allah deyil, insansan.
3 Bax sən Danieldən daha müdriksən,
Heç kəs öz sirrini səndən gizlədə bilməz.
4 Müdrikliyin və ağlınla özünə sərvət yığdın,
Xəzinələrinə qızıl-gümüş topladın.
5
Ticarətdə çox bacarıqlı olduğun üçün
Öz sərvətini artırdın.
Var-dövlətin çoxalanda
Özünə qürrələndin”.
6 Buna görə də Xudavənd Rəbb belə deyir:
“İndi ki ürəyində özünü Allah sandın,
7 Mən də yadelliləri, ən rəhmsiz millətləri
Üstünə göndərəcəyəm.
Onlar sənin müdrikliyinin gözəlliyinə
Qılınc çəkib
Əzəmətini murdarlayacaq.
8
Səni məzara endirəcəklər.
Sən dənizlərin qoynunda
Dəhşətli bir ölümlə məhv olacaqsan.
9
Səni öldürənlərə də
‹Mən Allaham› deyəcəksənmi?
Səni öldürənlərin əlində
Sən Allah deyil, insansan.
10 Yadellilərin əlində
Sünnətsizlərin ölümü ilə öləcəksən”.
Çünki Mən bunu söylədim,
Xudavənd Rəbb belə bəyan edir».
11 Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün
mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir: 12 “Sən kamilliyin möhürüsən,
Müdrikliyin bütöv,
Gözəlliyin qüsursuz idi.
13 Sən Allahın bağçası olan Eden bağında idin.
Cürbəcür qiymətli daşlarla –
Yaqut, topaz, almaz,
Sarı yaqut, damarlı əqiq, yəşəm daşı,
Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin.
Qaxma və oyma işlərin qızıldan idi.
Bunlar yaradıldığın gün hazırlanmışdı.
14 Sən məsh edilmiş, qoruyucu bir keruv idin.
Səni bunun üçün qoymuşdum.
Allahın müqəddəs dağının üstündə idin,
Odlu daşlar arasında gəzirdin.
15 Yaradıldığın gündən
Səndə pislik tapılana qədər
Yollarında qüsursuz idin.
16 Bol ticarətindən ötrü
İçin zorakılıqla doldu,
Sən günah etdin.
Buna görə də səni murdar bir şey kimi
Allahın dağından atdım,
Odlu daşların arasından qovdum,
Ey qoruyucu keruv!
17 Gözəl olduğun üçün ürəyin qürurlandı,
Əzəmətinə görə müdrikliyini korladın.
Beləcə səni yerə atdım,
Padşahların önündə tamaşaya çevirdim.
18 Çoxlu təqsir etdiyin üçün,
Ticarətdə əliəyriliyinə görə
Müqəddəs məkanlarını murdarladın.
Mən içindən bir od çıxardım ki,
Səni yandırıb məhv etsin.
Bütün seyr edənlərin gözü önündə
Səni torpaq üstündə külə çevirdim.
19 Xalqlar arasında səni tanıyanlar
Fəlakətinə heyrət etdi.
Aqibətin dəhşətli oldu,
Artıq salamat qalmayacaqsan”».
Sidonun əleyhinə peyğəmbərlik
20 Mənə Rəbbin bu sözü nazil oldu: 21 «Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun
əleyhinə peyğəmbərlik edərək söylə ki, 22 Xudavənd Rəbb belə deyir: “Ey Sidon, Mən
sənin əleyhinəyəm,
Sənin içində izzət qazanacağam.
Mən sakinlərini cəzalandırıb
Onların arasında müqəddəs tutulanda
Biləcəklər ki, Rəbb Mənəm.
23 Əhalinin içinə vəba,
Küçələrinə qan göndərəcəyəm.
Hər tərəfdən onların üstünə gələn qılıncla
Vurulub həlak olacaqlar.
Onda biləcəklər ki, Rəbb Mənəm.
Allahın İsrail xalqına vədi
24 İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan
tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”. 25 Xudavənd Rəbb
belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin
gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin
olacaq. 26 Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir
edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda
biləcəklər ki, Rəbb Mənəm”».
Yezekel 29
Misirin əleyhinə peyğəmbərlik
1
Sürgünlüyümüzün onuncu ilində, onuncu ayın on ikinci günü mənə Rəbbin sözü nazil
oldu: 2
«Ey bəşər oğlu, üzünü Misir padşahı olan firona tərəf çevir, onun və bütün Misirin
əleyhinə peyğəmbərlik edib söylə ki, 3 Xudavənd Rəbb belə deyir: “Ey öz çayları içində
yatan
Böyük əjdaha Misir padşahı firon,
Mən sənin əleyhinəyəm.
Sən deyirsən: ‹Nil çayı mənimdir,
Onu özüm üçün yaratdım›.
4
Sənin çənənə qarmaq keçirəcəyəm,
Çaylarındakı balıqları
Sənin pulcuqlarına yapışdıracağam.
Pulcuqlarına yapışmış balıqlarla birgə
Səni çaylarından çıxaracağam.
5
Səni də, çaylarındakı bütün balıqları da
Səhraya atacağam.
Çöllərə düşəcəksən,
Yığılıb basdırılmayacaqsan.
Səni yem kimi vəhşi heyvanlara,
Göydəki quşlara verəcəyəm.
6 Onda Misirdə yaşayan hər kəs Biləcək ki, Rəbb Mənəm.
Çünki sən İsrail xalqı üçün
Qamışdan olan bir dəyənək oldun.
7
Səndən yapışdıqları zaman
Qırılıb onların çiyinlərini yardın,
Sənə söykəndikləri zaman
Qopub onların bellərini burxutdun”.
8 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən sənin üstünə qılınc gətirəcəyəm, insanı
da, heyvanı da üzərindən silib məhv edəcəyəm. 9 Misir kimsəsiz qalacaq və xarabalığa
çevriləcək. Onda biləcəklər ki, Rəbb Mənəm. Firon dedi: ‹Nil çayı mənimdir, onu mən
yaratdım›. 10 Buna görə də Mən sənin və çaylarının əleyhinə olacağam. Misir torpağını
Miqdoldan Asvana, Kuş sərhədinə qədər kimsəsiz qoyacağam və xarabalığa
çevirəcəyəm.
11 İçindən insan ayağı da, heyvan ayağı da keçməyəcək, orada qırx il adam
yaşamayacaq.
12 Misiri xaraba qalan ölkələr kimi xarabalığa çevirəcəyəm. Şəhərləri viran
olmuş şəhərlər kimi qırx il kimsəsiz qalacaq. Misirliləri millətlər arasına yayacağam,
ölkələr arasına səpələyəcəyəm”. 13 Xudavənd Rəbb belə deyir: “Qırx ildən sonra
Misirliləri səpələndikləri xalqların arasından bir yerə yığacağam.
14 Sürgün olunan
Misirliləri Patros torpağına – öz vətənlərinə geri qaytaracağam. Onlar orada zəif bir
padşahlıq yaradacaq. 15 Padşahlıqların ən gücsüzü olacaqlar, bir daha millətlərin üzərində
ağalıq etməyəcəklər. Daha millətlərə hökmran olmasınlar deyə onların sayını
azaldacağam. 16 Misir bir daha İsrail xalqının güvəndiyi yer olmayacaq. Misirlilər onlara
Misirə qayıtmaqla günah etdiklərini xatırladacaqlar. İsraillilər onda biləcəklər ki,
Xudavənd Rəbb Mənəm”». 17 Sürgünlüyümüzün iyirmi yeddinci ilində, birinci ayın
birinci günü mənə Rəbbin sözü nazil oldu: 18 «Ey bəşər oğlu, Babil padşahı
Navuxodonosor Surla müharibədə öz ordusuna çox zəhmət verdi: əsgərlərin saçı töküldü,
ağır yük daşımaqdan çiyinləri yağır oldu. Amma Surla müharibədə ordusuna zəhmət
verməsinə baxmayaraq, bunun nə özünə, nə də ordusuna bir xeyri oldu. 19 Buna görə də
Xudavənd Rəbb belə deyir: “Mən Misir ölkəsini Babil padşahı Navuxodonosora
verəcəyəm. O, sərvətini aparıb ölkəni qarət və talan edəcək. Ordusunun xeyri bu olacaq.
20 Çəkdiyi zəhmətin əvəzində Misir ölkəsini ona verdim, çünki o da, ordusu da bu işi
Mənim üçün etdi” Xudavənd Rəbb belə bəyan edir. 21 “O gün İsrail nəslinin gücünü
özünə qaytaracağam. Onların arasında sənin dilini açacağam. Onda biləcəklər ki, Rəbb
Mənəm”».
Yezekel 30
Rəbbin Misirliləri cəzalandırması
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki,
Xudavənd Rəbb belə deyir: “‹Ah, o gün› deyib fəryad edin,
3 Çünki o gün yaxındır,
Rəbbin günü yaxındır.
O gün buludlu gündür,
Millətlərin qiyamət günüdür.
4 Misirin üstünə qılınc gələcək,
Kuş əzab çəkəcək.
Misirdə adamlar həlak olanda
Ölkənin sərvəti qarət olunacaq,
O öz təməlindən dağılacaq.
5 Misirlə birlikdə Kuş, Put, Lud,
Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamları
Qılıncdan keçiriləcək”.
6 Rəbb belə deyir:
“Misirə arxa olanlar yıxılacaq,
Onun qürurlandığı qüdrət çökəcək.
Miqdoldan Asvana qədər ərazidə
Qılıncdan keçiriləcəklər”
Xudavənd Rəbb belə bəyan edir.
7
“Misir xaraba qalmış ölkələr kimi
Xaraba qalacaq.
Şəhərləri viran olmuş
Şəhərlər kimi viran olacaq.
8 Mən Misiri oda təslim edəndə,
Ona kömək edənlər əziləndə
Biləcəklər ki, Rəbb Mənəm.
9 O gün qayğısız Kuş əhalisini qorxutmaq üçün gəmilərlə qasidlər göndərəcəyəm. Onlar
Misirin dağıldığı gün gələndə dəhşətə düşəcək. Budur, o gün gəlir!” 10 Xudavənd Rəbb
belə deyir:
“Babil padşahı Navuxodonosor vasitəsilə
Misirin sərvətinə son qoyacağam.
11 O öz ordusu ilə, millətlər arasında ən rəhmsizi ilə
Ölkəni yerlə yeksan etmək üçün gətiriləcək.
Misirə qarşı qılınc çəkəcək,
Ölkəni ölülərlə dolduracaq.
12 Çayları qurudub,
Ölkəni pis adamlara satacağam.
Ölkəni də, orada olan hər şeyi də
Yadellilərin əli ilə viran edəcəyəm”
Mən Rəbb bunu söylədim.
13 Xudavənd Rəbb belə deyir:
“Bütləri məhv edəcəyəm,
Nofdakı
bütləri yox edəcəyəm. Artıq Misirdə rəhbər qalmayacaq,
Ölkəni dəhşətə salacağam.
14 Patrosu xarabalığa çevirəcəyəm,
Soanı oda verəcəyəm,
No
şəhərini cəzalandıracağam. 15 Qəzəbimi Misirin qalası olan
Sin üzərinə tökəcəyəm,
No şəhərinin çoxlu əhalisini yox edəcəyəm.
16 Misiri oda verəcəyəm,
Sin ağrıdan qıvrılacaq,
No şəhərinin divarı yarılacaq.
Gündüz vaxtı Nofda
Düşmənlər cövlan edəcək.
17 On şəhərinin və Pi-Besetin cavanları
Qılıncdan keçiriləcək.
Oradakı əhali sürgün olunacaq.
18 Taxpanxesdə Misirin boyunduruğunu qırdığım zaman
Orada gündüz qaranlığa çevriləcək,
Qürurlandığı qüdrət məhv olacaq.
Şəhər buludlarla örtüləcək,
Qızları sürgün olunacaq.
19 Beləcə Misiri cəzalandıracağam.
Onda biləcəklər ki, Rəbb Mənəm”».
20 Sürgünlüyümüzün on birinci ilində, birinci ayın yeddinci günü mənə Rəbbin sözü nazil
oldu: 21 «Ey bəşər oğlu, Misir padşahı fironun qolunu qırdım. Qolu sağalmaq üçün
bağlanmadı, ona sarğı qoyulmadı ki, qılınc ələ alacaq qədər güclənsin. 22 Buna görə də
Xudavənd Rəbb belə deyir: “Mən Misir padşahı fironun əleyhinəyəm. Hər iki qolunu –
sağlam olanı da, sınanı da qıracaq, qılıncı əlindən salacağam. 23 Misirliləri millətlər
arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm.
24 Babil padşahının qoluna güc
verəcək, qılıncımı onun əlinə verəcəyəm. Fironun isə qollarını qıracağam. O, Babil
padşahının önündə ağır yaralı kimi inildəyəcək. 25 Babil padşahının qoluna güc
verəcəyəm, fironun qolları isə yanına düşəcək. Qılıncımı Babil padşahının əlinə verəndə,
o da bu qılıncı Misir ölkəsinə tuşlayanda biləcəklər ki, Rəbb Mənəm. 26 Misirliləri
millətlər arasına yayacağam və ölkələr arasına səpələyəcəyəm. Onda biləcəklər ki, Rəbb
Mənəm”».
Yezekel 31
Sidr ağacı ilə müqayisə
1
Sürgünlüyümüzün on birinci ilində, üçüncü ayın birinci günü mənə Rəbbin bu sözü nazil
oldu: 2
«Ey bəşər oğlu, Misir padşahı firona və onun camaatına söylə: “Əzəmətdə kim
səninlə müqayisə edilə bilər?
3 Bax Aşşur Livandakı sidr ağacına bənzəyirdi,
Meşəyə kölgə salan gözəl budaqları var idi,
Çox uca idi, başı buludlara çatırdı.
4 Onu sular bəslədi,
Dərin su qaynaqları böyütdü.
Çayları əkildiyi yeri əhatə etdi,
Arxları çöldəki bütün ağaclara çatırdı.
5 Buna görə də çöldəki bütün ağaclardan böyük oldu,
Bol su içdiyi üçün qol-budaq atıb
Şaxələri uzandı.
6 Bütün göy quşları onun budaqlarında yuva qurdu,
Vəhşi heyvanlar şaxələri altında balaladı,
Bütün böyük millətlər kölgəsində yaşadı.
7 Böyüklüyü və uzun budaqları ilə gözəl oldu,
Çünki kökləri bol su içdi.
8 Allahın bağçasındakı sidr ağacları da Boyda ona çatmazdı,
Şam ağacları boyda onun budaqlarına yetməzdi,
Çinar ağacları onun şaxələri kimi deyildi,
Allahın bağçasındakı ağaclardan heç biri
Onun kimi gözəl deyildi.
9
Sıx budaqlarla o sidr ağacını gözəlləşdirdim,
Allahın bağçası olan Edendəki
Bütün ağaclar ona qısqandı”.
10 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boyu ucalıb başı buludlara çatanda
ucalığına görə ürəyi qürurlandı, 11 Mən də onu millətlərin başçısına təslim etdim. O da
onunla pisliyinə görə rəftar edəcək. Mən onu qovdum və
12 yadelli millətlərin ən rəhmsizi
onu kəsib yerə yıxdı. Budaqları dağlara və bütün dərələrə düşdü. Şaxələri ölkənin bütün
vadilərində qırılıb qaldı. Yer üzünün bütün xalqları kölgəsindən çəkilib onu tərk etdi.
13 Göydəki bütün quşlar onun yıxılmış gövdəsi üstünə qondu, bütün vəhşi heyvanlar
şaxələri arasında yaşadı. 14 Bu ona görə oldu ki, bir daha suların yaxınlığında bitən heç
bir ağac boy-buxun atmasın, başını buludlara çatdırmasın, bol su içən heç bir ağac bu
qədər yüksəlməsin. Çünki onların hamısı qəbirə enən insanlarla birgə ölümə – yerin
dərinliklərinə təslim edildi”. 15 Xudavənd Rəbb belə deyir: “Sidr ağacı ölülər diyarına
endiyi gün ona yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım,
gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün çöl ağaclarını
qurutdum. 16 Qəbirə enənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman dağılmasının
gurultusundan millətləri lərzəyə saldım. O zaman Eden bağındakı bütün ağaclar, Livanın
ən seçilmiş, ən yaxşı və bol sulanan ağacları yerin dərinliklərində təsəlli tapdı.
17 Kölgəsində yaşayanlar, millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər
diyarına – qılıncla öldürülmüş adamların yanına endi. 18 Eden ağaclarından hansı izzət və
əzəmətdə səninlə müqayisə edilə bilər? Ancaq sən Eden ağacları ilə birgə yerin
dərinliklərinə endiriləcək, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında
yatacaqsan. Fironun və onun camaatının aqibəti belə olacaq” Xudavənd Rəbb belə bəyan
edir».
Yezekel 32
Firon üçün mərsiyə
1
Sürgünlüyümüzün on ikinci ilində, on ikinci ayın birinci günü mənə Rəbbin bu sözü
nazil oldu: 2
«Ey bəşər oğlu, Misir padşahı firon üçün mərsiyə oxuyub ona söylə:
“Millətlər içində özünü cavan bir aslana bənzətdin,
Amma sən bir dəniz əjdahası kimisən.
Çayları qarışdırırsan,
Ayaqlarınla suları çalxalayıb
Çayları bulandırırsan”.
3 Xudavənd Rəbb belə deyir:
“Çoxlu xalqdan ibarət bir qoşun göndərib
Torumu üstünə atacağam.
Onlar səni torumla dartıb çıxaracaq.
4
Səni quruya çıxaracağam,
Çölün üzünə atacağam,
Göydəki quşları üstünə qonduracağam.
Yer üzünün vəhşi heyvanlarını
Səninlə doyduracağam.
5 Bədənini dağların üstünə sərəcəyəm,
Dərələri leşinlə dolduracağam.
6 Ölkəni dağlara qədər axan qanınla sulayacağam,
Vadilər meyitinlə dolacaq.
7
Səni məhv etdiyim zaman Göyləri bağlayacağam,
Ulduzları qaraldacağam,
Günəşi buludla örtəcəyəm,
Ay işığını verməyəcək.
8
Sənin üzərində nur saçan
Bütün səma cisimlərini qaraldacağam,
Ölkəni qaranlığa qərq edəcəyəm”
Xudavənd Rəbb belə bəyan edir.
9
“Sənin məhv olmaq xəbərini,
Millətlərin arasına,
Tanımadığın ölkələrə çatdırdığım zaman
Bir çox xalqların ürəyini kədərləndirəcəyəm.
10 Sənin başına gələnlərlə
Bir çox xalqı heyrətə salacağam.
Onların önündə qılıncımı yellədiyim zaman
Sənə görə padşahlarının tükləri biz-biz olacaq.
Yıxıldığın gün
Onların hamısı öz canları üçün
Durmadan qorxu içində titrəyəcək”.
11 Xudavənd Rəbb belə deyir:
“Babil padşahının qılıncı sənin üstünə gələcək.
12 İzin verəcəyəm ki, millətlərin rəhmsiz igidləri
Sənin xalqını qılıncdan keçirsin.
Onlar Misirin qürurunu qıracaqlar,
Bütün ordusunu məhv edəcəklər.
13 Bol suların yanında otlayan
Bütün mal-qaranı yox edəcəyəm.
Bundan sonra insan ayağı da, heyvan ayağı da
Suları qarışdırıb bulandırmayacaq.
14 O zaman onların sularını duruldacağam,
Çaylarını yağ kimi axıdacağam”
Xudavənd Rəbb belə bəyan edir.
15 “Misiri xarabalığa çevirəndə,
Ölkəni hər şeydən məhrum edəndə,
Orada yaşayan hər kəsi məhv edəndə
Biləcəklər ki, Rəbb Mənəm”.
16 Misir üçün oxunan mərsiyə budur. Millətlərin qızları bu mərsiyəni oxuyacaq. Misir və
onun xalqı üçün bu mərsiyəni oxuyacaqlar. Xudavənd Rəbb belə bəyan edir».
17 Sürgünlüyümüzün on ikinci ilində, ayın on beşinci günü mənə yenə Rəbbin sözü nazil
oldu: 18 «Ey bəşər oğlu, Misir xalqı üçün yas tut. Onları və güclü millətlərin qızlarını
qəbirə enənlərlə birgə yerin dərinliklərinə endir. 19 Onlara söylə: “Məgər sən
başqalarından daha gözəlsən? Yerin altına en və oradakı sünnətsizlərlə birgə uzan”.
20 Misir xalqı qılıncla öldürülənlərin arasına düşəcək. Bu xalq qılıncın ixtiyarına verildi.
Qoy Misir bütün camaatı ilə birgə sürüklənsin. 21 Qüdrətli başçılar ölülər diyarından
Misir və ona arxa olanlar üçün belə söyləyəcək: “Yerin altına endilər, qılıncla öldürülən
sünnətsizlər kimi indi burada yatırlar”. 22 Aşşur və bütün ordusu oradadır. Qılıncdan
keçirilmiş, ölmüş əsgərlərinin məzarları ətrafını bürümüşdür. 23 Onların məzarları qəbirin
lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı
qılıncdan keçirilib öldürülmüşdür. 24 Elam oradadır və bütün xalqı öz məzarlarının
ətrafında uzanıb. Onların hamısı qılıncdan keçirilmiş, ölmüş və sünnətsiz halda yerin
dərinliklərinə enmişdir. Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə
enənlərə qoşuldular. 25 Elam üçün öldürülənlər arasında bir yataq hazırlandı. Bütün xalqı
məzarının ətrafındadır. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib öldürülmüşdür.
Dirilər arasına qorxu salmışdılar, indi isə xəcalət içində qəbirə enənlərə qoşulub
öldürülənlərin arasına qoyuldular. 26 Meşek, Tuval oradadır və bütün xalqı öz
məzarlarının ətrafında uzanıb. Onların hamısı sünnətsiz halda qılıncdan keçirilib
öldürülmüşdür. Dirilər arasına qorxu salmışdılar. 27 Onlar da döyüş silahları ilə ölülər
diyarına enən, qılıncları başlarının altına qoyulan, sünnətsiz igidlərlə birgə məzara
uzanacaq. Onların cəzası özlərinin üzərinə gəldi. Sağ ikən bu igidlər dirilər arasına qorxu
salmışdılar. 28 Sən də, ey firon, qırılacaqsan, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin
arasında uzanacaqsan. 29 Edom, padşahları və bütün rəhbərləri oradadır. Güclü olmalarına
baxmayaraq, qılıncla öldürülənlərin yanına qoyuldular. Qəbirə enənlərin, sünnətsizlərin
yanına uzanırlar. 30 Bütün şimal ölkələrinin başçıları, bütün Sidonlular oradadır. Gücləri
ilə qorxu saldıqları halda öldürülənlərlə birgə rüsvayçılıq içində yerin altına endilər.
Sünnətsiz halda qılıncla öldürülənlərlə birgə xəcalət içində qəbirə enənlərin yanına
uzandılar. 31 “Firon və onun bütün ordusu qılıncla öldürülmüş bu böyük kütləni görəndə
təsəlli tapacaq” Xudavənd Rəbb belə bəyan edir. 32 “Dirilər arasına qorxu salmasına izin
verdiyimə baxmayaraq, firon və onun bütün xalqı qılıncla öldürülənlərlə birgə
sünnətsizlərin yanına uzanacaq” Xudavənd Rəbb belə bəyan edir».
Yezekel 33
Rəbb Yezekeli xalqa gözətçi qoyur
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, xalqına mənsub olanlara belə söylə:
“Deyək ki Mən bir ölkənin üstünə qılınc göndərəndə həmin ölkə xalqı arasından bir
nəfəri seçib özü üçün gözətçi qoyur. 3 Bu gözətçi də ölkənin üstünə qılıncın gəldiyini
görəndə şeypur çalıb xalqa xəbərdarlıq edir. 4 O zaman kim şeypur səsini eşidib
xəbərdarlığa diqqət etməsə və qılınc gəlib onu öldürsə, ölümünün məsuliyyətini özü
daşıyır. 5 O, şeypur səsini eşitmiş, ancaq xəbərdarlığa diqqət etməmişdir, buna görə də
ölümünün məsuliyyətini özü daşıyır. Amma xəbərdarlığa diqqət etsəydi, canını xilas
edərdi. 6
Lakin gözətçi gələn qılıncı görüb şeypur çalmırsa, xalqa xəbərdarlıq edilmirsə
və qılınc da gəlib onlardan birini həlak edirsə, o adam öz təqsirinə görə öldürülmüşdür,
ancaq ölümünün məsuliyyətini gözətçinin üzərinə qoyaram. 7
Sən ey bəşər oğlu, səni
İsrail nəsli üçün gözətçi qoydum. Sən sözü Mənim ağzımdan eşidib Mənim tərəfimdən
onlara xəbərdarlıq edəcəksən. 8
Pis adama Mən ‹ey pis adam, mütləq öləcəksən› deyəndə
sən ona öz yolundan dönmək üçün xəbərdarlıq etməsən, o pis adam öz təqsirinə görə
öləcək, ancaq ölümünün məsuliyyətini sənin üzərinə qoyacağam. 9 Əgər sən pis adama öz
yolundan dönmək üçün xəbərdarlıq etsən, amma o öz yolundan dönməsə, öz təqsirinə
görə öləcək, sənsə canını qurtarmış olursan”. 10 Sən ey bəşər oğlu, İsrail evinə belə söylə:
“Siz deyirsiniz ki, üsyanlarımız və günahlarımız bizi üzür və biz onların içində əriyib yox
oluruq. Belə halda necə yaşaya bilərik?” 11 Onlara de: “Varlığıma and olsun, pis adamın
ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb
bəyan edir. “Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?” 12 Sən ey
bəşər oğlu, xalqına mənsub olanlara söylə: “Üsyan etdiyi halda salehin salehliyi onu xilas
etməz. Pis adama gəlincə, o öz pisliyindən dönərsə, bundan ötrü həlak olmaz. Saleh adam
günah etdiyi halda öz salehliyi ilə yaşaya bilməz.
13 Saleh adama ‹əlbəttə, yaşayacaqsan›
dediyim zaman o öz salehliyinə güvənib pislik edərsə, saleh işlərindən heç biri yada
salınmayacaq və etdiyi pisliyə görə öləcək. 14 Pis adama ‹əlbəttə, öləcəksən› dediyim
zaman günahından dönüb ədalətli və saleh işlər görərsə –
15 girovunu geri verərsə,
soyğunçuluqla aldığını geri qaytararsa, pislik etmədən həyatverici qaydalara görə rəftar
edərsə, əlbəttə, ölməyib yaşayacaq. 16 Bu adamın etdiyi günahlardan heç biri onun
əleyhinə yada salınmayacaq. Ədalətli və saleh əməl etdiyi üçün, əlbəttə, yaşayacaq”.
17 Ancaq sənin xalqına mənsub olanlar deyir: “Rəbbin yolu düz deyil”. Halbuki onların
öz yolları düz deyil. 18 Saleh adam öz salehliyindən dönüb pislik edərsə, bundan ötrü
öləcək. 19 Pis adam öz pisliyindən dönüb ədalətli və saleh əməl etsə, bu əməllərlə
yaşayacaq. 20 Ancaq siz deyirsiniz: “Rəbbin yolu düz deyil”. Sizin hər birinizi öz əməlinə
görə mühakimə edəcəyəm, ey İsrail nəsli!»
Yerusəlimin süqut xəbəri
21 Sürgünlüyümüzün on birinci ilində, onuncu ayın beşinci günü Yerusəlimdən qaçıb
qurtulmuş bir nəfər gəlib mənə dedi: «Şəhər zəbt edildi». 22 O qaçqın mənim yanıma
gəlməmişdən əvvəl axşam vaxtı Rəbbin əli mənim üstümdə idi və mən danışa bilmirdim.
Səhər adam yanıma gəlməzdən qabaq Rəbb dilimi açdı, dilim açıldı, artıq danışa bilirdim.
23 Onda mənə Rəbbin bu sözü nazil oldu: 24 «Ey bəşər oğlu, İsrailin xaraba qalmış
şəhərlərində yaşayanlar belə söyləyir: “İbrahim yalqız olduğu halda ölkəni mülk aldı. Biz
isə çoxuq, ona görə də ölkə mülk olaraq bizə verilmişdir”. 25 Bu sözlərdən ötrü onlara
söylə ki, Xudavənd Rəbb belə deyir: “Əti qanı ilə yeyirsiniz, bütlərinizə güvənirsiniz və
qan tökürsünüz. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi? 26 Qılıncınıza
arxalanırsınız, iyrənc işlər görürsünüz, hər kəs öz qonşusunun arvadını murdar edir. Belə
olduğu halda ölkəni mülk ala biləcəksinizmi?” 27 Onlara söylə ki, Xudavənd Rəbb belə
deyir: “Varlığıma and olsun ki, xaraba qalan şəhərlərdə yaşayanlar hökmən qılıncla həlak
olacaq. Çöldə qalanları yem olsunlar deyə vəhşi heyvanlara verəcəyəm. Qalalarda və
mağaralarda olanlar vəbadan öləcək. 28 Ölkəni xaraba və sakinsiz qoyacağam.
Qürurlandıqları qüdrət heç olacaq. İsrail dağları sakinsiz qalacaq, oradan kimsə
keçməyəcək. 29 Etdikləri bütün iyrənc işlərdən ötrü ölkəni xaraba və sakinsiz qoyduğum
zaman biləcəklər ki, Rəbb Mənəm. 30 Sənə gəlincə, ey bəşər oğlu, xalqına mənsub olanlar
divarların dibində, evlərin qapısı qarşısında sənin barəndə danışır. Bir-birlərinə deyirlər:
‹Gəl gedək, Rəbb tərəfindən nazil olan sözə qulaq asaq›. 31 Xalq hər vaxt olduğu kimi
sənin yanına gəlir. Mənim xalqım olduqları halda önündə oturur, sözlərinə qulaq asır,
amma dediklərini etmirlər. Dilləri ilə səmimi olduqlarını iddia edirlər, ancaq ürəkləri
haram qazanc dalınca gedir. 32 Sən onlar üçün gözəl səslə sevgi nəğmələri oxuyan yaxşı
bir çalğıçı kimisən. Sözlərinə qulaq asır, ancaq dediklərini etmirlər.
33 Lakin bütün bunlar
doğru çıxanda – mütləq doğru çıxacaq – aralarında bir peyğəmbər olduğunu başa
düşəcəklər”».
Yezekel 34
İsrail başçılarına müraciət
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, peyğəmbərlik et, İsrailin çobanlarına
qarşı peyğəmbərlik edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Yalnız özlərini
bəsləyən İsrail çobanlarının vay halına! Çobanlar sürünü bəsləməli deyilmi? 3 Yağdan
yeyir, yundan paltar geyir, bəslənmiş qoyun-keçini kəsirsiniz, ancaq sürünün qayğısına
qalmırsınız. 4
Zəiflərə qüvvət vermədiniz, xəstə olanı sağaltmadınız, yaralanana sarğı
qoymadınız, azanı geri qaytarmadınız, itəni axtarmadınız. Ancaq zor və qəddarlıqla
onlara ağalıq etdiniz. 5
Onlar da çoban olmadığı üçün dağılışdı və vəhşi heyvanlara yem
oldu. 6 Mənim sürüm bütün dağları və yüksək təpələri avara dolaşdı. Onlar bütün yer
üzünə dağılışdı. Bir soruşan, bir axtaran yox”. 7 Buna görə də, ey çobanlar, Rəbbin
sözünə qulaq asın. 8 Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun, indi ki çoban
olmadığı üçün sürüm qarət edildi, bütün vəhşi heyvanlara yem oldu, çobanlarım da
sürümü axtarmadı və bəsləmədi, ancaq öz-özlərini bəslədi – 9
bütün bunlara görə, ey
çobanlar, Rəbbin sözünə qulaq asın. 10 Xudavənd Rəbb belə deyir: ‹Mən bu çobanların
əleyhinəyəm. Sürüm üçün hesab vermələrini tələb edəcəyəm. Sürünü otarmaq işini bir
daha onlara həvalə etməyəcəyəm. Artıq çobanlar özlərini bəsləməyəcək. Sürümü onların
dişlərindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar›”. 11 Çünki Xudavənd Rəbb
belə deyir: “Mən Özüm qoyunlarımı soruşub axtaracağam.
12 Dağılışmış qoyunlarının
arasında olan bir çoban sürüsünü necə yoxlayırsa, Mən də qoyunlarımı eləcə
yoxlayacağam. Buludlu və qaranlıq bir gündə ətrafa səpələndikləri hər yerdən onları
qurtaracağam. 13 Onları xalqların arasından çıxaracağam, ölkələrdən toplayıb öz
torpaqlarına gətirəcəyəm. İsrail dağlarında, vadilərdə, ölkənin bütün məskuni yerlərində
onları otaracağam.
14 Onları gözəl bir otlaqda otaracağam. Yaylaqları İsrailin uca dağları
üzərində olacaq. Orada gözəl bir yaylaqda yatacaqlar. İsrail dağları üzərində olan sıx
otlaqda otlayacaqlar. 15 Sürümü Mən Özüm otaracağam, onları Mən Özüm yatıracağam”
Xudavənd Rəbb belə bəyan edir. 16 “İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana
sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak
edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”. 17 Siz ey Mənim sürüm, Xudavənd
Rəbb belə deyir: “Qoyunla qoyun arasında, qoçlarla təkələr arasında Mən hökm
edəcəyəm. 18 Gözəl otlaqda otlamağınız sizə az idi ki, otlaqlarınızın qalanını da
ayaqlarınız altında tapdalayırsınız? Duru su içməyiniz sizə az idi ki, artığını da
ayaqlarınızla bulandırırsınız? 19 Mənim qoyunlarım isə sizin ayaqlarınızla
tapdaladıqlarınızı yeyir, ayaqlarınızla bulandırdıqlarınızı içir”. 20 Buna görə də Xudavənd
Rəbb onlara belə deyir: “Mən bəslənmiş qoyunla zəif qoyun arasında hökm edəcəyəm.
21 Siz bütün zəif qoyunları böyrünüzlə və çiyninizlə itələyir, kənara çıxarmaq üçün
buynuzlarınızla vurursunuz. 22 Buna görə də Mən sürümü xilas edəcəyəm. Onlar daha
qarət malı olmayacaq və qoyunla qoyun arasında Mən hökm edəcəyəm. 23 Başlarına
onları otaran yeganə çoban olaraq qulum Davudu qoyacağam. Onları o otaracaq,
çobanları da o olacaq. 24 Mən Rəbb onların Allahı olacağam, qulum Davud da onların
içində rəhbər olacaq” Mən Rəbb bunu söylədim. 25 “Onlarla bir sülh əhdi bağlayacağam,
ölkədən zərərli heyvanları qovacağam ki, onlar çöldə asayiş içində yaşayıb meşələrdə
yatsın. 26 Onların özlərinə də, təpəmin ətrafındakı yerlərə də bərəkət verəcəyəm. Yağışı
vaxtında yağdıracağam, bərəkətli yağışlar olacaq. 27 Çöldəki ağaclar meyvə yetirəcək,
torpaq məhsul verəcək. Xalq öz torpağında asayiş içində yaşayacaq. Boyunduruq iplərini
qırıb onları qul edənlərin əlindən qurtardığım zaman biləcəklər ki, Rəbb Mənəm. 28 Artıq
millətlərin qarət malı olmayacaqlar, vəhşi heyvanlar da onları yeməyəcəklər. Asayiş
içində yaşayacaqlar, onları qorxudan olmayacaq. 29 Onlar üçün şöhrətli bir şitillik
yetişdirəcəyəm. Daha ölkədə aclıqdan tələf olmayacaq, millətlərin təhqirlərinə məruz
qalmayacaqlar. 30 Onda biləcəklər ki, Mən – özlərinin Allahı Rəbb onlarlayam, onlar –
İsrail nəsli də Mənim xalqımdır” Xudavənd Rəbb belə bəyan edir. 31 “Mənim
qoyunlarım, otlağımın qoyunları siz insanlarsınız, Mən də sizin Allahınızam” Xudavənd
Rəbb belə bəyan edir».
Yezekel 35
Edomun əleyhinə peyğəmbərlik
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, üzünü Seir dağına çevir və onun
əleyhinə peyğəmbərlik edib 3
söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Seir dağı, Mən
sənin əleyhinəyəm.
Mən əlimi sənə qarşı uzadacaq,
Səni xaraba, sakinsiz bir yerə çevirəcəyəm.
4
Şəhərlərini viran edəcəyəm və sən xarabalığa çevriləcəksən.
Onda biləcəksən ki, Rəbb Mənəm.
5
Sən İsraillilərə həmişə kin bəsləmisən, fəlakətə düşdükləri və cəzalandırıldıqları vaxt
zirvəyə yetəndə onları qılınca təslim etmisən”. 6 Buna görə də Xudavənd Rəbb bəyan
edir: “Varlığıma and olsun ki, səni qana bulaşdıracağam, qan səni izləyəcək, qan
tökməkdən imtina etmədiyinə görə qan səni izləyəcək. 7 Mən Seir dağını sakinsiz bir yerə
və xarabalığa çevirəcəyəm. Oraya gedib-gələnin ayağını kəsəcəyəm. 8 Dağlarını ölülərlə
dolduracağam, qılıncdan keçirilənlər sənin təpələrində, dərələrində, vadilərində yıxılıb
həlak olacaq. 9
Səni əbədi olaraq xarabalığa çevirəcəyəm,
Şəhərlərində heç kəs yaşamayacaq.
Onda biləcəksən ki, Rəbb Mənəm.
10 Sən belə söylədin: ‹Rəbb o yerlərdə olsa da, bu iki millət, bu iki ölkə mənim olacaq,
onları özümə mülk edəcəyəm›”. 11 Buna görə də Xudavənd Rəbb belə bəyan edir:
“Varlığıma and olsun ki, xalqıma kin bəslədiyinə görə onlarla necə qəzəb və qısqanclıqla
rəftar etdinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Səni mühakimə etdiyim zaman onlara
da Özümü göstərəcəyəm.
12 O zaman biləcəksən ki, Mən Rəbb İsrail dağlarına qarşı
söylədiyin təhqirlərin hamısını eşitmişəm. Sən belə demişdin: ‹Yerlə yeksan oldular,
yeyilmək üçün bizə verildilər›. 13 Ağzınızla Mənə qarşı qürurla danışdınız, Mənim
əleyhimə hörmətsiz sözlər dediniz. Mən Rəbb də bunları eşitdim”. 14 Xudavənd Rəbb
belə deyir: “Bütün yer üzü sevindiyi halda Mən səni viran edəcəyəm. 15 İsrail xalqının irsi
yerlə yeksan olanda sən necə sevindinsə, Mən də səninlə elə rəftar edəcəyəm. Ey Seir
dağı, viran olacaqsan, bütün Edom da viran olacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.
Yezekel 36
Allahın İsrailə xeyir-duası
1
Sən ey bəşər oğlu, İsrail dağları üçün peyğəmbərlik edib söylə ki, ey İsrail dağları,
Rəbbin sözünü eşidin. 2 Xudavənd Rəbb belə deyir: “Düşmən sizin barənizdə ‹nə yaxşı,
bu qədim təpələr bizim mülkümüz oldu› dedi”. 3 Buna görə də peyğəmbərlik edib söylə
ki, Xudavənd Rəbb belə deyir: “Sizi viran etdilər, hər tərəfdən sıxışdırıb tapdaladılar,
başqa millətlər mülkünüzə sahib oldu, dillərə düşdünüz və xalqın dedi-qodusuna
çevrildiniz”. 4 Bütün bunlara görə, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü eşidin.
Xudavənd Rəbb dağlara, təpələrə, vadilərə, dərələrə, ətrafındakı başqa millətlərə, qarət və
kinayə hədəfi olan viran olmuş xarabalıqlara, tərk edilmiş şəhərlərə belə deyir. 5 Buna
görə də, Xudavənd Rəbb belə deyir: “Başqa millətlərə, xüsusilə bütün Edoma qarşı qızğın
qısqanclığımla danışdım. Onlar bütün ürəkləri ilə sevinib həqarət edərək ölkəmə sahib
çıxdılar ki, onun otlaqlarını qarət etsinlər”. 6 Buna görə də İsrail ölkəsi üçün
peyğəmbərlik edib dağlara, təpələrə, vadilərə və dərələrə söylə ki, Xudavənd Rəbb belə
deyir: “Millətlərin təhqirinə hədəf olduğunuz üçün qısqanc qəzəbimlə danışdım”. 7 Buna
görə də Xudavənd Rəbb belə deyir: “And içirəm ki, ətrafınızdakı millətlər də mütləq
təhqir olunacaq. 8
Ey İsrail dağları, siz qol-budaq atacaq, xalqım İsrail üçün meyvə
verəcəksiniz, ona görə ki xalqım İsrail tezliklə öz yurduna qayıdacaq. 9 Çünki Mən sizin
tərəfinizdəyəm, sizə tərəf dönəcəyəm. Torpağınız şumlanıb əkiləcək. 10 Ölkənizdə
adamların sayını, bəli, bütün İsrail nəslinin sayını çoxaldacağam. Şəhərlər
məskunlaşacaq, xarabalıqlar abad ediləcək. 11 Ölkənizdə adamların və heyvanların sayını
çoxaldacağam, törəyib çoxalacaqlar. Keçmişdə olduğu kimi ölkənizi insanlarla
məskunlaşdıracaq və sizə əvvəlkindən də artıq yaxşılıq edəcəyəm. Onda biləcəksiniz ki,
Rəbb Mənəm.
12 Ölkənizdə xalqım İsraildən olan insanları gəzdirəcəyəm və onlar sizə
sahib olacaq. Siz də onların irsi olacaqsınız. Onları bir daha övladlarından məhrum
etməyəcəksiniz”. 13 Xudavənd Rəbb belə deyir: “Ey ölkə, insanlar sənə adam yeyən,
millətini övladdan məhrum edən bir ölkə deyir. 14 Ancaq bundan sonra sən daha adam
yeməyəcək, millətini övladdan məhrum etməyəcəksən” Xudavənd Rəbb belə bəyan edir.
15 “Artıq Mən millətlərin təhqirlərini eşitdirməyəcəyəm, daha xalqların kinayəsinə düçar
olmayacaqsan. Millətini bir daha büdrətməyinə izin verməyəcəyəm” Xudavənd Rəbb
belə bəyan edir». 16 Mənə Rəbbin sözü nazil oldu: 17 «Ey bəşər oğlu, İsrail nəsli öz
torpağında yaşayanda adət və əməlləri ilə onu murdar etdi. Onların adətləri Mənim
önümdə qadının aybaşı olduğu vaxtdakı murdarlığı kimi idi. 18 Mən də qəzəbimi onların
üstünə tökdüm, çünki ölkədə qan tökdülər, bütləri ilə onu murdar etdilər. 19 Onları
millətlər arasına yaydım, ölkələr arasına səpələndilər. Onları adətlərinə və əməllərinə
görə mühakimə etdim. 20 Millətlərin arasında, getdikləri hər yerdə müqəddəs adımı
ləkələdilər. Çünki onlar üçün belə deyildi: “Bu xalq Rəbbin xalqı olduğu halda
ölkəsindən çıxmağa məcbur oldu”. 21 İsrail nəslinin getdiyi millətlər arasında ləkələdiyi
müqəddəs adımın izzətdən düşməsi üçün təəssüfləndim. 22 Buna görə də İsrail nəslinə
söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, bunu sizin naminizə deyil, ancaq
getdiyiniz millətlər arasında ləkələdiyiniz müqəddəs adım naminə edirəm. 23 Millətlər
arasında ləkələdiyiniz böyük adımın müqəddəsliyini yenə göstərəcəyəm. Millətlərin gözü
önündə sizin içinizdə müqəddəsliyimi göstərən zaman biləcəklər ki, Rəbb Mənəm”
Xudavənd Rəbb belə bəyan edir. 24 “Çünki sizi millətlərin arasından götürəcək, bütün
ölkələrdən toplayacaq və öz torpağınıza gətirəcəyəm. 25 Üstünüzə təmiz su səpəcəyəm,
pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm. 26 Mən
sizə yeni ürək verəcək, daxilinizə yeni ruh qoyacağam. Köksünüzdən daş ürəyi çıxarıb
sizə ətdən olan ürək verəcəyəm. 27 Öz Ruhumu sizin daxilinizə qoyacağam. Elə
edəcəyəm ki, siz qaydalarıma görə rəftar edəsiniz, hökmlərimə diqqətlə riayət edəsiniz.
28 O zaman atalarınıza verdiyim ölkədə yaşayacaqsınız. Siz Mənim xalqım, Mən də sizin
Allahınız olacağam. 29 Sizi bütün murdarlıqlarınızdan xilas edəcəyəm. Buğdaya əmr edib
onu çoxaldacaq, üstünüzə aclıq gətirməyəcəyəm. 30 Bir daha millətlər içində aclıq
rüsvayçılığını çəkməyəsiniz deyə ağacın meyvəsini, tarlanın məhsulunu çoxaldacağam.
31 O zaman pis əməllərinizi, xeyirsiz işlərinizi yada salacaqsınız. Təqsirlərinizdən və
iyrənc işlərinizdən ötrü özünüzdən iyrənəcəksiniz. 32 Bilin ki, bunu sizin naminizə
etmirəm” Xudavənd Rəbb belə bəyan edir, “adətlərinizdən utanıb xəcalət çəkin, ey İsrail
nəsli!” 33 Xudavənd Rəbb belə deyir: “Sizi bütün təqsirlərinizdən təmizlədiyim vaxt
şəhərləri məskunlaşdıracaq, xaraba yerləri abad edəcəyəm. 34 Boş qalmış ölkə
şumlanacaq, halbuki hər yoldan keçənin nəzərində o bir viranə idi. 35 Onda deyəcəklər:
‹Viran olan bu torpaq Eden bağı kimi oldu. Xaraba və viran qalmış, dağıdılmış şəhərlərin
istehkamları tikildi, onların içində adamlar yaşayır›. 36 Onda ətrafınızda qalan millətlər
biləcək ki, dağıdılmış yerləri Mən Rəbb tikdim, çölə çevrilmiş yerləri Mən abad etdim.
Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”. 37 Xudavənd Rəbb belə deyir:
“Mən İsrail nəslinin xahişini qəbul edib onlar üçün bunu edəcəyəm: əhalisini sürü kimi
çoxaldacağam. 38 Bayram günlərində Yerusəlimdə qurbanlıq heyvan sürüləri necə çox
olursa, viran edilmiş şəhərlər də eləcə insan sürüləri ilə dolu olacaq. Onda biləcəklər ki,
Rəbb Mənəm”».
Yezekel 37
Quru sümüklə müqayisə
1 Rəbbin əli üzərimdə idi. Rəbb Öz Ruhu ilə məni bayıra çıxarıb vadinin ortasına qoydu.
Vadi sümüklərlə dolu idi. 2 O məni onların üstündə gəzdirib hər tərəfə apardı. Gördüm ki,
vadinin üstündə saysız-hesabsız sümük var. Onlar bərk qurumuşdu. 3 Rəbb mənə dedi:
«Ey bəşər oğlu, bu sümüklər dirilə bilərmi?» Mən cavab verdim: «Ey Xudavənd Rəbb,
bunu Sən bilirsən».
4 O mənə dedi: «Bu sümüklər üçün peyğəmbərlik edib onlara söylə
ki, ey quru sümüklər, Rəbbin sözünü eşidin. 5 Xudavənd Rəbb bu sümüklərə belə deyir:
“Mən sizin daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. 6 Üstünüzə vətərlər qoyacaq,
ət bitirəcək, sizi dəri ilə örtəcəyəm, daxilinizə ruh qoyacağam və siz diriləcəksiniz. Onda
biləcəksiniz ki, Rəbb Mənəm”». 7 Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Mən
peyğəmbərlik edərkən bir gurultu qopdu, bir taqqıltı eşidildi. Sümüklər yaxınlaşdı, sümük
sümüyə bitişdi. 8 Mən baxıb gördüm ki, onların üstünə vətərlər gəldi, ət bitdi, bunları isə
dəri örtdü. Ancaq onlarda nəfəs yox idi. 9 Rəbb mənə dedi: «Ey bəşər oğlu, nəfəs üçün
peyğəmbərlik et, peyğəmbərlik edib nəfəsə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey
nəfəs, küləyin əsdiyi dörd səmtdən gəl, bu öldürülən adamların üzərinə üfür ki,
dirilsinlər”». 10 Mənə əmr olunduğu kimi peyğəmbərlik etdim. Nəfəs onların daxilinə
girdi və onlar dirilib ayaq üstə qalxdı. Çox böyük bir kütlə yarandı. 11 Rəbb mənə dedi:
«Ey bəşər oğlu, bu sümüklər bütün İsrail nəslinin rəmzidir. Onlar belə deyir:
“Sümüklərimiz qurudu, ümidimiz yox oldu, işimiz bitdi”. 12 Buna görə də peyğəmbərlik
edib onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb sizi
oradan çıxaracaq və İsrail torpağına gətirəcəyəm. 13 Ey xalqım, Mən qəbirlərinizi açanda,
sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm. 14 Mən daxilinizə Öz
Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz torpağınıza yerləşdirəcəyəm. Onda
biləcəksiniz ki, Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə
bəyan edir».
Yəhuda və İsrailin birləşməsi
15 Mənə Rəbbin bu sözü nazil oldu: 16 «Sən ey bəşər oğlu, əlinə bir əsa götür və onun
üstünə “Yəhuda və müttəfiqləri olan İsrail övladları” sözlərini yaz. Sonra başqa bir əsa
götür və onun üstünə “Yusif və müttəfiqləri olan bütün İsrail nəsli” sözlərini yaz. Bu,
Efrayimin əsasıdır. 17 Bu əsaları bir-birinin üstünə qoyaraq öz əlində birləşdir. Elə et ki,
əlində bir əsa olsun. 18 Əgər sənin xalqına mənsub olanlar “Etdiklərinin mənası nədir,
bizə bildirməzsən?” deyə soruşsa, 19 onlara söylə ki, Xudavənd Rəbb belə deyir:
“Efrayimin əlindəki əsanı – Yusif və onun müttəfiqləri olan İsrail qəbilələrinin əsasını
götürərək Yəhudanın əsası ilə birləşdirib bir əsa edəcəyəm. Onlar əlimdə bir olacaq.
20 Üstünə yazı yazdığın əsaları onların görə biləcəyi şəkildə əlində tut. 21 Sonra onlara
söylə ki, Xudavənd Rəbb belə deyir: İsrail övladlarını yanlarına getdikləri millətlərin
arasından götürəcək, onları hər yerdən toplayıb öz torpaqlarına qaytaracağam.
22 Onları
ölkədə, İsrail dağları üzərində vahid bir millət edəcəyəm. Hamısının vahid padşahı
olacaq. Daha iki ayrı millət olmayacaq, iki padşahlığa bölünməyəcəklər. 23 Artıq bütləri,
iyrənc şeyləri və üsyanları ilə özlərini murdar etməyəcəklər. Onları yaşadıqları və içində
günah etdikləri yerlərdən qurtarıb pak edəcəyəm. Onlar Mənim xalqım, Mən də onların
Allahı olacağam.
24 Qulum Davud onların padşahı olacaq, onların hamısına vahid çoban
olacaq. Onlar Mənim hökmlərimə görə rəftar edəcək, qaydalarımı saxlayıb yerinə
yetirəcək. 25 Qulum Yaquba verdiyim, atalarının yaşadıqları ölkədə yaşayacaqlar, özləri,
oğulları və nəvələri əbədi olaraq orada yaşayacaq. Qulum Davud da əbədi olaraq onların
rəhbəri olacaq. 26 Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq.
Onları orada yerləşdirəcək və saylarını çoxaldacağam. Müqəddəs məkanımı əbədi olaraq
onların arasında quracağam. 27 Mənim məskənim onların arasında olacaq. Mən onların
Allahı, onlar da Mənim xalqım olacaq. 28 Müqəddəs məkanım əbədi olaraq onların
arasında yerləşəndə millətlər biləcək ki, İsraili təqdis edən Mən Rəbbəm”».
Yezekel 38
Qoq əleyhinə peyğəmbərlik
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2
«Ey bəşər oğlu, Maqoq ölkəsindən olan Roşun,
Meşekin və Tuvalın rəhbəri Qoqa üz tut və onun əleyhinə peyğəmbərlik edib söylə ki,
3 Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin
əleyhinəyəm.
4
Səni geri qaytaracağam, çənələrinə çəngəllər taxacağam. Səni, bütün
ordunu, atları, tam təchiz olunmuş atlıları, hamısı qalxan, sipər və qılıncla silahlanmış
böyük qoşunu qovub çıxaracağam. 5 Onlarla birgə hamısı qalxan və dəbilqəyə bürünmüş
Farsları, Kuşluları, Putluları, 6 Qomeri və onun bütün qoşunlarını, ucqar şimaldan
Toqarma nəslini və onun bütün qoşunlarını, bunlarla birgə bir çox xalqları qovub
çıxaracağam. 7 Hazır ol! Ətrafında toplanmış böyük bir qoşunla birgə hazırlaş. Onları sən
qoruyacaqsan. 8 Uzun müddət sonra döyüşə çağırılacaqsan. Gələcək illərdə qılıncdan
qurtulub rahatlanan ölkəyə hücum edəcəksən. O ölkənin sakinləri çoxlu xalq içindən
İsrail dağlarına toplanmışdı. Bu dağlar həmişə xarabalıq idi, ancaq indi sakinləri xalqlar
arasından geri qaytarılacaq və hamısı asayiş içində yaşayacaq. 9
Sən, bütün qoşunun və
səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini tutan buluda
bənzəyəcəksiniz”. 10 Xudavənd Rəbb belə deyir: “O gün ağlına bəzi düşüncələr gələcək,
pis niyyətlər qurub 11 deyəcəksən: ‹Divarsız kəndləri olan bir ölkəyə hücum edib asayiş
və əmin-amanlıq içində yaşayan adamların üstünə gedəcəyəm. Bu kəndlərin hamısı
divarsızdır, darvazaları da, sürgüləri də yoxdur. 12 Viran olmuş şəhərlərdə yaşayan xalqı
qarət edib malını talayacağam›. Sürüsü və malı olan, dünyanın ortasında yaşayan bu
millətlərin arasından toplanmış xalqa qarşı əlini uzadacaqsan. 13 Səba, Dedan, Tarşiş
tacirləri və bütün kəndlərinin əhalisi sənə deyəcək: ‹Qarət üçünmü gəldin? Talan etmək,
qızıl-gümüş götürmək, mal-qara və əşya aparmaq, bol qənimət ələ keçirmək üçünmü
qoşun topladın?›” 14 Buna görə də, ey bəşər oğlu, peyğəmbərlik edib Qoqa söylə ki,
Xudavənd Rəbb belə deyir: “O gün xalqım İsrail asayiş içində yaşayanda bunu dərk
etməyəcəksinizmi? 15 Sən və özünlə birgə bir çox xalqlardan olan və hamısı ata minmiş
böyük bir qoşun, güclü bir ordu öz yerindən – uzaq şimaldan gələcəksən. 16 Ölkəni
bürüyən bir bulud kimi xalqım İsrailin üstünə hücum edəcəksən. Ey Qoq, gələcəkdə səni
öz ölkəmin üstünə gətirəcəyəm ki, gözləri önündə müqəddəsliyimi sənin vasitənlə
göstərdiyim zaman millətlər məni tanıya bilsin”. 17 Xudavənd Rəbb belə deyir: “Məgər
sən qədim zamanlarda İsrail peyğəmbərləri vasitəsilə haqqında danışdığım adam
deyilsən? Bu peyğəmbərlər o zaman səni onların üstünə gətirəcəyim barədə illərlə
peyğəmbərlik etdi. 18 O gün Qoq İsrail torpağına hücum etdiyi gün qəzəbim alovlanacaq”
deyir Xudavənd Rəbb. 19 “Qısqanclığımla və şiddətli qəzəbimlə deyirəm ki, o gün İsrail
torpağında böyük bir zəlzələ olacaq. 20 Dənizdəki balıqlar, göydəki quşlar, çöldəki
heyvanlar, yerdə sürünən bütün canlılar və yer üzündəki bütün insanlar önümdə
titrəyəcək. Dağlar yerlə yeksan olacaq, sıldırım qayalar uçacaq, bütün divarlar yıxılacaq.
21 Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə
bəyan edir, “hər kəs bir-birinin üstünə qılınc çəkəcək. 22 Üstünə vəba gətirib qanını
tökərək onu cəzalandıracağam. Onun, ordularının və yanında gələn çoxlu xalqın üstünə
leysan yağış, iri dolu dənələri, od və kükürd yağdıracağam. 23 Beləcə əzəmətimi və
müqəddəsliyimi göstərəcək, bir çox millətlərin gözü önündə Özümü tanıdacağam. Onda
biləcəklər ki, Rəbb Mənəm”.
Yezekel 39
Qoqun məğlub olması
1
Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə
deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.
2
Səni geri
qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm.
3
Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam.
4
Sən bütün ordularınla,
yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq
üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm. 5 Açıq çöldə həlak olacaqsan,
çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. 6 Mən Maqoqun və sahil
ölkələrində əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər
ki, Rəbb Mənəm. 7 Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq
müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, Mən
Rəbbəm, İsraildə Müqəddəs Olanam. 8 Budur, o vaxt gəlir və mütləq baş verəcək”
Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür. 9 Onda İsrail
şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini,
kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları yeddi il
ərzində yandıracaqlar. 10 Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər,
çünki silahlarla od qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan
edənləri talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir. 11 “O gün Duz dənizinin
şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və
bütün qoşunu basdırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin
qabağı kəsiləcək. 12 Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla
məşğul olacaq. 13 Onları bütün ölkə xalqı basdıracaq. Mənim izzətləndiyim gün onlar
üçün əlamətdar olacaq” Xudavənd Rəbb belə bəyan edir. 14 “Ölkəni təmizləmək üçün
adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan
cəsədləri basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar. 15 Bu adamlar ölkənin
hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində
basdırana qədər yanına bir nişan qoyacaq. 16 Orada Hamona adlı bir şəhər olacaq. Beləcə
ölkəni təmizləyəcəklər”. 17 Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa
və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın –
İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan
içəcəksiniz. 18 Başanın bəslənmiş heyvanlarının – qoçların, quzuların, təkələrin və
buğaların ətini yeyib qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin
qanını içəcəksiniz. 19 Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş
olunca qan içəcəksiniz. 20 Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əsgərdən
bol-bol yeyib-doyacaqsınız” Xudavənd Rəbb belə bəyan edir. 21 “İzzətimi millətlər
arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum
əlimi görəcək. 22 Bu gündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm.
23 Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. Çünki onlar
Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim,
hamısı qılıncla həlak oldu. 24 Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim,
onlardan üz döndərdim”. 25 Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən
sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs
adım naminə qısqanc olacağam. 26 Torpaqlarında əmin-amanlıq içində yaşayanda, onları
qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri
unudacaqlar. 27 Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım
zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam. 28 Onda
biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə
göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində
qoyub getməyəcəyəm. 29 Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli
üzərinə Öz Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
Yezekel 40
Yeni məbəd barədə vəhy
1
Sürgünlüyümüzün iyirmi beşinci ilində, birinci ayın onuncu günü, Yerusəlim şəhərinin
süqutunun on dördüncü ili – həmin o gün Rəbbin əli mənim üstümdə idi. O məni oraya
apardı. 2
Görüntüdə Allah məni İsrail ölkəsinə aparıb çox uca bir dağın başına qoydu.
Dağın cənubunda şəhərə bənzər tikililər var idi. 3
Allah məni oraya apardı. Mən orada
görünüşcə tunca bənzər adam gördüm. Onun əlində bir kətan ip və ölçmək üçün bir
qamış var idi. O, darvazada durmuşdu. 4 O adam mənə dedi: «Ey bəşər oğlu, gözünlə
görüb, qulağınla eşit və sənə göstərəcəyim hər şeyə yaxşı-yaxşı bax. Ona görə buraya
gətirildin ki, bunları sənə göstərim. Gördüyün hər şeyi İsrail nəslinə bildir».
Şərq qapısı
5
Mən məbədi hər tərəfdən əhatəyə alan bir divar gördüm. Ölçmək üçün o adamın əlində
olan qamışın uzunluğu altı qulac idi. Hər qulaca bir ovuc uzunluq əlavə edilmişdi. O
adam divarı ölçdü: qalınlığı bir qamış, hündürlüyü bir qamış idi. 6
Sonra şərqə tərəf olan
darvazaya tərəf getdi və onun pilləkənləri ilə yuxarı qalxdı. Darvazanın kandarını ölçdü:
eni bir qamış idi. Bir kandarın eni bir qamış idi. 7 Keşikçi otaqlarının hər birinin uzunluğu
və eni bir qamış idi. Keşikçi otaqlarının arası beş qulac idi. Məbədə baxan eyvanın
yanındakı darvaza kandarı bir qamış uzunluğunda idi. 8
Sonra o, darvaza eyvanını ölçdü:
9
eni səkkiz qulac idi. Yan taxtaların qalınlığı iki qulac idi. Darvaza eyvanı məbədə
baxırdı. 10 Şərq darvazasının hər iki yanında üç-üç keşikçi otağı var idi. Üçünün də ölçüsü
bir idi. Hər iki tərəfdə olan bölmə divarlarının da ölçüsü bir idi. 11 O, darvazanın
astanasının enini ölçdü: on qulac idi. Darvazanın uzunluğu isə on üç qulac idi. 12 Hər iki
tərəfdə olan keşikçi otaqlarının qarşısında bir qulac yüksəkliyində bir-bir arakəsmə var
idi. Hər iki tərəfdə keşikçi otaqları dördbucaqlı idi. Kənarları hər tərəfdən altı qulac idi.
13 Sonra o, darvazanın enini – girişləri bir-birinin qarşısında olan keşikçi otaqlarının arxa
divarlarının arasını ölçdü: iyirmi beş qulac idi. 14 Sütunları ölçdü: altmış qulac idi.
Darvazanın ətrafındakı həyət sütunlara qədər uzanırdı. 15 Darvazanın astanasından
eyvanın sonuna qədər məsafə əlli qulac idi. 16 Darvazanın içəri tərəfinin hər yanında
keşikçi otaqlarının və bölmə divarlarının içəriyə baxan qəfəsli pəncərələri var idi.
Eyvanlarda da belə idi. Hər yanın içəri tərəfindən pəncərələr var idi. Bölmə divarları
üzərində xurma ağacı təsvirləri var idi.
Bayır həyət
17 O adam məni bayır həyətə gətirdi. Orada bayır həyəti əhatəyə alan otaqlar və daş yol
var idi. Daş yol boyunca otuz otaq var idi. 18 Darvazaların hər iki tərəfindəki daş yolun
eni qapıların uzunluğu qədər idi. Bu, aşağı daş yol idi. 19 O adam həyətin enini aşağı
darvazadan içəri həyətin darvazasına qədər ölçdü: şərqdə və şimalda olan məsafə yüz
qulac idi.
Şimal darvazası
20 O adam bayır həyətin şimala baxan darvazasının uzunluğunu və enini ölçdü. 21 Buranın
hər iki tərəfində üç-üç keşikçi otağı var idi. Bölmə divarları və eyvanları birinci
darvazanın ölçüsünə bərabər idi: uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi.
22 Pəncərələrin, eyvanın və xurma ağacı təsvirlərinin ölçüsü şərqə baxan darvazanın
ölçüsünə bərabər idi. Oraya yeddi pilləkənlə çıxırdılar, bunların qarşısında eyvan var idi.
23 Şərq darvazasında olduğu kimi şimal darvazasına da baxan bir içəri həyət darvazası var
idi. O adam bu iki darvaza arasındakı məsafəni ölçdü: yüz qulac idi.
Cənub darvazası
24 O adam məni cənuba doğru apardı. Orada cənuba baxan bir darvaza gördüm. O,
darvazanın yan taxtalarını və eyvanı ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi.
25 O birilərində olduğu kimi bu darvaza ilə eyvanın hər tərəfində də pəncərələr var idi.
Eyvanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. 26 Oraya yeddi pilləkənlə çıxırdılar.
Bunların qarşısında eyvan var idi. Darvazanın yan taxtaları hər iki tərəfdən bir xurma
ağacı təsviri ilə bəzənmişdi. 27 İçəri həyətin cənuba baxan bir darvazası var idi. O adam
bu içəri darvazadan cənuba baxan darvazaya qədər olan məsafəni ölçdü: yüz qulac idi.
İçəri həyətin darvazaları
28 O adam məni cənub darvazasından içəri həyətə apardı. Cənub darvazasını ölçdü:
ölçüləri o birilərinin ölçülərinə bərabər idi. 29 Keşikçi otaqlarının, bölmə divarlarının və
eyvanın ölçüləri o birilərinin ölçülərinə bərabər idi. Darvaza ilə eyvanın hər tərəfində
pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. 30 Hər tərəfdə
uzunluğu iyirmi beş qulac, eni beş qulac olan eyvanlar var idi. 31 Eyvanı bayır həyətə
baxırdı. Darvazanın yan taxtaları xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz
pilləkənlə çıxırdılar. 32 O adam məni şərqdəki içəri həyətə apardı. Oradakı darvazanı
ölçdü. Ölçüsü o birilərinin ölçüsünə bərabər idi. 33 Keşikçi otaqlarının, bölmə divarlarının
və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvaza ilə eyvanının hər tərəfində
pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. 34 Eyvanı
bayır həyətə baxırdı. Darvazanın yan taxtaları iki tərəfdən xurma ağacı təsvirləri ilə
bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar. 35 Sonra o adam məni şimal darvazasının
yanına apardı. O, qapını ölçdü: ölçüsü o birilərinin ölçüsünə bərabər idi. 36 Keşikçi
otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi.
Darvazanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi
beş qulac idi. 37 Yan taxtaları bayır həyətə baxırdı. Darvazanın yan taxtaları hər iki
tərəfdən xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar.
Qurbanların hazırlandığı otaqlar
38 İçəri həyətin darvazalarındakı eyvanların yanında qapısı eyvana açılan bir otaq var idi.
Yandırma qurbanları burada yuyulurdu. 39 Darvaza eyvanının hər iki tərəfində iki sıra
qoşa masa var idi. Yandırma qurbanı, günah qurbanı və təqsir qurbanı olacaq heyvanlar
bu masaların üstündə kəsilirdi. 40 Eyvanın bayır divarının yanında, şimal darvazasının
pilləkənlərinin hər iki tərəfində iki sıra qoşa masa da var idi. 41 Beləcə qurbanlıq
heyvanları kəsmək üçün darvazanın hər iki tərəfində dörd-dörd olmaqla səkkiz masa var
idi. 42 Yandırma qurbanları üçün yonulmuş daşdan dörd masa var idi. Hər masanın
uzunluğu və eni bir yarım qulac, hündürlüyü bir qulac idi. Yandırma qurbanlarının və
başqa qurbanların kəsilməsində istifadə olunan alətləri bunların üstünə qoyurdular.
43 Otağın divarlarına qarmaqlar asılmışdı: hər biri bir ovuc uzunluğunda idi. Masalar
təqdim edilən heyvanın əti üçün nəzərdə tutulmuşdu.
Kahinlər üçün ayrılan otaqlar
44 İçəri darvazanın bayır hissəsində, içəri həyətdə ilahiçilər üçün otaqlar var idi.
Bunlardan biri şimal darvazasının yanında idi və cənuba baxırdı, o biri cənub
darvazasının yanında idi və şimala baxırdı. 45 O adam mənə dedi: «Cənuba baxan otaq
məbəd üçün cavabdeh olan kahinlərə məxsusdur. 46 Şimala baxan otaq isə qurbangah
üçün cavabdeh olan kahinlərə məxsusdur. Onlar Levinin nəslindən olan və Rəbbə xidmət
etmək üçün Ona yaxınlaşan Sadoq övladlarıdır». 47 O adam həyəti ölçdü: həyət
dördbucaqlı olub uzunluğu yüz qulac, eni də yüz qulac idi. Məbədin önündə qurbangah
var idi.
Məbəd
48 Sonra o adam məni məbədin eyvanına aparıb eyvanın qapısının yan taxtalarını ölçdü.
Darvazanın hər iki tərəfindəki sütunların eni beş qulac idi. Darvazanın hər iki tərəfinin
eni isə üç qulac idi. 49 Eyvanın uzunluğu iyirmi qulac, eni on iki qulac idi. Oraya
pilləkənlə çıxırdılar. Darvazanın yan taxtalarının yanında iki sütun var idi: biri bu
tərəfində, digəri isə o tərəfində idi.
Yezekel 41
1
Sonra o adam məni məbədin əsas hissəsinə gətirib oradakı darvazanın yan taxtalarını
ölçdü: yan taxtaların eni hər tərəfdən altı qulac idi. 2 Girişinin eni on qulac, ona hər iki
tərəfdən bitişən hər divarının eni isə beş qulac idi. O adam məbədin əsas hissəsini də
ölçdü: uzunluğu qırx, eni iyirmi qulac idi. 3
Sonra o, iç otağa girib girişin yan taxtalarını
ölçdü: hər birinin eni iki qulac idi. Girişin eni altı qulac, ona hər iki tərəfdən bitişən
divarların eni yeddi qulac idi. 4 O adam əsas hissənin o biri tərəfindəki iç otağı ölçdü:
həm uzunluğu, həm də eni iyirmi qulac idi. O mənə «bura Ən Müqəddəs yerdir» dedi.
5
Sonra məbədin divarını ölçdü: qalınlığı altı qulac idi. Məbədin ətrafındakı yan
otaqlardan hər birinin eni dörd qulac idi. 6 Bu yan otaqlar üç mərtəbə idi, hər mərtəbədə
otuz otaq var idi. Məbədin divarları boyu yan otaqlar üçün dayaq olan çıxıntılar var idi ki,
dayaqlar məbəd divarlarına girməsin. 7 Məbədin ətrafındakı yan otaqlar yuxarı mərtəbəyə
tərəf çıxdıqca genişlənirdi. Məbədin ətrafındakı tikilinin yuxarıya qalxan bir pilləkəni var
idi. Yuxarıya doğru çıxdıqca yan otaqlar genişlənirdi. Pilləkənlə aşağı mərtəbədən orta
mərtəbəyə, oradan da üst mərtəbəyə çıxırdılar. 8 Məbədin ətrafında yan otaqların
bünövrəsini təşkil edən uca bir döşəmə gördüm: uzunluğu bir qamış, yəni altı qulac idi.
9 Yan otaqların bayır divarının qalınlığı beş qulac idi. Məbədin yan otaqları ilə kahin
otaqları arasında açıq bir sahə var idi. 10 Məbədin ətrafı boyunca uzanan sahənin eni
iyirmi qulac idi. 11 Yan otaqların girişləri açıq sahəyə baxırdı: biri şimalda, o biri isə
cənubda idi. Açıq sahəyə bitişən bünövrənin eni hər tərəfdən beş qulac idi. 12 Məbədin
qərbində açıq sahəyə baxan bir tikili var idi: eni yetmiş qulac idi. Divarının qalınlığı hər
tərəfdən beş qulac, uzunluğu doxsan qulac idi. 13 Sonra o adam məbədi ölçdü: uzunluğu
yüz qulac idi. Açıq sahə, tikili və onun divarları yüz qulac uzunluğunda idi. 14 Şərqdəki
məbədin açıq sahəsinin eni məbədin ön tərəfi ilə birgə yüz qulac idi. 15 O adam məbədin
arxasındakı açıq sahəyə baxan tikilinin və hər iki tərəfindəki dəhlizlərin uzunluğunu
ölçdü: yüz qulac idi. Məbədin əsas hissəsi, iç otaq, həyətə baxan eyvan, 16 darvaza
astanaları, qəfəsli pəncərələr, astananın qarşısında üç mərtəbəni əhatə edən dəhlizlər
döşəmədən pəncərələrə qədər ağacla örtülmüşdü. Pəncərələr açılıb-bağlanırdı. 17 Girişin
üstü, iç otaq, onun bayırı, bütün içəri və bayır divarlar nizamlı aralıqlarla, 18 keruv və
xurma ağacı oyma təsvirləri ilə düzəldilmişdi. İki keruv arasında bir xurma ağacı təsviri
var idi. Hər keruvun iki üzü var idi: 19 bir yandan xurma ağacına baxan insan üzü, o biri
yandan xurma ağacına baxan şir üzü. Məbəd başdan-başa bu oyma təsvirləri ilə
bəzənmişdi. 20 Döşəmədən girişin üstündəki hissəyə qədər məbədin əsas hissəsinin
divarları keruv və xurma ağaclarının oyma təsvirləri ilə düzəldilmişdi. 21 Əsas hissənin
qapısının yan taxtaları dördbucaqlı şəklində idi. Ən Müqəddəs yerin önündəki qapının
yan taxtaları da bunlara bənzəyirdi. 22 Orada üç qulac hündürlüyündə, iki qulac
uzunluğunda, iki qulac enində ağacdan düzəldilmiş bir qurbangah var idi. Onun küncləri,
altlığı və yanları da ağacdan idi. O adam mənə «Rəbbin önündə olan masa budur» dedi.
23 Əsas hissənin və Ən Müqəddəs yerin cüt qanadlı qoşa qapısı var idi. 24 Hər qapının iki
tərəfə iki qanadı var idi: bir qapı üçün iki qanad, o biri qapı üçün iki qanad. 25 Divarlar
üzərində olduğu kimi əsas hissənin qapılarında da keruv və xurma ağaclarının oyma
təsvirləri düzəldilmişdi. Bayırda, eyvanın önündə ağacdan olan bir asma tavan var idi.
26 Eyvanın yan divarlarındakı qəfəsli pəncərələrin hər iki tərəfi xurma ağaclarının oyma
təsvirləri ilə örtülmüşdü. Məbədin yan otaqları ilə asma tavanları da bu cür idi.
Yezekel 42
Kahinlərin otaqları
1 O adam məni şimala gedən yoldan bayır həyətə çıxardı, məbədin açıq sahəsinə və bayır
həyətin şimalındakı tikililərə baxan otaqlara apardı. 2 Qapısı şimala baxan bu tikilinin
uzunluğu yüz, eni əlli qulac idi. 3
İçəri həyətin iyirmi qulaclıq hissəsi ilə bayır həyətin daş
yoluna baxan üç mərtəbənin dəhlizləri qarşı-qarşıya idi. 4 Otaqların qabağında eni on
qulac, uzunluğu isə yüz qulac olan bir içəri dəhliz var idi. Qapıları şimala baxırdı.
5
Tikilinin üst mərtəbədəki otaqları alt və orta mərtəbədəki otaqlardan daha dar idi, çünki
üst mərtəbədəki dəhlizlər daha çox yer tuturdu. 6 Həyətlərdə sütunlar olduğu halda
üçmərtəbəli otaqların sütunları yox idi. Buna görə də üst mərtəbədəki otaqlar alt və orta
mərtəbədəki otaqlardan daha dar idi. 7 Otaqların qabağında, otaqlarla və bayır həyətlə
yanaşı bir bayır divar var idi: əlli qulac uzunluğunda idi. 8 Çünki bayır həyətin yanındakı
yanbayan otaqların uzunluğu əlli qulac idi. Məbədin əsas hissəsinə daha yaxın yanbayan
otaqların uzunluğu isə yüz qulac idi. 9 Bu otaqların aşağıda bayır həyətdən girmək üçün
şərqə tərəf bir qapısı var idi. 10 İçəri həyətin cənubu boyu açıq sahəyə və bayır həyətdəki
tikililərə baxan başqa otaqlar var idi. 11 Şimal tərəfdəki otaqlarda olduğu kimi bu
otaqların qabağında da bir keçid var idi. Otaqların uzunluğu və eni eyni idi, çıxışları və
ölçüləri şimal tərəfdə olan otaqlarınkı kimi idi. Cənubdakı otaqların qapıları da
şimaldakılar kimi idi. 12 Keçidin başlanğıcında bir qapı var idi. Arxa divarlar boyunca
şərqə uzanan bu keçid otaqlara açılırdı. 13 Sonra o adam mənə dedi: «Məbədin açıq
sahəsinə baxan şimaldakı və cənubdakı otaqlar müqəddəsdir. Rəbbin önündə xidmət edən
kahinlər orada ən müqəddəs təqdimlərdən yeyəcək. Ən müqəddəs təqdimləri – taxıl
təqdimlərini, günah qurbanlarını və təqsir qurbanlarını orada qoyacaqlar, çünki ora
müqəddəsdir. 14 Kahinlər müqəddəs yerə girəndə xidmət edərkən əyinlərindəki geyimləri
orada qoymadan bayır həyətə çıxmasın, çünki bu geyimlər müqəddəsdir. Onlar xalqın
olduğu yerlərə getməzdən qabaq başqa paltarlar geyməlidir». 15 O adam məbədin sahəsini
içəridən ölçüb qurtarandan sonra məni şərq qapısından bayıra apardı və hər tərəfdən bu
sahənin bayırını ölçdü. 16 Şərq tərəfini qamışla ölçdü: uzunluğu beş yüz qulac idi.
17 Şimal tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 18 Cənub tərəfini də
qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 19 Qərb tərəfinə dönüb onu qamışla ölçdü:
uzunluğu beş yüz qulac idi. 20 Beləcə sahənin dörd tərəfini ölçdü. Müqəddəs olanı
müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi: uzunluğu və eni
hər biri beş yüz qulac idi.
Yezekel 43
Rəbbin hüzurunun məbədə qayıtması
1 O adam məni şərqə baxan darvazanın yanına gətirdi. 2
Mən gördüm ki, şərq yolundan
İsrail Allahının izzəti gəlir. Onun səsi gur axan suların səsi kimi idi, izzətindən yer
parıldayırdı. 3 Gördüyüm görüntü Allah şəhəri məhv etməyə gəldiyi vaxt və Kevar çayı
sahilində gördüyüm görüntülərə bənzəyirdi. Mən bu zaman üzüstə yerə yıxıldım.
4 Rəbbin izzəti şərqə baxan darvazanın yolundan məbədə girdi. 5 Ruh məni qaldırıb içəri
həyətə gətirdi. Mən gördüm ki, Rəbbin izzəti məbədi doldurub. 6 Adam yanımda
durarkən məbəddən mənimlə danışan bir nəfərin səsini eşitdim. 7 O mənə belə dedi: «Ey
bəşər oğlu, taxtımın yeri, ayaqlarımın dabanları dəyən, İsrail övladları arasında əbədi
yaşayacağım yer buradır. Bundan sonra İsrail xalqı ilə padşahları pozğunluqları və ölən
padşahların cəsədləri ilə bir daha müqəddəs adımı murdarlamayacaq. 8 Onlar astanalarını
astanama, qapılarının yan taxtalarını qapımın yan taxtalarına bitişdirdi. Mənimlə onların
arasında yalnız bir divar var idi. Etdikləri murdar işləri ilə müqəddəs adımı murdarladılar.
Mən də qəzəbimlə onları qırıb-çatdım. 9
İndi pozğunluqlarını və padşahlarının cəsədlərini
Məndən uzaqlaşdırsınlar, Mən də əbədi olaraq onların arasında yaşayaram. 10 Sən ey
bəşər oğlu, bu məbədi İsrail nəslinə təsvir et ki, üsyanlarından utansınlar və məbədin
layihəsini ölçsünlər.
11 Əgər etdikləri bütün işlərdən utanırlarsa, məbədin şəklini,
nizamını, giriş-çıxış yerlərini – bütün şəkillərini, bütün qaydalarını, quruluşlarını və
qanunlarını onlara bildir. Onların gözü önündə bunları bir yerə yaz. Qoy bütün quruluş və
qaydalarına əməl edib onları yerinə yetirsinlər.
12 Məbədlə bağlı qanun budur: dağın
başında hər tərəfdən onun bütün ərazisi çox müqəddəs olacaq. Bəli, məbədin qanunu
budur.
Qurbangah
13 Qurbangahın qulacla ölçüləri belədir. Hər qulaca bir ovuc əlavə edilmişdir: qurbangahı
əhatəyə alan xəndəyin dərinliyi bir qulac, eni bir qulac, ətrafındakı çıxıntı bir qarış
olacaq. Qurbangahın hündürlüyü isə belədir: 14 qurbangahın yerdəki xəndəkdən alt
çıxıntıya qədərki hissəsinin hündürlüyü iki qulac, eni bir qulac, kiçik çıxıntıdan böyük
çıxıntıya qədərki hissənin hündürlüyü dörd qulac, eni bir qulac, 15 qurbangahın qurban
yandırılan üst hissəsinin hündürlüyü dörd qulac olacaq. Üst hissədən yuxarıya doğru dörd
buynuz uzanacaq. 16 Qurbangahın üst hissəsi dördbucaqlı şəklində olacaq. Onun
uzunluğu on iki, eni on iki qulac olacaq. 17 Üst çıxıntının dörd tərəfdən uzunluğu və eni
hər biri on dörd qulac olacaq. Ətrafındakı kənar yarım qulac, xəndəyin dövrəsi bir qulac
olacaq. Qurbangahın pilləkənləri şərqə baxacaq». 18 O adam yenə dedi: «Ey bəşər oğlu,
Xudavənd Rəbb belə deyir: “Qurbangah tikildiyi gün üstündə yandırma qurbanları
gətirmək və qan tökmək barədə olan qaydalar belədir. 19 Mənə xidmət etmək üçün
hüzuruma çıxan, Sadoq nəslindən Levili kahinlərə günah qurbanı olaraq bir buğa ver”
Xudavənd Rəbb belə bəyan edir. 20 “Buğanın qanından götürüb qurbangahın dörd
buynuzuna, çıxıntının dörd küncünə və ətrafındakı kənarın üstünə sürt. Beləcə
qurbangahı pak edib onun üçün kəffarə ver. 21 Günah qurbanı olaraq buğanı götürüb
Müqəddəs məkandan kənarda, məbədin təyin edilmiş yerində yandır. 22 İkinci gün günah
qurbanı olaraq qüsursuz bir təkə təqdim et. Qurbangah buğanın qanı ilə pak edildiyi kimi
təkənin qanı ilə də pak edilsin. 23 Pak etmək işini qurtarandan sonra qüsursuz bir buğa ilə
sürüdən bir qoç qurban gətir. 24 Onları Rəbbin önünə gətir. Kahinlər onların üstünə duz
səpib Rəbbə yandırma qurbanı olaraq təqdim etsin. 25 Yeddi günün günah qurbanı olaraq
hər gün bir təkə hazırla. Qüsursuz bir buğa ilə sürüdən bir qoç da hazırlansın. 26 Qoy
yeddi gün qurbangah üçün kəffarə versinlər, onu pak edib təqdis etsinlər. 27 Yeddi gün
tamamlanandan sonra kahinlər səkkizinci gün və ondan sonra yandırma və ünsiyyət
qurbanlarınızı qurbangahın üstündə təqdim etsin. O zaman sizdən razı olacağam”
Xudavənd Rəbb belə bəyan edir».
Yezekel 44
Məbəddə xidmət edənlər
1 O adam məni Müqəddəs məkanın şərqə baxan bayır darvazası yolundan geri qaytardı.
Darvaza bağlı idi. 2 Rəbb mənə dedi: «Bu darvaza bağlı qalacaq, açılmayacaq, heç kəs
oradan içəri girməyəcək, çünki İsrailin Allahı Rəbb oradan içəri girmişdir, buna görə də
bağlı qalacaq. 3 Yalnız rəhbər rəhbərliyinə görə Rəbbin önündə çörək yemək üçün orada
oturacaq. Darvaza eyvanı yolundan girib, o yoldan da çıxacaq». 4 O adam məni şimal
darvazası yolundan məbədin önünə gətirdi. Mən baxıb gördüm ki, Rəbbin izzəti Öz
məbədini doldurub. Bu zaman üzüstə düşdüm. 5 Rəbb mənə dedi: «Ey bəşər oğlu, Rəbbin
məbədinin bütün qayda-qanunları ilə bağlı deyəcəyim sözləri yaxşı-yaxşı dinlə, onlara
qulaq as, hər şeyə diqqətlə bax. Müqəddəs məkana kimin girib-çıxacağına diqqət et.
6 Üsyankar olan İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey İsrail nəsli, artıq
bəsdir! Etdiyiniz iyrənc işlərə daha son qoyun. 7 Ürəyi və bədəni sünnət edilməmiş
yadelliləri Müqəddəs məkanıma gətirdiniz, Mənə qida olmaq üçün piy və qan təqdim
etməklə məbədimi murdarladınız. Beləcə iyrənc işlərinizlə əhdimi pozdunuz. 8 Müqəddəs
şeylərim üzərində vəzifənizi yerinə yetirmədiniz. Müqəddəs məkanımda bu şeylərə
nəzarət etməyi başqalarına tapşırdınız”. 9 Xudavənd Rəbb belə deyir: “İsrail xalqı
arasında yaşayan ürəyi və bədəni sünnət edilməmiş heç bir yadelli Müqəddəs məkanıma
girməsin. 10 İsrail yoldan azdığı zaman Məndən uzaqlaşan və yoldan azıb bütlərinə sitayiş
edən Levililər öz günahlarının cəzasını çəkəcək, 11 lakin Müqəddəs məkanımda bu işləri
görəcək: məbədin darvazalarına nəzarət edəcək, məbədin xidmət işlərini görəcək, xalq
üçün yandırma qurbanları və başqa qurbanlıq heyvanları kəsəcək, xalqın önündə durub
onlara xidmət edəcək. 12 İndi ki onlar bütlərinin önündə İsrail nəslinə xidmət edərək xalqı
günaha batırdı, Mən Rəbb də onları günahlarına görə cəzalandıracağıma and içdim”
Xudavənd Rəbb belə bəyan edir. 13 “Onlar kahin kimi xidmət etmək üçün Mənə
yaxınlaşmayacaq, bütün müqəddəs şeylərimə, ən müqəddəs qurbanlarıma toxunmayacaq.
Etdikləri iyrənc əməllərinin rüsvayçılığını çəkəcəklər. 14 Bundan sonra məbədin xidmət
vəzifəsini və orada görülən bütün işləri onlara tapşıracağam. 15 Ancaq İsrail Məni qoyub
yoldan azdığı zaman Müqəddəs məkanımın xidmət vəzifəsini yerinə yetirən Sadoq
nəslindən Levili kahinlər önümdə xidmət etmək üçün Mənə yaxınlaşacaq. Onlar piy və
qan təqdim etmək üçün hüzuruma çıxacaq” Xudavənd Rəbb belə bəyan edir. 16 “Yalnız
onlar Müqəddəs məkanıma girəcək, yalnız onlar önümdə xidmət etmək üçün süfrəmə
yaxınlaşıb buyruğumu yerinə yetirəcək. 17 Kahinlər içəri həyətin darvazalarından
girəcəkləri zaman kətan geyim əyinlərində olsun, içəri həyətin darvazalarında yaxud
məbəddə xidmət edərkən yun paltar geyməsinlər.
18 Başlarına kətan çalma sarısınlar,
bellərinə kətan alt paltarı geysinlər. Bədənlərini tərlədən bir şey geyinməsinlər. 19 Bayır
həyətə, bayır həyətdə olan xalqın yanına çıxmazdan qabaq xidmət edərkən əyinlərindəki
geyimləri çıxarıb müqəddəs otaqlara qoysunlar və başqa paltarlar geysinlər ki, geyimləri
ilə xalqı təqdis etməsinlər. 20 Kahinlər başlarını qırxmasın, saçlarını uzatmasın, yalnız
saçlarını kəsib düzəltsin. 21 İçəri həyətə girəcəyi vaxt heç bir kahin şərab içməsin. 22
Kahinlər dul yaxud boşanmış arvad almasın, ancaq İsrail nəslindən olan bir bakirə qız
yaxud da başqa kahindən dul qalmış arvadı ala bilərlər. 23 Onlar Mənim xalqıma
müqəddəs olan şeyi adi şeydən, murdar şeyi pak şeydən ayırmağı öyrədəcək.
24 Mübahisəli işlərdə onlar hakimlik edəcək, hökmlərimə görə qərar verməlidirlər.
Bayramlarımla bağlı qayda-qanunlarıma əməl etməli, Şənbə günlərimi müqəddəs
saymalıdırlar. 25 Kahin adam meyitinə yaxınlaşıb özünü murdarlamasın, amma bu,
anasının, atasının, oğlunun, qızının, qardaşının yaxud ərə getməmiş bacısının meyiti olsa,
özünü murdarlaya bilər. 26 Pak olduqdan sonra hələ yeddi gün gözləsin. 27 Məbəddə
xidmət etmək üçün içəri həyətə girəcəyi gün özü üçün bir günah qurbanı təqdim etsin”
Xudavənd Rəbb belə bəyan edir. 28 “Kahinlərin irsi var: onların irsi Mənəm. İsraildə
onlara mülk verməyin. Onların mülkü Mənəm. 29 Kahinlər taxıl təqdimlərini, günah və
təqsir qurbanlarını yesin. İsraildə Rəbbə həsr olunan hər şey onlarınkı olsun. 30 Bütün
nübarların ilk hissəsi və bütün xüsusi hədiyyələriniz kahinlərinki olsun. Evinizə bərəkət
yağsın deyə taxılınızın ilkini onlara verin. 31 Kahinlər ölü halda tapılmış yaxud vəhşi
heyvanlar tərəfindən parçalanmış heç bir quş və heyvan yeməsin.