Əbədi mühafizə biblikdirmi?

İnsanlar Məsihi öz Xilaskarları kimi tanıyanda onlar Allahın zəmanət verdiyi əbədi mühafizə münasibətlərinə daxil olurlar. Yəhuda 24 bəyan edir, “Sizi büdrəməkdən qorumağa, Öz izzətinin hüzuruna böyük sevinclə ləkəsiz çıxarmağa qadir olan Xilaskarımız tək bir hikmətli Allaha.” Allahın imanlıları qorumaq üçün kifayət qədər gücü var. Bu bizdən yox, Ondan asılıdır ki, bizi Öz izzətli hüzuruna çıxartsın. Əbədi mühafizəmiz bizim öz xilasımızı saxlamağımızın nəticəsi deyil, Allahın bizi qorumasıdır.

Rəbb İsa Məsih elan etdi, “Mən onlara əbədi həyat verirəm. Onlar əsla həlak olmazlar; və kimsə onları əlimdən oğurlaya bilməz. Onları Mənə verən Atam hamıdan böyükdür; onları Atamın əlindən oğurlamağa heç kimin gücü çatmaz” (Yəhya 10:28-29b). Həm İsa, həm də Ata bizi möhkəm saxlayıb. Bizi Atanın və Oğlun əllərindən nə ayıra bilər?

Efeslilərə 4:30 bizə deyir ki, imanlılar “xilas günü üçün möhürləniblər.” Əgər imanlıların əbədi mühafizəsi olmasaydı, onda möhürlənmə xilas günü deyil, günah etmə, imanından dönmə və inamsızlıq günü etibarlı olardı. Yəhya 3:15-16 bizə deyir ki, İsa Məsihə iman edən hər kəsin “əbədi həyatı” var. Əgər insana əbədi həyat vəd olunursa və sonradan əlindən alınırsa, onda heç vaxt burda “əbədi” sözü işlədilməməlidir. Əgər əbədi mühafizə həqiqət olmasaydı, onda Müqəddəs Kitabdakı əbədi həyat vədi səhv olardı.

Əbədi mühafizə üçün ən güclü sübut Romalılara 8:38-39-dur, “Çünki mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə rəyasətlər, nə qüdrətlər, nə indiki, nə gələcək şeylər, nə hündürlük, nə dərinlik, nə də başqa məxluq bizi Rəbbimiz Məsih İsada olan Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır.” Bizim əbədi mühafizəmiz Allahın xilas etdikləri üçün Onun məhəbbətinə əsaslanır. Bizim əbədi mühafizəmiz Məsih tərəfindən satın alınıb, Ata tərəfindən vəd olunub və Müqəddəs Ruh tərəfindən möhürlənib.