Allaha inananlar Onun sözünü daim öyrənir və icra edir

Biz bu gün də Allah barədə danışacağıq. sizcə biz niyə Allah barədə danışırıq?
Çünki biz Onun cəmiyyətiyik. Allahın Kəlamı bütün dünyaya elan olunsada, bütün insanlar Allahla razılaşmır, hamı Allaha inanmır. inanan bizlər isə – Onun sözünü daim öyrənirik və icra edirik.

Məsih İsa dedikdə – ilk ağlınıza gələn nədir? Və – ilk təsvir hansıdır?

İlk təsvirlər adətən ya Betlehemdə doğulmuş olan körpə və ya Çarmıxa çəkilmiş İsadır. Məsihçilər bu hadisələri ildən ilə qeyd etdiklərinə görə və bu qeydlər bayram xarakterli olduğuna görə – məzh bu hadisələr xatirələrdə yer alıbdır.

Doğuluş ilə bağlı təsvirə gəlincə,
Milad Bayramına yaxınlaşırıq və axırda bələnmiş körpəyə, çobanlar, şərqdən gələn münəccimlər- yəni bilikli, müdrik hökmdarlar sitayiş edirlər.
Yeşaya 9:6-7:
Çünki bizim üçün körpə doğuldu,
Bizə oğul verildi,
Hakimiyyət onun çiyinləri üzərində olacaq,
Onun adı Ecazkar Məsləhətçi,
Qüdrətli Allah, Əbədi Ata,
Sülh Hökmdarı olacaq.

Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq,
O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək,
O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq.
Ordular Rəbbinin qeyrəti bunu edəcək.

Çarmıxa çəkilmiş təsvir ilə bağlı isə,

Böyük və kiçik ölçüdə çarmıxa çəkilmiş təsvirlər çoxdur. bütün bu təsvirlərin məqsədi- xatirədir. yəni əgər kimsə boynuna bu təsviri asıb və qorunmuş olduğunu düşünürsə- doğru olmayan iş edir. çünki biz amuletlər və təsvirlər ilə deyil- Var Olan Allahın həyat verən Kəlamı ilə yaşayırıq.
Eynilə də kimsə- çarmıxın böyük təsviri qarşısında dayanaraq dua edir və eşildiyini sanırsa – yenə də həqiqətdən və Allahın gözlədiyindən uzaq bir iş edir. çünki Rəbb İsa vəd verib: Diləyin. Mənim adımla Atadan nə diləsəniz veriləcəkdir. Bu səbəbə görə duaların eşidilməsi, qəbul edilməsi- Imana bağlıdır, məkana və ya təsvirə deyil.
Həvari Peter 1-ci Məktubunda bunu qeyd edir
1Pe 1:18-19 Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil, qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına – satin alınmısınız.
Əhti-Ətiqdə də bunun təsdiqini tapan ayələr və təsvirlər canlanır, məsələn
Yeşaya Peyğəmbərin kitabında 53-cü fəsildə bunlar qeyd edilibdir – “İztirab çəkən həlim və itaətli Şəxs, kəsilməyə aparılan quzu kimi. Kimin
sayəsində xilas olduq, şəfa aldıq”.
Məsihin çarmıxa çəkilməsi, Pasxa quzunun təsviri ilə eyni canlanır .
Çünki Müqəddəs Kitab bu hadisələri uyğunlaşdırır.
Pasxa quzusunun təsviri bizi Musa Peyğəmbər zamanına aparır.
Orada onlar Allahın onlar üçün hazırladığı Xilas planına inanaraq- Misir üzərinə gələn bəladan qurtarmışdılar.
Çünki Allah Misiri – Allahsız həyatlarına görə cəzalandırmaq istəyirdi, lakin bütün insanlar bu cəza altında deyildilər, ancaq və ancaq Allaha qulaq asmayan, itaət etməyən insanlar özlərini bu cəza altına itaətsizliklərinə görə saldılar.

İnananlar nə etdilər? – onlar Musa Peyğəmbər dediyinə inandılar və Allahın tapşırığına uyğun olaraq – hərəkət etdilər. İlk dəfə, heç vaxt təcrübələri olmayan işi icra etdilər və nəticədə xilas oldular. Qırıcı Mələk onların evlərində QAN işarəsini gördükdə yan keçdi. bu qırıcı Mələk üçün bir işarə idi. bunu ancaq yahudilər etdilər?- xeyr.
(Çıxış 12:38: Qarışıq bir izdiham, çoxlu qoyun-keçi, mal-qara sürüləri də onlarla birgə yollandı. Başqa millətlər də onlarla birgə yola çıxdılar.)
Bu işarəyə bənzər İncildə də bizim üçün yazılar var.
Efes 1:13-14: Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz. Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək. Amin

Musa Peyğəmbər zamanında Allaha Özünün hazırladığı ardıcıl plana görə necə etdisə, indi də eyni işlər edir.

1Peter 1:20: Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi. Və satınalma üçün Özünü fəda edən Məsihin çarmıxında – hekəya bitmir, çünki Məsih İsanın ölülərdən Dirilməsinin – özəl yeri var və bu imanımızın təməlində ümid mənbəyidir. Çünki Ölülərdən Dirilən Məsih – Ona iman edənlərə iman vasitəsi ilə ölümə qalib gəlməyin yolunu göstərdi. buna görə Müqəddəs Kitab- “Ona iman edən Əbədi Yaşayar” ifadəsinin təsdiqi ilə bəyan edilir.
*Yəhya 8:51– İsa deyir:” Sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək”.
*Yəhya 11:25-26: İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?»

*1Yəhya 5:12-13: Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur. Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.
Edvard Rodjers “Onların yaşaması naminə” kitabında (Эдвард Роджерс пишет в книге «Чтобы они могли жить»,) belə suallar verir:
*Pasxa gələndə xristianların gözləri hara cəmlənir?
*ilk növbədə gözümüzün önündə canlanan təsvir hansıdır?
Bəlkə gündüzlər yer üzünü bürüyən, çarmıxın ağrı və əzabını örtən zülmətə? Yoxsa gözqamaşdırıcı, səhər üçün sirli, boş bir məzardan çıxan nurun parlaqlığına?
O davam edir: Həqiqət bundan ibarətdir ki, Məsihin iztirablarına fokuslanan Məsihçilər – Zəfəri görmürlər və buda onların iman əsaslarının qoyulmasında təhlükəlidir, çünki:
“Məsihin çarmıxa çəkilməsini – yalnız Onun dirilməsinin işığında düzgün başa düşmək və şərh etmək olar”.

Dirilmə ilə bağlı olan ayələr:

*Rom 6:9-11: Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır. Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
*1Sal 4:13-14: Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq.
*Vəhy 20:6: Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir.
(İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Allahın
və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.).

1Peter 1:21-25
*21 Məsih vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz. Beləliklə, imanınız və ümidiniz Allaha bağlıdır. (Allahın sözünə inanmayan şəxsdə – ümid yoxdur. bəzi adamlar ümid edir nəyinsə yaxşı olmasına- amma bu ümid nəyə? kimə əsaslanır?).
*22 Həqiqətə itaət edərək – ürəklərinizi saflaşdırıb – riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. (Allahın Kəlamı ürəklərimizi saflaşdıra bilər, çünki Allahım Kəlamı – sadəcə əzbərləməli olduğumuz ayələr deyil, və ya mütləq icra etməli olduğumuz da deyil, Allahın gücünə malik olan həyat verən sözlərdir.
İbr 4:2: Çünki Misirdən çıxanlar kimi biz də Müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi, çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar.) Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.
*23 Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz.
*24 Ona görə ki «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. Ot quruyar, çiçək tökülər,
*25 Amma Rəbbin sözü əbədi qalar». Sizə vəz olunan Müjdə sözü budur.