- Xatırlatmaq istəyirəm ki, Müqəddəs Kitabın 2000 il yaşı var və Müqəddəs Kitabın təyinatı var:
- Allahın varlığını aşkar etmək, yəni Onun xasiyyətini, insanlara olan münasibətini və iradəsini bildirməkdir.
Allahın xasiyyəti:
Çıxış 34:6 – 7: “Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; ….lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü – dördüncü nəslə qədər nəvə – nəticələrinə verərəm».”
Allahın münasibəti:
Yez 33:11: “Onlara de: “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?””
Allahın iradəsi:
1Tim 2:4: “O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir.” - Allaha iman edənləri təchiz etməkdir, yəni mənəvi – insanı keyfiyyətləri inkişaf etdirmək və üstəlik ruhani ənamlarla təmin etməkdir. Bu yolla cismani dünyada yaşan bizlər Allaha ibadət edə bilərik və ibadətimiz qəbul ediləcəkdir.
2Tim 3:16 – 17: “Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır;
beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin.”
- Allaha olan imanın gücünü aşkar etməkdir – məzh bu imana əsaslananların solmaz ümidi var… Bu məqsədlə Müqəddəs Kitaba adları düşən peyğəmbərlərin, saleh adamların həyat təcrübəsi barədə yazılıbdır.. eyniliklə də, Allaha qarşı çıxan və razılaşmayan insanların aqibəti barədə də yazılıbıdır ki, biz bilik və öncədən yaşayanların təcrübəsi ilə təmin edilək…
Rom 5:1,5:“Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. …
Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.”
Tətbiqi Məsihçilik…
- Müqəddəs Kitabda bizdən öncə yaşayan adamların Allaha İMAN edərək, imanlarını isim kimi ürəklərində saxlamadıqlarını və İMAN sözünün onlarda ad kimi qalmadığını görürük… onların İMANI – feil oldu – iş, əməl, hərəkət..
Az.izahlı lüğətində:” Quru sözdən ibarət olmayıb həqiqi mənada olan iş…”
Yəni, iman sözdə deyil – hərəkətlərdə aşkar edilir və güclü olur…
Yaq 2:14 – 15: “Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi? Əgər qardaş – bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa”
Bu bilirsiniz neyə bənzəyir?
“Bir boş qab götür və nuşicanlıqla yemək ye…”
“Bir boş stəkan götür və bəh – bəh ilə çay iç….”
İfadələrinə
Belə edən adamı görsək – yəqin düşünərik nəsə baş verib onunla
İmanla da eynidir – əgər imanın ancaq sözdədirsə – o zaman Allahdan hansı nəticəni gözləyirsən ?
Əgər Külli – İxtiyar Allahın fövqəltəbii gücünün aşkar edilməsini istəyirsənsə – o zaman imanın sözdən əmələ keçməlidir…
İbrahim, Davud, Daniel həyatlarında bunu etdiklərinə görə – Adları Müqəddəs Kitaba İMAN QƏHRAMANLARI KİMİ düşdü…
Onların İMAN qəhramanlığı nədə idi – Allahdan qəbul etdikləri sözə əməl etməkdə…
Rom 4:3 – 5
Müqəddəs Yazı nə deyir? «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır.
Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır.
Rom 4:6 – 8 Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır: «Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır! Rəbb tərəfindən təqsirkar sayılmayan insan Nə bəxtiyardır!»”
—
Allaha iman edənin İMANI ancaq çətin günlərdə Allaha tərəf dönüb dua etməsi ilə deyil… gündəlik həyatda da imanla yaşamaqdadır…
Hər gün İMAN əsaslarını öyrənərək – münasibətlərdə, hərəkətlərdə, davranışlarda – tətbiq etməklə YAŞATMAQDIR…
Əks halda – bu sadəcə gözəl səslənən sözdür..
Mən istəmirəm ki, siz – Allaha iman edənlər güclü təsirə sahib olan sözü – sadə, adi bir söz kimi istifadə edəsiniz…
İMAN – maqnit kimi Allahın bütün vədlərini iman edənin həyatına gətirir..
Görünməyəni – görünən edir..
Mümkün olmayanı – mümkün edir..
Başqalarının anlamadığı yerdə – Rəbb ilə mümkündür deyə elan edir..
Başqalarının ağılsız saydığını – sevinclə yaşayır….
Rom 4:17
Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun …..
və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin.
İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim».”
—
Rom 4:18 – 19
Heç bir ümid olmadığı halda – İbrahim çoxlu millətlərin atası olacağına ümidlə inandı.
(Niyə inandı??? – çünki ona bunu Allah demişdir)…
Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq».
Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı.
Baxın… əgər İbrahim Allahın ona dediyi sözə xor baxsaydı, yəni əhəmiyyət verməsəydi: ”Ata yurdundan çıx və səni göndərdiyim yerə get”… sizcə adı iman tarixinə düşə bilərdi??? Əlbəttə ki, yox… İbrahim – itaət etməyi – öyrənirdi…
— - Biz bilirik ki, İbrahim – Nuhun oğlu Samın nəslindən gəlir və Samdan İbrahimə qədər 10 nəsil keçmişdir… Nuhun dövründə baş verənlər və Nuhun imanı – bir rəvayət idi… nağıla bənzər hekayə idi… kim bu rəvayətə inanar axı?..
- bizimlə də eynidir – Məsih İsa barədə Xoş Xəbər 2000 il əvvəl baş verib… Allah insanlara lütf edir və günahları bağışlayır, əbədi həyat verir anlayışı – bir çoxlarına rəvayət kimi gəlir…
Amma iman edənlər deyir – bu sadəcə rəvayət deyil… bu həqiqətdir və Allahın qüdrətini görmək üçün yeganə üsuldur – İMAN ETMƏK…
—
Rom.4:20
Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.
Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir.
Buna görə də imanı ona salehlik sayıldı.
(bax bu imandır:
Şübhə etməmək
Əmin olmaq…)…
—
Rom 4:23 – 25: “«Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb; Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır. İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi.”
—
Sonda
Rom 5:1 – 2: “Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.”
—
Yaq 5:10 – 11: “Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün. Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun dözümü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb çox rəhmli və mərhəmətlidir.”
İdris Məmmədov (İdirs Azəri)